Bizə Yaz

Ətəkyazı, Güney və Quzey Azərbaycanlı yazarların ortaq fəaliyyətinin nəticəsidir. Azərbaycan oxucusunun, yazıları rahat oxuya bilməsi üçün sayt ərəb və latın əlifbalarında, fəaliyyətinə davam edəcək. Ətəkyazının əsas hədəfi sosial elmlərə aid yazıları Azərbaycan Türkcəsində nəşr etməkdir. Bizim nəşr etdiyimiz mövzularda bizə göndərilən yazıları məmnuniyyətlə nəşr etməyə hazırıq.

Yazınız başqa bir saytda, dərgidə, şəxsi bloqda və ya Facebook-da yayılıbsa, biz onu istifadə edə bilməyəcəyik. Bununla belə hansı əlifbada (ərəb və ya latın) yayılmayıbsa o əlifbada nəşrini dəyərləndirə bilərik.

HARA GÖNDƏRİLSİN?

Yazıları bu email adresinə göndərin: [email protected]

Üç gün ərzində bizdən eşitməsəniz, yazınızdan istifadə etməyəcəyik.

Lütfən yazınızı Microsoft Word formatında göndərin.

Yazarın şəkli ilə birgə qısa bioqrafiyasının da göndərilməsi uyğun olardı. Bioqrafiyada yazarın oxuduğu universitetlər, ixitsas sahəsi, nəşr olunan(nəşr olunacaqlar deyil) kitablarının adı yer ala bilər. Bizə göndərilən bioqrafiyanın yaradıcılıq və təhsil qismini də nəşr edəcəyik.

ÖNƏMLİ NOTLAR

  • Bütün yazılara aid tənqidi fikirləri nəşr etməyə hazırıq, ancaq fərdlərə hücumlar uyğun deyil.
  • Orijinal dildən tərcümə olan mətnlərin oxucu üçün faydalı olacağını düşünürük. Bunun üçün də ikinci və ya üçüncü dildən tərcümələri nəşr etməməyə üstünlük veririk.
  • Saytın əsas dili Azərbaycan Türkcəsidir, başqa türk dilləri ailəsinə aid olan dillərdə yazılmış yazılar göndərməməyinizi xahiş edirik.
  • Biz, yazıları ancaq ilk nəşr üçün dəyərləndirə bilərik. Lütfən, eyni yazını bir neçə sayta göndərməyin.
  • Yazıları anonim şəkildə və ya taxma adlarla nəşr etmirik. Təbii ki, kimliyi bəlli olan qələm adları ilə nəşr edirik.
  • Türkiyə Türkcəsindən uyğunlaşdırmaları məhdud halda nəşr edəcəyik.
  • Yazıları anonim şəkildə və ya taxma adlarla nəşr etmirik. Kimliyi bəlli olan qələm adları ilə nəşr edirik.

SUALINIZ VAR?
Bizə yazın: [email protected]