Professor Sədiq həyatla vidalaşdı

Google+ Pinterest LinkedIn Tumblr +

Hüseyn Məhəmmədzadə Sədiq (Seddiq)77 yaşında vəfat edib. O durmadan çalışan, Azərbaycanın müasir tarixində xüsusilə seçilən azsaylı yazıçılardan biri idi. Doktor Sədiq gənclik illərindən başlayaraq ömrünün sonunadək yazıb yaratmaqdan qalmamış, Azərbaycan tarixi və mədəniyyəti yolunda əhəmiyyətli addımlar atmışdır.

1945-ci ildə Təbrizin Sırxab məhəlləsində dünyaya göz açan doktor Sədiqdən bu günədək yüzlərlə tarixi, türkologiya, dilçilik, ədəbiyyat və digər sahələrdə əsərlər Azərbaycana ərməğan edilmişdir. O gənclik illərindən başlayaraq öz ana dili olan Azərbaycan türkcəsinə dərindən bağlanmış, assimilyasiya siyasəti qarşısında və Azərbaycan türkcəsinin yox olmaması yolunda sədaqətlə fəaliyyət göstərmiş, bu yoldan heç vaxt dönməmişdir. Həmin vaxtlardan başlayaraq güneyin müxtəlif intellektulları və yazıçıları ilə əlaqə saxlamış, Pəhləvi rejiminin qaranlıq dövründə işığa çevrilmişdir.

1979-cu il inqilabından sonra da öz fəaliyyətini dayandırmamış, həmin dövrdə bir neçə türkcə jurnalı nəşr etməyə başlamışdır. Daha sonra İstanbul Universitetində Əski türk dillçiliyi üzrə yüksək lisans, daha sonra isə türk, fars və ərəb dilləri arasında müqayisəli ədəbiyyat ixtisasında doktorluğunu bitirmişdir.

Universitet illərindən sonra isə yorulmaq bilməyən yazıçı öz fəaliyyətinə davam etmişdir. 77 illik ömrünün sonunadək durmadan yüzlərlə müxtəlif sahələrdə təlif, tərcümə, redaktə əsərinə imza vuran Sədiq avqustun 24-də bu dünyaya göz yummuşdur.

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.