Ətəkyazının ikinci elektron kitabı yayımlandı: Güneyli- Quzeyli Məsələlərimiz

Google+ Pinterest LinkedIn Tumblr +

“Ətəkyazı” saytının Azərbaycan türkcəsində ikinci kitabı nəşr edilmişdir. Yayımlanan yeni kitab Prof. Nəsib Nəsiblinin “Güneyli- Quzeyli Məsələlərimiz” adlı kitabıdır. Kitab Aydın Muğanlı tərəfindən ərəb əlifbasına köçürülərək nəşrə hazırlanmışdır.Bu kitabın əsas mövzusu milli tariximizin orta əsrlər dövrünün önəmli məsələləri, Güney və Quzey Azərbaycanın yaxın keçmişində və hal-hazırda həll edilməmiş problemləri haqqındadır.

Nəsib Nəsibli bu əsərdə Azərbaycanda türk varlığını fərqli tarixi dönəmlərdə ələ almış, tariximizdə iz buraxan şəxsiyyətlərin düşüncə və fəaliyyətlərini incələmişdir. Əsərdə Azərbaycan və Türkiyə münasibətləri, Qarabağ məsələsi, Xocalı soyqırımı kimi mövzularla birlikdə Güney Azərbaycan Milli hərəkatı də ələ alınmışdır. Yazar bu kitabda sovet rejimi ilə türklük, əski mirasın yenidən dəyərləndirilməsi, paniranizmin doğuşu və türklük kimi mövzularda da önəmli məlumatlar vermişdir.

Kitabı aşağıdaki linkdən endirə bilərsiniz.

Kitab

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.