Antropologiya nədir?

Google+ Pinterest LinkedIn Tumblr +

İngiliscədən çevirən: Səccad Nemətiyan

Antropoloqlar, fərqli insan həyat tərzlərini bacardıqca öyrənmək istəyirlər. Tanımaq istədikləri bu insanlar, onlarla eyni cəmiyyətin üzvləri  və ya fərqli bir qitə, şəhər, rayon ya da kəndlərdə yaşayırlar. Onların həyat tərzləri, beynəlxalq sərhədlər arasındakı müntəzəm hərəkətlər modelləri içində ola bilər ya daonlar  öz sərhədlərində daimi modellərini qurmuş ola bilərlər.

Arxeoloqlar yüz illər ya min illərlə yer üzündə qalan izlərdən əski həyat tərzlərini yenidən qururlar; insan növləri mənşəyini yenidən qurmaya cəhd edən antropoloqlar, milyonlar il keçmişə aid olan fosil qalıqlarından istifadə edirlər. Vəziyyət nə olursa olsun, antropoloqlar bəzən onları şaşırdan adətlərlə qarşılaşa bilərlər. Lakin, onlar bu cür həyat tərzlərini daha yaxşı tanımaq üçün risk aldıqca, gedişatda tanışlığın xoş tövhələri ilə qarşılaşırlar. Bu şokedici bilinməyənin bilinənə döndüyü, eləcə də bilinənin bilinməyənə çevrilməsi, antropoloqların gözlədiyi və bu işin zövqverici tərəflərindən biridir.

Antropologiya insan təbiətini, insan cəmiyyəti və insan keçmişini öyrənən bir sahə kimi tərif edilə bilər (Greenwood and Stini 1977). Bu akademik disiplinin məqsədi insan olmağın nə demək olduğunu mümkün olduğu qədər ən geniş anlamda izah etməkdir. Sadəcə antropoloqlar diqqətlərini insan və onun yaratdıqlarına fokuslaşdırmır. İnsan biyologiyası, ədəbiyyat, incəsənət, tarix, dilçilik, sosilogiya, siyasi elmlər, iqtisadiyyat – bütün bu akademik disiplinlər və bir çoxu – insan həyatının bir ya digər cəhətinə fokuslaşmışlar. Lakin antropoloqlar inanmışlar ki, insan həyatının daima iş, ailə, güc və anlamın kompleks modelləri ilə iç-içə keçdiyini qəbul etmədən, insanın fəaliyyətlərinin öyrənilməsinin açıqlaması səthi olacaqdır. Antropoloqların insan həyatını öyrənmədə fərqlilikləri nədir? Burada diqqət etməmiz gərəkən məsələ, antropologiyanın holistik, tətbiqi, sahə əsaslı və təkamülçü olmasıdır. Birincisi, antropologiya vurğulayır ki, insan həyatının bütün cəhətləri kompleks yollarla bir-biri ilə kəsişir. Onlar zamanla bir-birilərini formalaşdırıb bir-biri ilə birləşirlər. Ona görə də antropologiya insan təbiəti, insan cəmiyyəti və insan keçmişinin birləşdirilmiş ya holistik öyrənilməsidir. Bu holisizm, ixtisaslarına görə bölünmələri gərəkən antropoloqları bir araya gətirir. Yəni antropologiyanı insan təbiəti, insan cəmiyyəti və insan keçmişini vəhdətdə (və ya holistik) öyrənmə kimi düşünə bilərik. Holisizm uzun zamandan antropoloji perspektivin mərkəzində olmuş və ixtisaslarına görə bölünmələri gərəkən antropoloqları bir araya gətirən özəlliyə çevrilmişdir.

 

İkincisi, holistika ilə yanaşı, antropologiya müqayisəyə maraqlı bir disiplindir. İnsan təbiəti, insan cəmiyyəti və insan keçmişinə görə ümumi fikir söyləmək, mümkün olduğu qədər çox sayıda insan cəmiyyətlərindən faktların olmasını tələb edir. Misal üçün, sadəcə öz sosial qrupumuza baxmaqla, bizim böcək yeməməyimizi müşahidə etməklə, insan növünün böcək yeməməsi kimi qənaətə gəlmək, yetərsiz olardı. Biz fərqli cəmiyyətlərin yemək rejimlərini müqayisə etdikdə, böcək yeməyin xeyli yayğın olduğunun şahidi oluruq. Həmçinin aydındır ki, Quzey Amerikada böcəklə qidalanmaqdan iyrənmək bizim cəmiyyətə məxsus olan qıda rejimi adətindən başqa bir şey deyildir.

Üçüncüsü, antropolgiya sahə əsaslı bir disiplindir. Ona görə də təxminən bütün antropoloqlar üçün, gerçək bir antropologiya praktikası-onun məlumat toplaması, ofisdən uzaq, insanlar, araşdırma bölgələri, və heyvanlarla birbaşa təmasda olması ilə baş verir. İstərsə onlar Tanzaniyadakı şempanzeləri öyrənən bioloji antropoloqlar olsun, ya Peru Andesində bir yüksək araşdırma sahəsini qazan arxeoloqlar olsun, ya Yeni Qvineyada yazılmamış bir dili öyrənən dilçi antropoloqları olsun, ya da Qərbi Afrikada etnik kimlik və ya Minnesota ştatında kiçik şəhər festivallarını öyrənən mədəniyyət antropoloqları olsun, antropoloqlar onların məlumat mənbələri ilə birbaşa təmasdadırlar. Əksər antropoloqlara görə, digər həyat modellerinə dalmağın zənginlik və kompleksli olması bizim disiplini fərqləndirən başlıc a xüsusiyyətlərdəndir. Sahə araşdırmaları, antropoloqlarla digər insanların və ya digər primatların yaşadıqları təcrübə ilə və ya onların yaşanmış təcrübələrindən geridə qalmış maddi sübutlar arasında birbaşa əlaqə yaradır. Akademik antropoloqlar sahə araşdırmasını universitet professoru kimi gördükləri digər işlərden ayırmağa çalışırlar. Digər antropoloqlar – tətbiqi antropoloqlar – müntəzəm olaraq zamanlarının çoxu və ya hamısını sahə araşdırmalarını həyata keçirməyə sərf edirlər. Bütün antropologiya müəyyən bir insan qrupu (ya da primatlar) ilə başlayır və eləcə də həmişə onlara geri dönür.

Nəhayət, antropoloqlar, insan olmağın nə anlama gəldiyini bütün zamanlar və məkanlar üçün keçərli olan ümumiləşdirmələrlə izah etməyə çalışırlar. Antropoloqlar, insanların və onların əcdadının fiziki xüsusiyyətləri və həyat proseslərində zaman boyunca baş verən dəyişiklikləri sənədləşdirən, insan növünün bioloji təkamülünü araşdırır. İnsan mənşəyi, genetik dəyişiklik  və həm də yaşayan insan populyasiyalarında varislilik maraq doğuran mövzulardandır. Əyər təkamül, yayğın olaraq, zaman içində dəyişiklik kimi başa düşülürsə, insan cəmiyyətləri və mədəniyyətlər də tarix öncəsi dövrlərdən günümüzə qədər içində təkamül olaraq başa düşülə bilər.

Antropoloqlar uzun müddətdir ki, insan inkişafı və ictimai həyatı formalaşdıran inanclar, davranışlar və maddi obyektlərdəki dəyişikliklərlə bağlı olan mədəni təkamüllə maraqlanırlar. Antropologiyada mədəni təkamüllə bağlı ilkin mübahisələr, bir silsilə universal mərhələlərin üzərində durur. Lakin bu yanaşma William Durham (1991) və Robert Boyd (məsələn, Richerson və Boyd 2006) kimi mədəni təkamüldən bəhs edən müasir antropoloqlar tərəfindən rədd edilmişdir. Mədəniyyət dəyişikliyi və bunun “mədəni təkamül” adının verilməsinin uyğun olub-olmaması ilə bağlı indiki zamanda qızğın mübasihələr olur, yalnız antropologiya sahəsində deyil, eyni zamanda Təkamül biologiyası və inkişaf psixologiyası kimi əlaqəli sahələrdə də elədir. Bu mübahisənin ortasında antropologiyanın, insan təkamülünün öyrənilməsinə verdiyi ən önəmli töhfələrdən biri, bioloji təkamülün mədəni təkamüllə eyni olmadığını göstərməsidir. Bu ikisinin arasında fərqi qoymaq, insanlarların düşündüyü və etdiyi hər şeyi bioloji cəhətdən- yəni “genlər”, “irq” və ya “cins” baxımından- açıqlamağın mümkünlüyünü iddia edən arqumentlərin yanlış və uyğunsuz olduğunu göstərmək üçün önəmlidir.

 

Qaynaq:  Lavenda, Robert H. Anthropology : What Does It Mean to Be Human? New York :Oxford University Press, 2012. Print.

Paylaş.

Şərhlər bağlıdır.