COP29 nədir və niyə əhəmiyyətlidir?

Google+ Pinterest LinkedIn Tumblr +

İqlim bir məkanın il boyunca ortalama hava vəziyyətidir. Sənayeləşmiş dünyada fosil yanacaqların yanması nəticəsində parnik qazları havaya buraxılır. Bu qazlar havada günəşin istisisini hasara salaraq yer kürəsinin tepraturunun yüksəlməsinə səbəb olurlar. Nəticədə quraqlıq, çayların sularının azalması, qütblərdə buzların əriməsi və dənizlərin su səviyyəsinin qalxması kimi neqativ hadisələr baş verir. Bu şübhəsiz ki bütün bəşəriyyətin varlığını təhdid edən ən əhəmiyyətli mövzulardan biridir lakin onu kontrol etmək imkansız deyil.
Tərəflər Konfransı (COP), Paris Sazişi və Konvensiyası çərçivəsində qlobal istiləşmənin 1,5°C ilə məhdudlaşdırılması məqsədini güdən beynəlxalq səyləri qiymətləndirmək üçün təşkil edilən rəsmi tədbirlərdir. Bu konfranslar, dünya hökumətlərinin iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməsi və elmi tədqiqatlara əsaslanaraq ən yaxşı həll yolları barədə müzakirələr aparması üçün bir platformadır.
Hazırda konvensiya 198 tərəfdən (197 ölkə və Avropa İttifaqı) ibarətdir. Son COP konfransı isə bu ilin noyabr ayının 11-dən Bakıda keçirilir. COP konfransları, dünya ölkələrinin iqlim siyasətlərini müəyyən etdiyi və qlobal müstəvidə iqlim böhranına qarşı konkret addımlar atmaq üçün strateji qərarların alındığı ən mühüm platformalardan biridir.
İqlim dəyişikliyi, təbii ekosistemləri pozur, insanların həyat şəraitini təhlükə altına alır və iqtisadiyyatlara böyük zərərlər verir. Qlobal istiləşmə nəticəsində artan temperatur, dəniz səviyyəsinin qalxmasına və təbii fəlakətlərin artmasına səbəb olur. Bu dəyişikliklər yalnız inkişaf etmiş ölkələrdə deyil, həm də inkişaf etməkdə olan ölkələrdə ciddi nəticələrə səbəb olur. İqlim dəyişikliyi, həm də yerli və qlobal iqtisadiyyatı pozaraq qida, su və enerji təminatında problem yaradır.

COP tarixi
Tərəflər Konfransı (COP), 1992-ci ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının qəbulundan sonra təşkil edilməyə başlamışdır. İlk konfrans COP1 1995-ci ildə Berlində keçirilmişdir. Bu tədbir, iqlim dəyişikliyi ilə mübarizə məqsədilə ölkələri bir araya gətirib. 1997-ci ildə Kyoto Protokolu qəbul edilib. Bu protokol inkişaf etmiş ölkələrə karbon emissiyalarını azaltmaq öhdəliyi qoyub.
2015-ci ildə COP21 Parisdə keçirilmiş və burada Paris Sazişi qəbul edilərək, bütün ölkələrə qlobal istiləşməni 1.5°C ilə məhdudlaşdırmaq məqsədi qoyulmuşdur. Paris Sazişi, həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələri iqlim dəyişikliyi ilə mübarizəyə daxil etmişdir.
Sonraki illərdə keçirilən konfranslarda (COP24, COP25, COP26) iqlim siyasətləri təkmilləşdirilmiş, lakin hələ də müxtəlif ölkələr arasında mübahisələr davam etmişdir. COP29 isə bu il Bakıda keçirilir və dünya miqyasında iqlim dəyişikliyinə qarşı daha konkret tədbirlərin müzakirə edilməsi gözlənilir.

Regionda İqlim Dəyişikliyinin Nəticələri
Azərbaycanda və qonşu ölkələrdə, xüsusilə İran və Gürcüstanda, quraqlıq problemləri artıb. Məsələn, Azərbaycanın Kür çayının və İranla müştərək hesab olunan Araz çayının su səviyyələri düşüb. Bu da kənd təsərrüfatını və suvarma sistemlərini çətinləşdirib. Alimlərin dediklərinə əsasən iqlim dəyişikliyi nəticəsində orta şərq ölkələrini uzun müddətli quraqlıqlar gözləyə bilər. Hazırda Azərbaycanda və qonşu ölkələrdə orta illik temperaturun artması əhali və əkinçilik üçün risklər yaradır. Gürcüstanda üzümçülük və Ermənistanda dağlıq əkin sahələri temperatur artışından təsirlənib. Türkiyədə isə meşə yanğınları və fırtınalar artıb, bu da əkin sahələrinə və ekosistemlərə ziyan vurub.
Bütün bunlar iqlim dəyişikliyinin nümunələridir və Bu da sosial və iqtisadi gərginliklərə səbəb olur. Qeyd etmək lazimdir ki iqtisadi baxımdan gücsüz hesab olunan ölkələr təbii olaraq bu gedişatdan ən çox ziyan payını alır və alacaqlar.

Dünya Üzrə İqlim Dəyişikliyinin Nəticələri
Dünyada iqlim dəyişikliyi, qlobal istiləşmənin nəticələri olaraq əhəmiyyətli təsirlər yaradır. 2023-cü ildə dünya üzrə karbon emissiyaları 36 milyard ton civarında olub, bu da planetin istiləşmə sürətini artırıb. Həmçinin, son illərdə təbii fəlakətlərin, məsələn, yağışlı fırtınaların, torpaq sürüşmələrinin və quraqlıqların sayında kəskin artım müşahidə edilib. Hindistan və Pakistan kimi ölkələr, iqlim dəyişikliyinin nəticəsi olaraq daha çox ekstremal hava hadisələri ilə qarşılaşır, Afrika qitəsi isə quraqlıq və aclıq problemi ilə üzləşir.

COP29-a qarşı tənqidlər
Bəzi tənqidçilər, COP29-un keçiriləcəyi ölkə olan Azərbaycanın, enerji siyasətini tamamilə dəyişmədiyini və fosil yanacaq asılılığını azaltmaqda çətinlik çəkdiyini qeyd edirlər. Eyni zamanda, bəzi ekspertlər COP29-un sonda alınan qərarların yalnız bəyannamələr şəklində qalacağına və real dəyişikliklərin həyata keçirilməyəcəyinə dair narahatlıqlarını ifadə edirlər. COP konfranslarının əsas tənqidi, müəyyən öhdəliklərin siyasi maraqlar ucbatından zəif qalması və qarşıya qoyulan məqsədlərin yerinə yetirilməməsidir.
Bu eyni zamanda o deməkdir ki bəzi güclü ölkələr yaranan vəziyyətdə daha çox günahkar olsalar da onların fəaliyyətlərini məhdudlaşdıran heç bir qanun yoxdur. Əslində onlar bütan dünyaya ziyan vururlar amma fəaliyətlərinin mənfəətlərindən sadəcə özləri istifadə edir.

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.