“Tribun” jurnalının yeni sayı işıq üzü görüb. Jurnalın redaksiyasından verilən məlumata görə jurnalın ilk sayı 26 il öncə nəşr olunub. Həmin ildən jurnalın “www.tribun.one” internet saytı da işə başlayıb. Jurnal 2001-ci ildən etibarən yalnız elektron şəkildə fəaliyyət göstərib. Bu gün 26 il sonra, bu jurnalın yeni sayının nəşr olunmağı ilə onun həyatında yeni bir başlanğıc olub. Bu sayın ana mövzusu, İranda cərəyan edən Qadın Yaşam Azadlıq mübarizəsinin analizidir. Jurnalın elektron versiyası da oxuculara göndəriləcək.
Jurnalın tərtibatı və dizayn işləri Türkiyədə yerləşən Qobustan Yayın Evi tərəfindən edilib.
Jurnalın redaksiya şurası: Məhəmməd Rza Ələrdəbili, Əlirza Ərdəbili, Əli Qərəcəlu, Hüseyn Ənvər Həqiqi, İsmayıl Cəmili, Jalə Təbrizli, Lalə Cavanşir, Məhsa Mehdili, Ramin Cabbarlı, Səadət Kərimi, Səid Şərifi, Sina Mirzəyi, Seyfaldin Hatəmli, Toğrul Atabəy, Türkan Bozkurt, Ural Hatəmi, Yunis Leysidən ibarətdir.