Atabəy filmi ekranlara çıxacaq

Google+ Pinterest LinkedIn Tumblr +

Təsnim Xəbər Agentliyinin yaydığı məlumata görə Atabəy filmi digər 9 filmlə birlikdə noyabrın 24-dən etibarən kinoteatrlarda nümayiş etdiriləcək. İki dildə (türkcə-farsca) çəkilən bu əsər tanınmış aktyor-rejissor Niki Kəriminin ən yaxşı filmi kimi tanınır.

Film əsərin ssenari müəllifi olan Hadi Hicazifərin doğuldu Xoy şəhərinin yaxınlığında çəkilib. Filmin əsas süjet xətti  romantik münasibətlər haqqındadır. Hicazifər filmin ssenarisini yazmaqla yanaşı burada baş rolda da çıxış edib. Uğursuz sevgi hekayəsi və ailə daxili mənfi hadisələr nəticəsində tək qalan Kazım yeni bir sevgi hekayəsinə qədəm qoyur.

Atabəy filmi ilk dəfə 38-ci Fəcr Beynəlxalq Kinofestivalında ekranlara çıxıb və 5 müxtəlif nominasiyaya təqdim edilib. Niki Kəriminin ən yaxşı əsəri kimi tanınır. Atabəy filmi İranın ilk kino jurnalı olan və seçilən kino tənqidçilərinin jurnalı kimi tanınan aylıq “Film” jurnalı tərəfindən 38-ci Fəcr Kinofestivalının ən yaxşı əsəri kimi seçilib.

Türk dilinin filmdə xüsusi yer alması mətubat konfransında gərgin anlara səbəb olub. Bir jurnalist ölkənin rəsmi dilinin farsca olduğu halda farsca altyazı ilə nümayiş edilən əsərlər nəyə lazımdır deyərək, əsərin türkcə çəkilişinə etiraz edib. Buna ilk reaksiyanı isə rejissor Niki Kərimi verib. O: “Kim deyib ki biz bütün filmləri təkcə farsca çəkməliyik? Onsuz da ölkədə filmlərin 90 faizi farsca çəkilir.” deyib. Jurnalistə ən kəskin cavabı isə özü də türk olan ssenari müəllifi Hadi Hicazifər verib. O: ” Mən sizə ssenari müəllifi və bir türk kimi cavab verirəm. Sizin düşüncələriniz faşist düşüncədir. Buna təəssüf edirəm.” deyib.

Kino tənqidçilərinin diqqətini cəlb edən Atabəy filmi mətbuat konfransında baş verən mübahisə ilə də gündəmə gəldi. Filmdə Azərbaycan türkcəsinin önəmli yer alması güney azərbaycanlılar tərəfindən də müsbət qarşılanaraq dəstəklənib.

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.