Etiraz hərəkatları haqqında beş mif

Google+ Pinterest LinkedIn Tumblr +

İngiliscədən tərcümə: Fağan Yusifli

Xeyr, etirazlar həqiqətən xarizmatik liderlərə ehtiyac duymur

Vətəndaşlar öz hökumətlərinin tiranlığı ilə üzləşdikcə bu il bütün dünyada etirazlar dalğası davam etməkdədir. İraqdan Zimbabveyə, Honq-Konqdan Çiliyə qədər, hətta kifayət qədər nəzarət və cəza rejimlərinin olduğu yerlərdə belə nümayişçilər səslərini eşitdirmək üçün çalışırlar. Lakin bu hərəkatlarla yanaşı, onların necə işlədiyinə dair yanlış təsəvvürlər də davam edir və onların məqsədləri, metodları və nəticələri haqqında anlayışımızı çaşdırır.

Sosial mediyanın populyar hərəkatları daha təsirli etməsi prosesi

2011-ci ildə ərəb üsyanları zamanı dominant bir nəzəriyyə sosial mediyanın yüksəlişinin xalq hərəkatlarına kömək edəcəyinə inanırdı. MIC-də 2012-ci ildə dərc olunmuş məqalədə deyilir: “Sosial şəbəkə saytları vasitəsilə “Ərəb baharı” fəalları təkcə güclü diktaturanı devirmək gücü əldə etmədilər, həm də siravi ərəblərə mövcud yeraltı icmalardan xəbərdar olmağa kömək etdilər”. Bu il Sudanda Ömər Həsən əl-Bəşirə qarşı keçirilən nümayişlərlə bağlı Wall Street Journal xəbərində deyilir: “Siyasi fəalların küçə etirazları Sudanın uzunmüddətli liderinin hərbi yolla devrilməsini sürətləndirməsində sosial medianın gücünə güvəniblər”. Bu il İran hökuməti kütləvi etirazlara cavab olaraq internetə giriş imkanlarını məhdudlaşdırıb.  Bu addım 2009 və 2011-ci illərdəki oxşar hadisələr zamanı internetə girişi  əhəmiyyətli dərəcədə yavaşladıqdan sonra atılıb. Etirazçılar bunun onların təşkilatlanma qabiliyyətinə zərər verdiyini söyləyir. Pew Araşdırma Mərkəzinin 2018-ci ildə keçirdiyi sorğuda amerikalıların 67 faizi sosial medianın “sosial dəyişiklik üçün davamlı hərəkatlar yaratmaq” üçün vacib vasitə olduğuna inandığını müəyyən edib.

Lakin Facebook, Twitter və Instagram kimi sosial mediya platformaları etirazları asanlaşdırsa və təşkilatlanmanı sürətləndirsə də, bu heç də siyasi fəallara davamlı təşkilatlar qurmağa və ya uzunmüddətli planlaşdırmanı təşviq etməyə kömək etməyib. Bu tipli strukturlar 1980-ci illərin əvvəllərində Polşa Həmrəyliyi hərəkatının hərbi vəziyyətə tab gətirməsinə kömək etmək üçün mühüm əhəmiyyət kəsb edirdi və daha yaxınlarda yerli təşkilatlar Sudan xalq hərəkatının hökumət qüvvələri və paramilitar qruplar tərəfindən zorakı repressiyalardan sağ çıxmasına kömək etdi. Bu cür atributları olmayan hərəkətlər həssasdır.

 Qeyri-zorakı müqavimət müəyyən qüvvələrə qarşı faydasızdır.

The Economist jurnalı 2010-cu ildə Mahatma Qandi və Martin Lüter Kinq Jr-ın zorakılığa əhəmiyyət verməmələri ilə bağlı səhv etdiklərini iddia etdi, çünki “zorakı etiraz əslində daha təsirlidir”. 2013-cü ildə Ali Təhsil Xronikasında Benjamin Ginsberg yazırdı: “Məqsədlərinə çatmaq üçün zorakılıqdan istifadə etmək istəyənlər ümumiyyətlə daha az döyüşkən düşmənlərinə qalib gələcəklər”. O qeyd edib ki, Liviyada Müəmmər Qəddafini devirən dinc etirazlar deyil, NATO hava hücumları ilə dəstəklənən silahlı üsyan oldu.

Lakin biz 2011-ci ildə mövcud rejimləri və xarici hərbi işğalları hədəf alan 330-a yaxın əsaslı zorakı və qeyri-zorakı kampaniyanı araşdıran zaman məlum oldu ki, qeyri-zorakı etirazların məqsədlərinə çatmaq ehtimalı iki dəfə çoxdur. Əksəriyyət hətta avtoritar hökumətlərə qarşı dinc etirazların ölümcül nəticələrə səbəb ola biləcəyi etirazlarda uğur qazandı. Çilidə Avqusto Pinoçetin, Filippində Ferdinand Markosun, Tunisdə Zin əl-Abidin Ben Əlinin, Qambiyada Yəhya Cammenin, Sudanda Bəşirin və Əlcəzairdə Əbdüləziz Buteflikanın devrilməsi kütləvi qeyri-zorakı qüvvələrin despotların hakimiyyəti əlindən almasının sadəcə bir neçə nümunəsidir.

Alimlər hələ də zorakılığın qeyri-zorakı hərəkatlara zərər verdiyini və ya kömək etdiyini müzakirə edirlər. Bəziləri silahsız mülki şəxslər tərəfindən məhdud zorakılığın (iğtişaşlar və ya daş atma kimi) faydalı ola biləcəyini iddia etsə də, digərləri bu cür taktikaların əlavə edilməsinin iştirakçı sayını azaltdığını və rejim tərəfindən zorakılıq riskinin artırmağa meylli olduğunu iddia edir, bu da hərəkat üçün bəzən fəlakətli nəticələr gətirir.

Qeyri-zorakı hərəkatlar xarizmatik liderlər tələb edir.

Etiraz hərəkatları çox vaxt Polşada King, Qandi və ya Lech Walesa kimi ruhlandırıcı liderlərlə sinonimdir. Honq Konq etirazlarının təkamülünə nəzər salan Financial Times Asia-nın redaktoru Cəmil Anderlini bu yaxınlarda iddia etdi ki, vəziyyət daha da zorakılığa doğru getməzdən əvvəl “Bu lidersiz hərəkat bir lider tapmalıdır”. Keçən ay The Atlantic-də bir esse qeyd etdi ki, “liderlərin çatışmazlığı, etirazçıların hakimiyyətlə necə qarşı-qarşıya qalacağına dair göstəriş verəcək heç kim olmadıqda gərginliyi və zorakılığı gücləndirə bilər”.

Ancaq bugünkü hərəkatlar getdikcə lidersiz müqavimətə – və ya bəlkə də daha doğrusu, kiçik qruplarda təşkilatlanan bir çox liderin olduğu yayılmış bir quruluşa əsaslanır. Honq-Konq fəallarının etirazlara qeyri-mərkəzləşdirilmiş yanaşması 2014-cü ildə yüksək profilli liderləri həbs edilən Çətir Hərəkatının birbaşa nəticəsidir. Əmək, insan haqları, tələbə, ətraf mühit və qadın qruplarının geniş əsaslı koalisiyası olan Sosial Birlik Çilidə etirazlara səbəb olub. Bu nümayişlərin başlamasından dörd gün sonra Çili Prezidenti Sebastian Pinera hərəkatı sakitləşdirməyə yönəlmiş iqtisadi tədbirlər paketini elan etdi buna baxmayaraq etirazlar davam etməkdədir. Sudan və Əlcəzair xalq üsyanlarında hansısa xarizmatik lideri müəyyən etmək çətin olardı.

Xalq hərəkatları küçə nümayişləri ilə bağlıdır.

2017-ci ildə Pew Araşdırma Mərkəzinin sorğusu göstərdi ki, amerikalıların təxminən yarısı sadəcə etirazların hökumətin iqlim dəyişikliyi ilə bağlı səylərini artıra biləcəyini düşünür. Kai Thaler bu yaxınlarda Xarici Siyasətdə küçə etirazlarının xalq mübarizəsinin sonu olduğunu ifadə etdi. Həqiqətən də, bu il qeyri-zorakı müqavimətin artmasına baxmayaraq, 2019-cu ildə xalq hərəkatlarının işıqlandırılması dəyişikliyə təkan verən digər üsullara məhəl qoymadan demək olar ki, tamamilə küçə etirazlarına yönəldi.

Lakin küçə etirazları siyasi nəticələrə nail ola biləcək zorakılıqsız taktikalardan yalnız biridir. Digər, eyni dərəcədə dəyərli müqavimət növlərinə boykot və ya tətillər daxildir.  2003-cü ildə Liberiyalı qadınların ölkədə ikinci vətəndaş müharibəsinə son qoyulmasını tələb edən tətili uğur qazandı. 1990-cı illərdə Türkiyədə 30 milyon vətəndaş ölkənin diqqətini korrupsiyaya yönəltmək üçün gecələr işıqları yandırıb-söndürdü, bu kampaniyanın bir nəticəsi bi qrup siyasətçilər və mütəşəkkil cinayətkar qrupların üzvləri üçün məhkəmə araşdırmaları, mühakimələr və hökmlər ilə nəticələndi. Montqomeri avtobusu və Cənubi Afrika boykotları Jim Crow seqreqasiyası və aparteidin sona çatmasına yol açdı. Sudanda isə Bəşirin devrilməsindən əvvəl ümummilli işçi tətili və evdə qalmaq kampaniyası keçirildi.

Etirazçılar mütərəqqi məqsədlər üçün mübarizə aparırlar.

İnsanlar tez-tez etirazçıların Filippin, Tunis və Misir kimi diktaturalar və təhlükəsizlik qüvvələri ilə üz-üzə olduqlarını təsəvvür edirlər. Piter Ackerman və Jack Duvall-ın “Daha Güclü Bir Qüvvə” kimi qeyri-zorakı müqavimətin ən məşhur nümunələri yalnız 20-ci əsrin mütərəqqi və ya demokratik məqsədləri olan hərəkatlarını əhatə edir. Amerikanın həyatında proqressivizmlə bağlı Amerika Tərəqqi Mərkəzi seriyası iddia edir ki, “ictimai hərəkatlar gender, irqi və sinfi bərabərliyi əhatə edən daim inkişaf etmiş mənəvi və siyasi səbəblərə malikdir”.

Lakin bu taktikanı kəşf edən tək sosial ədalət fəalları deyil. Nativistlər, şovinistlər, supremasistlər və istisna planları olan başqaları da öz məqsədlərinə çatmaq üçün vətəndaş itaətsizliyindən istifadə edə bilirlər. Məsələn, Polşada hər il keçirilən Müstəqillik Yürüşü bu yaxınlarda aktiv sağçı varlıq qazanıb, etirazçılar anti-İslam və anti-Avropa İttifaqı əhval-ruhiyyələrini müdafiə etirlər. Avtokratların öz qanunauyğunluqlarını gücləndirmək üçün hökumətyönlü mitinqləri və nümayişləri dəstəkləməsi adi bir təcrübədir. Rusiyada gənclərin rəhbərlik etdiyi Naşi hərəkatı hökumətin dəstəklədiyi etiraz qrupudur; Nikaraquadakı Orteqa hökuməti hökumətyönlü mitinqləri dəstəkləyib və qoşulmaqdan imtina edən dövlət qulluqçularını təhdid edib.

Qaynaq:

The Washington Post, Dekabr 2019

Paylaş.

Müəllif haqqında

Şərhlər bağlıdır.