“Ətəkyazı” saytının Azərbaycan türkcəsində üçüncü kitabı nəşr edilmişdir. Yayımlanan yeni kitab Prof. Nəsib Nəsiblinin “Türkçü düşüncənin əsasları” adlı kitabıdır. Kitab Aydın Muğanlı tərəfindən ərəb əlifbasına köçürülərək nəşrə hazırlanmışdır.Bu kitabda, yaşadığımız dönəmdə türkçülüyün mahiyyəti, millətləşmə sürəcinin tələbləri haqqında bir araşdırmadır. Milli həyatın önəmli sahələrində problemlər müzakirəyə çıxarılır. Millət-dövlət bayrağının izahı verilir. Millətin adı, milli tarixçilik, dil məsələləri, millət qorucuları və tarixdəki qəhrəmanlarımız, milli siyasi elita problermlərimiz, millət-dövlət münasibətləri, bayrağımızdaki çağdaşlaşma və islam kimi milli fikirlərin əsas mövzuları incələnir.
Tarix elmləri doktoru Nəsib Nəsibli bu kitabı haqqında qeyd edib ki, kitab Quzey Azərbaycanın birinci (1918) və ikinci dəfə müstəqilliyinin (1991) qazanılması uğrunda həyatını qurban vermiş insanların əziz xatirəsinə, Güney Azərbaycanda milli haqlar uğrunda mübarizə aparanlara bir ərmağandır.
Kitabı aşağıdaki linkdən endirə bilərsiniz.