“Global Editing” saytının məlumatlarına görə, dünyada ən çox kitab oxunan ölkələr bəlli oldu. Siyahıda həftədə 10 saat 42 dəqiqə ilə Hindistan birinci, həftədə 9 saat 24 dəqiqə ilə Tayland ikinci və həftədə 8 saatla Çin üçüncü yerdədir.
Kitab oxuma indeksi, insanların həftədə kitab oxumağa neçə saat sərf etdiklərinə əsasən müəyyən edilir. Bildirilir ki, nəşr edilən kitablar ilə yanaşı, jurnal, qəzet və onlayn nəşrlər də yer alır.
İlk onluğa daxil olan ölkələr aşağıdakılardır:
Filippin (7 saat 36 dəqiqə)
Misir (7 saat 30 dəqiqə)
Çexiya (7 saat 24 dəqiqə)
İsveç (7 saat 6 dəqiqə)
Fransa (6 saat 54 dəqiqə)
Macarıstan (6 saat 48 dəqiqə)
Səudiyyə Ərəbistan (6 saat 48 dəqiqə).