Güney Azərbaycanda Təhkiyə Ədəbi Dərnəyi 11 ildən çoxdur ki ədəbiyyat sahəsində öz fəaliyyətini davam etdirir. Bu dərnək Urmu şəhərində hər həftə oturumlar qurur, Azərbaycan və dünya ədabiyyatından tanınmış əsərləri ortaya qoyub, onların haqqında ətraflı düşünməyə çalışır.
Təhkiyə dərnəyində müasir nəsrə diqqət yetirilir. Elə ki Bəzən bir yazıçının əsəri haqqında 10 ardıcıl müzakirə keçirilir. Eyni halda bu dərnək dəfələrlə poeziya və ya nəsr redaktəsi kursları də qurub. Dərnəyin rəhbəri Məhəmməd Sübhdilin bildirdiyinə görə Təhkiyənin yeni dövr oturumlarının xərci İrşad idarəsinin öhdəliyindədir və maraqlı şəxslər pulsuz şəkildə oturumlarda iştirak edə bilərlər.
Yazıçı və nəşriyyatçı Məhəmməd Sübhdil həm də bildirib ki iclasların büdcəsi dövlətin sosial zərərlər layihəsindən ayrıldığı üçün, oturumların əsas mövzusu ədəbiyyat sosiologiyası üzrə olacaq.
Buta nəşriyyatının sahibliyi, Buta jurnalının sahibliyi və müdirliyi və Təhkiyə dərnəyinin rəhbərliyi Məhəmməd Sübhdilin Güney Azərbaycandakı ədəbi fəaliyyətlərindəndir. Buta nəşriyyatı uzun illərdir ki müasir nəsr nümunələrini, roman və hekayələri ərəb əlifbası ilə Azərbaycan türkcəsində nəşr etdirib. Hazırda Buta nəşriyyatı, Buta jurnalı və Təhkiyə Ədəbi Dərnəyi böyük bir kompleks kimi Urmu şəhərində öz fəaliyyətini davam etdirir.