Ətəkyazının birinci elektron kitabı; “Azərbaycan Tarixi; Millət, Dövlət və Siyasət”

Google+ Pinterest LinkedIn Tumblr +

“Ətəkyazı saytı” Azərbaycan türkcəsində kitablar hazırlamağa başlayıb. Prof. Nəsib Nəsiblinin “Azərbaycan tarixi” adlı kitabının elektron versiyası bu layihənin birincisi olub. 2019-cu ildə Ankarada Türkiyə türkcəsində çap edilən bu əsər daha sonra Azərbaycan türkcəsində uyğunlaşdırılaraq Bakıda nəşr edilib. Kitabı Aydın Muğanlı isə ərəb əlifbasına köçürmüşdür.

“Azərbaycan tarixi, millət, dövlət və siyasət” kitabı tarixçi Nəsib Nəsiblinin quzey və güney Azərbaycanın tarixini paralel şəkildə araşdıran kitabıdır. O “Amerikanın səsi” ilə müsahibəsində güneylə quzey adının bir yerdə getməsini önəmli hesab etdiyini deyib və Azərbaycanın Türkiyədə daha yaxşı tanınması üçün bu kitabı Türkiyə türkcəsində yazdığını bildirib.

Nəsib Nəsibli bu əsərdə millət və millətçiliyin tarixçilik elmində nə olduğunu və millətləri yaradan amillərin necə ortaya gəldiyi barədə izahat verib. O daha sonra ilkin türk dövlətlərindən başlayaraq Azərbaycan tarixinə keçir. XIX yüzillkdə Azərbaycan ikiyə bölünür və bununla da quzey və güney fərqli sistemlərdə inkişad edirlər.

Nəsib Nəsibli dünyanı çalxalayan milli dövlətlərin yaranması dövründə Azərbaycanın hər iki tərəfinin hansı səbəblərə görə bu prosesdən dala qaldıqları barədə önəmli məlumatlar verib. Daha sonra isə çağdaş tarixdə hər iki tərəfdə gedən azadlıq hərəkatlarını araşdıraraq bu hərəkatların qarşısında olan amilləri şərh edir.

Ən sonda isə quzeydə yaranan müstəqil Azərbaycan Respublikası və Güney Azərbaycan milli hərəkatının yol xəritəsini açıqlayarq, təsirli olan müsbət və mənfi amilləri tədqiq edib.

Müəllifi Nəsib Nəsibli olan və “Ətəkyazı” saytının hazırladığı birinci kitab olan “Azərbaycan tarixi” adlı bu kitabı “etekyazi.com” saytından və ya onun teleqram kanalından əldə edə bilərsiniz.

Download

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.