8-9 dekabr tarixlərində 1945-ci ildə təşkil olunan bir illik Azərbaycan Milli Hökuməti haqqında onlayn seminar keçiriləcək. “AZ Civic Nation” və “Ətəkyazı” tərəfindən təşkil olunan iki günlük bu seminar, milli hökumətin dil siyasəti, Tudə partiyası ilə əlaqələri, plüralizm və digər müzakirələrə həsr olunacaq Azərbaycan Milli Hökumətinin 78 illiyində keçiriləcək bu seminarda, əsas danışanların analitik baxışları ilə birlikdə dinləyicilərin də fikirləri və duyğuları eşidiləcək.
Danışanlar və mövzular:
Toğrul Atabəy: Azərbaycan Milli Hökuməti Dövründə dildə modernləşmə planlaması.
Şiva Fərəhmənd Rad: İran Tudə hizbi və Azərbaycan Demokrat Firqəsi arasındakı çəkişmələr: “Vəhdəti-nafərcam” kitabına qısa bir baxış
Meysəm Badamçı: Azərbaycan Demokrat Firqəsinin bir illik hökumətini yenidən oxumaq: Əsğər Şirazinin kitabına bir baxış
Teoman Aktan: Azərbaycan Demokrat Firqəsinin söyləmində radikal çoxulçuluq və demokratik yurddaşlıq.
Tədbir vaxtları aşağıdakı kimi olacaq:
Təbriz: 19:30
Toronto: 11:00 am
Ankara: 19:00 pm
Bakı: 20:00 pm
Hər kəsi bu mövzuda fikirlərini bildirməyə dəvət edirik. Görüşmək ümidi ilə!