Dünya işçi günü nə vaxtdan və niyə qeyd edilir?

Google+ Pinterest LinkedIn Tumblr +

Beynəlxalq Əmək Günü və ya Beynəlxalq Əmək Bayramı hər il işçilərin keçmişdəki mübarizələrinin şərəfinə keçirilən bayramdır. Əslində bu gün illər əvvəl işçilərin qanı ilə dünya yaddaşına möhürlənsə də hazırda bir çox ölkədə bu gün bayram günü kimi qeyd edilir.

Hər il 1 may tarixində fərqli ölkələrdə fərqli şəkillərdə bu bayram qeyd edilir. Bu gün fərqli ölkələrdə işçilərin kütləvi boykotu, aksiyalar, şənliklər və bir günlük tətil kimi mərasimlərlə dünya səviyyəsində qeyd edilir. Bu gün həm də işçi sindikatlarının və birliklərinin işçi hüquqlarının müdafiəsi yolunda önəmli hesab etdikləri gündür.

Beynəlxalq Əmək Bayramı əslində 1 may 1886-ci ildə Amerikada gerçəkləşən işçi aksiyalarının və boykotlarının xatirəsində həsr edilir. O il ABŞ-da işçilər iş saatlarını 8 saata endirmək üçün geniş miqyasda boykotlar və aksiyalar gerçəkləşdiriblər. Lakin nəticəsi acı olub və bir neçə işçi polis gücləri tərəfindən güllələnərək öldürülüb.

1 may İran konstitusiyasında da İşçilər Günü kimi qeyd edilib. Lakin bu işçi hüquqlarının qorunmasına gətirib çıxarmayıb. Güney Azərbaycanda keçən 3 ay ərzində ən azı 5 böyük işçi tətili keçirilib. Əldə olan məlumata əsasən keçirilən tətillərin heç biri tam şəkildə uğurlu olmayıb.

İranda işçi hüququnun müdafiəçisi kimi tanın Xaneyi Kargər (işçi evi) qurumu əslində özəl qurumdur. Lakin bəziləri bu qurumun da dövlətin əlində olduğunu deyərək onun mövqeyinin çox da önəmli olmadığını vurğulayırlar.

Tarix

Qərbdə sənaye inqilabından sonra böyük miqyasda iqtisadi inkişaf baş verdi. Texnoloji inkişaf nəticəsində istehsal sistemləri dəyişdi. Bu isə yeni dövrün başlanması demək idi. Sənaye inqilabında sonra artıq böyük zavodlar və fabriklər tikilib və istehsal edilən məhsullarda ciddi miqyasda artım baş verdi. Lakin bunun digər yanı isə böyük işçi kütləsinin yaranması və onların ağır şərtlər altında işləməkləri demək idi. Bu daha sonralar işçilər hərəkatını yaradacaq və dünya səviyyəsində önəmli dəyişikliklərə səbəb olacaqdı.

Kapitalist sisteminin yaranması fərdi azadlıqları da özü ilə gətirmişdi. Lakin eyni halda burjuaların işçilərini çətin iş şəraitində işlətməsini də asanlaşdırmışdı. Avropa və Amerika ölkələrində genişlənən bu sistemlə bərabər işçilərin etirazları da cücərməkdə idi.

Əsas məsələlərdən biri də iş saatı idi. 1980-ci illərdə ABŞ-da işçilərin ən önəmli tələbləri həmin məsələ idi. Onlar iş saatının qanuniləşməsı və azalmasını tələb edirdilər. İstəklər nəticəsində belə bir layihənin həyata keçiriləcəyi planlaşdırılmışdı. Lakin verilən vəd yerinə yetirilmədiyi üçün 1 may 1986-cı ildə geniş aksiya keçiriləcəyi planlaşdırılır.

Həmin gün Çikaqo kimi bir neçə şəhərdə on minlərlə insan aksiyada iştirak edir və polis gücləri də buna müdaxilə edirlə. Etirazların 4-cü günündə Çikaqo şəhərində mənbəyi bilinməyən bir partlayış baş verib. Ani partlayış nəticəsində polis gücləri atəş açmağa başladılar və bir neçə işçi orda dünyasını dəyişdi. Çox sayda yaralananlar da olur və Çikaqo şəhəri hardasa bir savaş meydanına çevrilir.

Sonraki illərdə ABŞ-da və başqa ölkələrdə o günün xatirəsinə mərasimlər keçirilir və nəhayət dünya səviyyəsində önəmli günə çevrilir. Hazırda 1 may Dünya İşçilər Günü, Beynəlxalq Əmək Günü və Beynəlxalq Əmək Bayramı kimi adlarla qeyd edilir.

İranda İşçilər Günü

Məşrutə hərəkatı illərində hələ ki İranda sənaye inqilabı baş verməmişdi. Lakin şimal qonşusu olan Çar Rusiyasında önəmli səviyyədə dəyişikliklər yaranmışdı. Həmin illərdə bir çox güneyli quzeydə gedən səneyeləşmə prosesini görüb oraya gedirdi. Xüsusilə Bakıda yaranan neft sənayesi güneylilər üçün iş mənbəyi kimi görünürdü.

Quzeydə işçi kimi yaşayan güneylilər sosialist düşüncələrlə də sıx əlaqəyə girir və yeni fikirlərin İrana girməsinə səbəb olurdular. İranda ilk işçi təşkilatları da məhz quzeydə yaşamış şəxslər tərəfindən yaradıldı.

İranda ilk dəfə 1 may günü 1921-ci ildə İşçilər Günü kimi qeyd edilib. Daha sonra Rza xan şahlıq taxtına çıxır və bununla da işçi hərəkatı dayandırılır. Yalnız 1941-ci ildə Rza şahın ölkədən çıxarılması ilə işçilər təşkilatı yenidən canlanır.

İşçilərin iş saatının azalması tələbi bu dəfə İranda da tələb edilir. İlk dəfə olaraq güneydə qurulan Milli Hökumət dövründə işçilərin iş saatı barədə qanun qəbul edilir və bununla da İran səviyyəsində Milli Hökumət birincilik qazanır. Lakin Millli Hökumətin yıxılması ilə həmin qanunlar da pozulur.

1 may tarixi Müsəddiq dövründə rəsmi gün kimi qeyd ediir. Lakin bu da çox davam etmir və Müsəddiq hökuməti də yıxılır. Təxminən Müsəddiq hərəkatından sonra İranda işçilər hərəkatını təmsil edən təşkilatlar təmamilə illeqal təşkilatlar kimi tanınır və 1 may bayramı da gizlin keçirilir. 1958-ci ildə isə İran parlamentində iş qanunu yazılır və bununla da iş saatı müəyyənləşdirilir.

1979-cu il inqilabından sonra həmin gün işçilər günü kimi qəbul edilir. Lakin işçi təşkilatları yenə də dağıdılır. 1990-cı ildə yenidən iş qanunu qəbul edilir və bununla da bütün təşkilatlar illeqal sayılırlar. Daha sonrakı illərdə dəyişən qanuna əsasən işçi aksiyaları da qanunsuz hesab edildi. Hazırda var olan işçi hüquqlarının müdafiəçisi kimi tanınan bəzi rəsmi qurumların da müstəqil olmadıqları bilinir.

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.