Nə deyiriksə elə oyuq: Düşüncələrimiz və danışıqlarımız bizim sağlamlığımızı necə formalaşdırır?

Google+ Pinterest LinkedIn Tumblr +

İngilizcədən tərcümə: Ətəkyazı tərcümə qrupu

Səhər qəhvəsi ritualınıza qapıdan ayağınız dolaşaraq daxil olursunuz. Stullar, stollar və uzadılmış ayaqlardan təşkil olan qarışıqlıqda yeriyərkən nəhayət sıranın sonundakı məkana çatırsınız və fikirləşməyə başlayırsınız…

“Bəlkə bu dəfə fərqli bir şey alım, hmm, bir baxım… Buzlu limonlu zoğal çayı? Xeyr, sarsıntıya ehtiyacım var, həmişəkindən alacağam. Yaxşı, indi başqa nə var… Bəs o kekslərdən biri? Xeyr, üst üstə yığıram, amma onlardan birində təxminən 6000 kalori var … bublik? Yox, mənimki elə qəhvədir.”

Növbə sizə çatır, işçi soruşur: “Sizə necə kömək edə bilərəm?” və siz əminliklə deyirsiniz: “Zəhmət olmasa bir şot espresso ilə vanilli latte.”

Hər şey bir neçə saniyə ərzində baş verir, bu cür götür-qoy etmələr, dəlilləşdirmələr və qərar vermələr heç vaxt bitməz. Qəhvə dükanının ssenarisi sizə tam uymasa da, sizin də özünüzə məxsus versiyanız olacaq. Beyniniz belə işləyir. Hamımızın beyni belə işləyir, həyatımızın hər gününün hər anında daim beləcə çək çevir edir.

Beynimizdəki o kiçik səs bəzən sakit, bəzən gurultuludur, Amma həmişə ordadır. Hamımız o daxili dialoqu tanıyırıq. Həyatı süzgəcdən keçirən, insanları kateqoriyalara ayıran və eşitdiklərini həyata tanış bir ahəng vermək(daha əvvəl təcrübə etdiyimiz və bildiyimiz vəziyyətlər formatına salmaq) üçün eşidən daxili dialoqu hamımız bilirik.

Araşdırmalar göstərir ki, gündə 50.000-dən çox düşüncəmiz olur. Avtomatik və reaksiya verən düşüncələrdə heç söz sahibi olmasaq və ya az ixtiyarımız olsa da, bu düşüncələrin hansına əhəmiyyət verdiyimiz barədə böyük söz sahibiyik.

Emosional vəziyyətiniz, əhvalınız, var olma və hərəkət tərziniz daxili dialoqunuzla rəqs edir. Özünüzlə, siz olmaqla bağlı təcrübəniz, özünüzlə və başqaları ilə danışıqda qarışıq bir şəkildə mövcuddur. Bu yalnız nə haqqında danışdığınız deyil, daha da əhəmiyyətlisi, bu barədə necə danışdığınızdır.

Əksər insanlar əvvəlcə müəyyən hissləri olduğuna inanırlar, ardından isə necə hiss etdiklərini düşündüklərini hesab edirlər. Tam olaraq belə deyil. İstifadə etdiyiniz dil hisslərinizə birbaşa və güclü təsir göstərir. Alman filosofu Martin Heidegger: “Dil varlığın evidir” desə də, həmvətəni Hans-Georg Gadamer isə israrla “Dil olmadan heç nə olmaz” deyirdi.

Öz həyatınıza bir baxın, “Bu mümkün deyil”, “bacarmıram”, “çaşıb qalmışam”, “bu çoxdu” və ya “çalışıram” kimi ifadələrdən istifadə etdiyinizi nəzərə alın. Bunların hər biri çalışmalarınızda əleyhinizə olan müəyyən emosional vəziyyətlərə (hirs, məyusluq, inciklik, ümidsizlik və s.) səbəb olur. Ümidsizliyin iş axtarışında, məyusluğun münasibətlərinizi yaxşılaşdırmaqda və ya bacarıqsızlığın işdə yüksəlməyə  necə faydası olar? Olmaz. Bu hisslər sizi ağırlaşdırar və həvəsinizi azaldar.

Sadə bir misal olaraq, “Bu mümkün deyil” sözünü “Hələ həll etməmişəm” kimi dəyişmək müəyyən problemlərlə necə məşğul olduğunuza diqqətəlayiq təsir göstərir. Emosional vəziyyətiniz dəyişir.

Real dillə desək, məşğul olduğunuz şey barədə necə danışdığınız ya sizin xeyrinizə, ya da əleyhinizə işləyir(danışıq tərzinizə bağlı olaraq).

Növbəti dəfə özünüzü sıxılmış, əsəbi və ya yorğun hiss etdiyiniz zaman özünüzü yoxlayın. Bu daxili söhbəti bir neçə dəfə  gözdən keçirin və özünüzə necə tərif etdiyinizi, özünüzü necə hiss etdiyinizlə əlaqələndirə bildiyinizə baxın. Özünüzdən soruşun: “Mən hansı dildən istifadə edirəm, nəyisə quran yoxsa məhv edən dildən? Bu mənim xeyrimədir, yoxsa əleyhimə?”

Dil həqiqətən də bu qədər əhəmiyyətlidir. Danışığın səni gəstərir və sən nə danışırsansa elə osan.

Qaynaq:

Theguardian

Paylaş.

Müəllif haqqında

Gary John Bishop

Şərhlər bağlıdır.