İranda uşaq evliliyi: Azərbaycan əyalətlərinin vəziyyəti necədir?

Google+ Pinterest LinkedIn Tumblr +

Uşaq evliliyi yayğın olan bir məsələdir. Uşaq evliliyi həm insan haqları, həm də uşaq haqlarına görə narahat edicidir. Uşaq evliliyi İranda da bilinən bir məsələdir. Lakin İran hökuməti bu evliliyi bir problem kimi görmür. Uşaq evliliyinin müəyyən səbəbləri və pis nəticələri var. Bu səbəbdən dünyada bu evlilik növünün qarşısının alınması müzakirə edilir. Azərbaycan əyalətləri də bu məsələ ilə üzləşir.

Uşaq evliliyi nədir?

Uşaq evlilikləri bütün dünyada hələ də yayğın bir məsələdir. UNICEF-ə görə, uşaq evlilikləri, 18 yaşın altındakı uşaqların, yaşıdlarından daha böyük biri ilə evliliyidir.  Bu evliliklərin əksəriyyəti qız uşaqları ilə baş verir və bunun uşaqların fiziki, zehni və hissi inkişafına zərər vermə potensialı yüksəkdir.

UNICEF-in verdiyi məlumata görə, günümüzdə dünya üzrə 650 milyon qadın uşaq olaraq evləndirilir. Bu rəqəm, hər il 12 milyondan çox qız uşağının uşaq evlilikləri vasitəsi ilə evləndirilməsi ilə artmaqdadır. Uşaq evliliyi xüsusilə Asiya və Afrika qitələrində yayğındır. Bu bölgələrdə yaşayan uşaqların 30 faizi 18 yaşına çatmadan evlənmək məcburiyyətində qalır.

Uşaq evliliyi ən çox Niger, Mərkəzi Afrika Respublikası, Cənubi Sudan, Çad, Somali, Burkina Faso, Mali, Qambiya, Banqladeş və Hindistanda qeydə alınır. Bu ölkələrdəki uşaqların böyük bir hissəsi tez yaşda evlənmək məcburiyyətində qalırlar. Bununla birlikdə, uşaq evlilikləri inkişaf etmiş ölkələrdə də mövcuddur və bu ölkələrdə, qanuni evlilik yaşının altında olan evlilik sayı artmaqdır.

Uşaq evlilikləri, uşaqların həyatlarını dəyişdirən daimi fiziki, hissi və psixoloji zərərlərə səbəb olur.

Uşaq evliliyinin səbəbləri

Uşaq evliliyinin bir çox fərqli səbəbi mövcuddur. Uşaq evliliyinin yayılma səbəblərinə maddi sıxıntıları, ailə təzyiqini, cinsiyyətdən qaynaqlanan bərabərsizliyi, mədəni faktorları, zorakılığı, müharibəni və təbii fəlakətləri göstərmək mümkündür.

Xüsusilə yoxsul bölgələrdə uşaq evliliyi çox yayğındır. Ailələr uşaqlarını ailələrinin maddi vəziyyətini düzəltmək üçün tez yaşda evləndirmək məcburiyyətində qalırlar. Bəzi cəmiyyətlərdə uşaq evliliyi ailənin bir üzvünün şöhrətini artırmaq üçün bir yol olaraq da görülür. Həmçinin, ailələr uşaq evliliyi ilə ailə əlaqələrinin qorunmasına və birgə yaşamaq mədəniyyətinin davam etdirilməsinə faydalı olacağını ümid edirlər. Uşaq evliliklərinin əksəriyyəti qız uşaqları ilə baş verir. Qız uşaqlarına bir çox cəmiyyətlərdə az qiymət verilməsi, oxumağa imkan verməmələri, təhsil hüquqlarının məhdudlaşdırılması və evliliklərinin tez yaşda həyata keçirilməsi cinsi bərabərsizliyin bir nəticəsidir. Bəzi cəmiyyətlərdə isə tez yaşda evlənmək ənənəvi bir ritual kimi qəbul edilir və mədəni dəyərlərin bir hissəsidir. Həmçinin,  evlilik yaşının aşağı olduğu cəmiyyətlərdə, sevgi münasibətlərinin ailənin razılığı olmadan keçirilməsi qadağandır və bu da evlilik yaşının aşağı olmasına səbəb ola bilər. Zorakılıq, müharibə və təbii fəlakətlər insanların evlərindən qaçmalarına, ailələrin ayrılmasına və gənc qızların tez yaşda evlənmələrinə səbəb ola bilər. Bu halda, ailələr çox vaxt uşaqlarını qorumaq üçün onları tez yaşda evləndirmək məcburiyyətində qalırlar. Bu səbəblər, uşaq evliliklərinin hələ də bir çox cəmiyyətlərdə yayılan bir probleminə səbəb olur.

Uşaq evliliyinin nəticələri

Uşaq evliliyi uşaqların fiziki, psixoloji və sosial sağlamlığına zərər verə bilər.  Uşaq evliliyinin mənfi nəticələrini əsasən fiziki, psixoloji və sosial nəticələr olaraq sıralamaq olar.

Uşaq evlilikləri, xüsusilə qız uşaqları üçün, fiziki sağlamlıq problemlərinə səbəb olur. Tez yaşda hamilə qalma, abort riski, doğum problemləri və digər sağlamlıq problemlərinin riski artır. Bundan başqa, uşaq evlilikləri cinsi yol ilə ötürülən xəstəliklərə yol açma riskini də artırır.

Uşaq evlilikləri, uşaqların psixoloji sağlamlığını mənfi təsir edər. Uşaqlar, yaşına uyğun olmayan məsuliyyətlərlə üzləşirlər və evli olduqlarına görə uşaq yaşlarını yaşaya bilmirlər. Bundan başqa, istəmədiyi şəxslə zorla evləndirilərək depresiya, anksiyete, intihar fikirləri kimi psixoloji problemlər yaşama riski də artır.

Uşaq evlilikləri, uşaqların sosial həyatına da mənfi təsir edir. Evliliyə görə uşaqlar məktəbdəki təhsillərinə davam etmirlər. Bundan başqa, onların evlilikləri ümumilikdə mənfi olur və ailə arasında güc balansı yaranmır. Uşaq evlilikləri qadınların ayrıseçkiliyə, ailəiçi zorakılığa, istismara və köləliyə səbəb olur.

Uşaq evlilikləri, bir çox bucaqdan mənfi nəticələr doğura bilən ciddi bir problemdir. Fiziki, psixoloji və sosial nəticələrinə görə uşaq evlilikləri, uşaqların gələcəklərini böyük ölçüdə mənfi şəkildə təsirləyə bilər.

Hüquqi çərçivə və beynəlxalq tənzimləmələr

Birləşmiş Millətlər Təşkilatının Uşaq Haqlarına Dair Müqaviləsi, uşaqların evlənmə hüququnu qorumaq lazım olduğu vurğulayır, eyni zamanda uşaqların qorunmasını da vacib bilir. Müqavilə, 18 yaşdan kiçik olan bütün uşaqların evlənməsinin qadağan edildiyini bildirir.

Dünya miqyasında, bir çox ölkə, uşaq evlilikləri ilə mübarizə aparmaq üçün hüquqi tənzimləmələr edib. Bəzi ölkələr, uşaqların evlənməsinə tamamilə qadağa qoyarkən, digərləri isə müəyyən yaş limiti qoyublar.

Lakin, uşaq evlilikləri qadağa olunsa da, hüquqi tənzimləmələrin icrasında problemlər yarana bilir və bu, uşaq evliliyinin davam etməsinə və istismar edilməsinə səbəb olur.

Beynəlxalq səviyyədə, Birləşmiş Millətlər və digər təşkilatlar, uşaq evlilikləri ilə mübarizə aparmaq üçün məlumat kampaniyaları həyata keçirirlər və ölkələri hüquqi tənzimləmələr etməyə təşviq edirlər. Bundan başqa, beynəlxalq cəmiyyət, uşaq evliliklərinə qarşı mübarizə aparmaq üçün təhsil, sağlamlıq xidmətləri və digər dəstək xidmətləri təklif edir.

İranda uşaq evliliyi

İran hələ də uşaq evliliyi problemi ilə üzləşən ölkələrdəndir. İrandakı evlilik yaşına dair qanunlar, uşaqların evlənməsinə məhdudiyyətlər gətirsəndə  hələ bu problem İranda ciddi bir çətinlik törədən məsələdir. Bu vəziyyət daha çox İranın kənd və məhrum bölgələrində baş verir və burada da qız uşaqları daha böyük risk altındadırlar.

1934-cü ildə, ən aşağı qanuni evlilik yaşı kişilər üçün tam Günəş ili olaraq 18 yaş və qızlar üçün 15 yaş olaraq təyin edilmişdi. Lakin o il istisnalar da var idi və qızlar 13 yaşında, kişilər isə 15 yaşında evlənə bilirdilər.

Sonrakı illərdə, evlilik yaşı bir neçə dəfə dəyişdi. Məsələn, 1974-cü ildə Ailə Qoruma Qanunu qəbul edildi və qanuni evlilik yaşı qızlar üçün 18 yaş, kişilər üçün isə 20 yaş tam Günəş ili olaraq təyin edildi. Nəticədə, 1934-cü ildən bu yana baş verən bir çox dəyişikliklərlə, 1991-ci ildə qəbul edilən Mülki Məcəllənin 1041-ci maddəsində belə deyilir: “Evlilik müqaviləsi qızlar 13, kişilər isə 15 yaşını tamamlamadan, valideynin icazəsi ilə, uyğun məhkəmə qərarı ilə faydalılığı nəzərə alınmaqla bağlana bilər.” yəni qızların evlənmə yaşı 13 və kişilərin evlənmə yaşı 15 yaşındadır. Həmçinin 13 yaşın altındakı qızların evlilikləri ilə bağlı ciddi bir problem, bu evliliklərin ya heç qeydiyyata alınmaması və qeydləri qanuni yaşa çatdıqda təxirə salınması ya da bəzi ofislərdə qanunsuz şəkildə qeyd edilməsidir. Bu qanunsuzluq haqqında da müəyyən bir statistika yoxdur.

İran, Qvineyadan sonra evlilik yaşının minimum olduğu ikinci ölkədir. Qvineyada minimum evlilik yaşı 12-dir. Mozambik, Madaqaskar, Venesuela və Boliviya kimi digər ölkələrdə minimum evlilik yaşı 14-dür.

Lakin İranın dövlət şəxsləri, uşaq evliliyini inkar edirlər və 13 yaşın evlilik üçün uyğun bir yaş olduğunu iddia edirlər. Məsələn, İran parlamentinin qanun və məhkəmə komitəsinin vitse-prezidenti Hasan Norouzi, 2021-ci ildə uşaq evliliyinin sadəcə 9 və ya 10 yaşındakı uşaqların evlilik hallarına tətbiq edilməli olduğunu, və 13 yaşlı bir qızın artıq “uşaq olmadığını” dedi.

Bu baxımdan BM İnsan Haqları üzrə İran Xüsusi Nümayəndəsi Cavid Rahman , 2020-ci ildə BM İnsan Haqları Şurasına təqdim etdiyi bir məruzədə, İranın qadınlar və qızlar üzərindəki davranışları, uşaq evliliyi daxil olmaqla “təcili reformların” zəruriliyini bildirdi.

İranın statistika mərkəzinin məlumatlarına görə, 96-1400-cü illər arasında, 32.524 qız uşağı 15 yaşdan aşağı yaşda evlənibdir. Həmçinin nəzərə almaq lazımdır ki, İran statistika mərkəzinin məlumatları çox da şəffaf deyil və 15-18 yaş aralığındakı neçə insanın evləndiyi dəqiq müəyyən olunmayıb. İran statistika mərkəzinin məlumatlarına görə, 15-19 yaş arasındakı 773.768 qız evlənib.  Ancaq neçəsinin 18 yaşın altında olduğu açıq bildirilmir. Bu məsələdə heç bir rəsmi mənbədə statistika yayımlanmayıb.

Azərbaycan əyalətlərinin vəziyyəti necədir?

İranın Ədliyyə Nazirinin müavini 2019-ci ildə Şərqi Azərbaycan əyalətində, Uşaq Hüquqları Konvensiyasında müzakirə və araşdırılması üçün uşaq əməyinin qarşısının alınması, məcburi uşaq əməyi və tez yaşda evlilik və ya uşaq evliliyi kimi üç çətin məsələdə inkişafın vacibliyini bildirmişdi. O həm də Şərqi Azərbaycanın uşaq evliliklərinə görə ölkədə ikinci yerdə olduğunu da bildirmişdi.  Şərqi Azərbaycanın Sosial İşlər müavini eyni il içində 18 yaşın altındakı qızların evliliyinin artdığını söylədi. “2018 və 2019-cu illərdə, 18 yaşın altındakı qızların evliliyi 42 % artıb” dedi.

2019-cu ildə Ərdabil əyaləti Sosial Rifah Qurumu tərəfindən açıqlanan statistikalara əsasən, əyalətdəki evliliklərin 12 %-i 14 yaşdan aşağı qızlarla olub və ümumi ailələrin 37 %-i 19 yaşın altında baş verib. Bu vəziyyət Ərdəbilin uşaq evliliyi baxımından qırmızı zonada olduğunu göstərir.

Zəncan valisi Sosial və Mədəni İşlər Müdiri də 2020-cu ildə Zəncanın uşaq evliliyində ölkədəki ilk 5 əyalət arasında olduğunu qeyd etmişdi.

Lakin Qərbi Azərbaycan əyalətində rəsmi bir statistika olmadığından, uşaq evliliyi ilə bağlı bir bilgi mövcud deyil. Yalnızca 2020-ci ildə, Qərbi Azərbaycandakı Xeyirxahlıq Konvensiyası, Urmiya şəhərində olan uşaq evliliyinin 100 faizinin boşanma ilə nəticələndiyini və uşaq evliliyi probleminin ciddi olduğunu söyləmişdir.

Statistika Mərkəzi tərəfindən 2021-ci ildə nəşr edilən statistikalara görə, Həmədan əyaləti uşaq evliliyi probleminin yüksək olduğu əyalətlər arasındadır. Verilən məlumatlara görə, Həmədan, uşaq evliliyi sayı baxımından öncül olan 12 əyalət arasındadır.

Bu da uşaq evliliyi kimi ciddi problemin hələ də Azərbaycan əyalətlərində davam etdiyini görsədir.

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.