Federalizm, uğurlu siyasətin qurulma modeli və idarəetmə üçün bir meydan oxuma olaraq | İkinci Bölüm

Google+ Pinterest LinkedIn Tumblr +

İngilizcədən tərcümə: Ətəkyazı tərcümə qrupu

PARTİYANIN SİYASİ ÖLÇÜSÜ

Demokratik ölkələrdə siyasi qərarların qəbulunda siyasi partiyalar həlledici rola malikdir. Bu federal ştatlarda, siyasətin qurulmasında mərkəzləşdirmə elementlərini ya gücləndirə, ya da zəiflədə bilər. Burada həlledici amillər seçicilərin siyasətdə nəyi üstün tutmalarından aslıdır. Bütün regionların siyasi konsensusuna əsaslanan federasiyalarda siyasət seçimləri orta  zəmində toplanır və siyasi kompromislərə gəldikdə böyük miqdarda siyasi çeviklik (flexibility) mövcuddur. Federal və regional səviyyə arasında bir-biri ilə əlaqəli siyasət qurulmağı, hətta o dərəcədə mümkündür ki, federal dövlətlər vahid dövlətlərə çox oxşar şəkildə fəaliyyət göstərir, bunu Avstriya və Almaniyanın nümunələri göstərir. Bu, xüsusilə federal prinsipə təhdidlər siyasi məsələlərə çevrildiyi zaman, bəzi nəzərəçarpacaq istisnaları olan ümumi qaydadır. Bir-biri ilə əlaqəli siyasətin qurulması milli partiya siyasətini gücləndirir və seçki kampaniyalarında siyasi partiyalara hətta regional maraqları nəzərə almamaqla bütövlükdə xalqa müraciət etməyə imkan verir. Lakin hətta ən mərkəzləşdirilmiş federasiyalarda belə, regional seçimlər həmişə orta zəmində cəmləşdiyini təbii qəbul etmək olmaz. Federalizm, Almaniyada enerji və ya qaçqın siyasəti ilə bağlı mübahisələr göstərdiyi kimi, regional ölçülü məsələlərin siyasiləşdirilməsi üçün imkan strukturu yaradır.

Regional seçimlər orta zəmində toplaşdıqda, siyasətin qurulması müəyyən dərəcədə regional kimlik siyasətindən ayrılır. Baxmayaraq ki, A dan-D  arasında seçimlər regionlardakı siyasi proseslərə görə bir növ fərqliliklər göstərə bilər, regional siyasi partiyaların digər regional partiyalarla sövdələşmələr aparmaqda heç bir problemi olmayacaq və əyalət miqyaslı siyasi partiyalar üçün öz seçicilərinin regional seçimlərinə uyğunlaşmaq asan olacaq. Konsensusa  (fikirbirliyə- işbirliyi) əsaslanan federalizmdə etno-regionalist partiyalar ola bilər. Bununla belə, bu partiyaların prioritetləri öz müqəddəratını təyinetmə siyasətində deyil, iqtisadiyyatda və ya iştirakçılıqda uğur qazanmaqdadır. Əgər siyasətin qurulması regionlar üçün gözlənilən nəticəni vermirsə və ya mərkəz repressiya, korrupsiya, zorakılıq və ya pis idarəetmənin digər formaları səbəbindən regional siyasi dəstəyi itiribsə, orta zəmin eroziyaya uğrayır. Konsensusa əsaslanan federalizm öz ahəngdarlığını itirir. Regional elita və regional partiyalar daha zəif mərkəzdə və daha az əməkdaşlıq edən federalizmdə alternativ görə bilərlər. Mərkəzin çöküşü Belçika federalizminin hekayəsidir. Belçikada niderland və fransız dilli icmalar arasındakı gərginlik ayrı yaşamaq modeli ilə nəticələnib.

Qrafik 2: Orta zəmində regional seçim klasteri

Qrafik 2: Orta zəmində regional seçim klasteri

Federalizm dövlətçiliyə dair müxtəlif baxışların ifadəsi olduqda, parçalanan federalizmdə siyasi əməkdaşlıq əvvəldən çətin görünür. Ayrılıq həll yolu olmadıqda, federalizm özünüidarəni və ortaq qaydanı birləşdirən institusional çərçivə təmin edir. Hər ikisi siyasətin qurulması və partiyanın siyasi rəqabəti üçün vacibdir. Özünüidarəetmə öz ifadəsini regionlara səlahiyyətlərin təmin edilməsində tapır. Regional səviyyədə tapılacaq səlahiyyətlər dairəsi milli partiya-siyasi rəqabətdən ayrılmış regional partiya-siyasi rəqabət üçün münbit zəmin yaradır. Ştat miqyaslı partiyalar regional partiyalarla bərabər səviyyədə rəqabət aparmaqda çətinlik çəkə bilər. Federalizmin mərkəzləşdirilməməsi zamanı mümkün ortaq idarəetmə dərəcəsini proqnozlaşdırmaq çətindir. İspan hadisəsinin göstərdiyi kimi, hətta bütün İspaniyada polis qüvvələri üçün bir model tapmaq mümkün deyildi.

Qrafik 3: Federalizmin mərkəzsizləşdirilməsi: Uyğun olmayan etno-regional üstünlük strukturları

Qrafik 3: Federalizmin mərkəzsizləşdirilməsi: Uyğun olmayan etno-regional üstünlük strukturları

Etno-regional üstünlük strukturlarının ayrılması halında, federal kontekstdə siyasətin qurulmasının iki nəticəsi mümkündür. Biri ayrı inkişafdır. Siyasətlər yalnız bir etno-regionun ehtiyaclarına uyğunlaşdırılır. Digər siyasətlərlə, məsələn, iqtisadi və ya xarici siyasətlə bağlı mənalı ortaq qayda qorunursa, bu, siyasətin sabitliyini pozmağa ehtiyac duymur. Məsələn, Kanadada, 1980-ci illərdə Kvebekin dil siyasəti Qərbi Kanada da şiddətlə qarşılandı, lakin ölkə hələ də minimal konsensusun mövcud olmadığı bir siyasət sahəsi ilə yaşaya bilərdi. Siyasətlər nə qədər regional ehtiyaclara uyğunlaşdırılarsa, regional partiyalar bir o qədər əhəmiyyətli olur və ya alternativ olaraq, dövlət miqyaslı partiyaların regionallaşdırılması bir o qədər vacibdir.

Cədvəl 1: Federalizmin mərkəzsizləşdirilməsi və bir-birinə bağlanmasında siyasətin qurulması

Münaqişə Partiyanın siyasi strategiyası
Bir-birinə bağlı federalizm Regional legitimliyin olmaması Milli səmərəliliyi gücləndirmək
Federalizmin mərkəzsizləşdirilməsi Regional oxşarlığın olmaması Regional təmsilçiliyi gücləndirmək

 

Regional seçimlər strukturlarının fərqli olmasının ikinci mümkün nəticəsi institusional islahatlardır. İnstitusional islahatlar qeyri-mümkün olduqda konsensus yaratmaq üçün federal qurumlara təzyiqi aradan qaldırır. İnstitusional islahat mərkəzi dövlətin geri çəkilməsi (bundan sonra qeyri-mərkəzləşdirmə), siyasət sahələrinin özəlləşdirilməsi və ya regional səlahiyyətlər üçün yeni konstitusiya təminatları şəklində ola bilər. Mərkəzsizləşdirmə federalizmi bir-birinə bağlayan federalizmdən daha az sabit deyil. Federalizmin hər iki formasının qarşıdurma nöqtələri var. Fərqli olan, siyasi münaqişəni aradan qaldırmaq üçün partiyanın siyasi strategiyasıdır.

Federalizm, uğurlu siyasətin qurulma modeli və idarəetmə üçün bir meydan oxuma olaraq| Birinci bölüm

İQTİSADİ FEDERALİZM (FISCAL FEDERALISM)

İqtisadi mərkəzsizləşdirmə regional siyasət dəyişikliyi üçün həlledici ilkin şərtdir. Regional seçimlər fərqlidirsə, regionların regional qanunvericilikdə öz fərqliliklərini ifadə etmək hüququ olması kifayət deyil. Nə qədər ki, regionlar regional siyasət dəyişikliyini həyata keçirmək üçün maliyyə gücünə malik deyillər, federalizm yalnız simvolik siyasətə icazə verir. Yaxşı nümunə, əksər federasiyalarda regionlar tərəfindən idarə olunan təhsil siyasətidir. Məsələn, Almaniyada federal hökuməti bu siyasət sahəsindən kənarda saxlamaq ideyası var idi. Zəruri standartlar əyalətlərin könüllü əməkdaşlığı ilə təmin edilməli idi. Universitetlərin maliyyələşdirilməsi, təhsil testləri və ya ibtidai təhsilin islahatı ilə bağlı əyalət resurslarının olmaması milli hökuməti geri qaytardı. Bu, ona görə deyil ki, hər hansı əsaslı mübahisə var idi, ancaq ona görə ki, Länder lazımi resursları səfərbər edə bilmədi. İsveçrə konstitusiyası 61 maddəsində Almaniya konstitusiyasından irəli gedir, çünki o, kantonların və federal hökumətin İsveçrədə daxili hərəkətliliyi və yüksək keyfiyyətli təhsil standartlarını təmin etmək üçün əməkdaşlıq etmək vəzifəsini tanıyır. Lakin Almaniya işində mühüm fərq ondan ibarətdir ki, konstitusion əməkdaşlığa ehtiyac ayrıca səlahiyyətlər toplusuna əsaslanır, Almaniyada isə əməkdaşlıq konstitusiya təminatlarından kənar müəyyən edilmiş siyasi məqsədlərlə əsaslandırılır.

Ardı var…

Paylaş.

Müəllif haqqında

Prof. Dr. Roland Sturm

Friedrich-Alexander Universitetinin Siyasi Elmlər kafedrasının professoru

Şərhlər bağlıdır.