Füzuli Hava Limanından Ərdəbil-Miyana Dəmiryolunadək

Google+ Pinterest LinkedIn Tumblr +

Oktyabrın 26-da Azərbaycan Respublikası prezidenti ilə Türkiyə prezidenti Füzuli beynəlxalq hava limanının açılışını etdilər. Bu layihə Azərbaycan Qarabağı işğaldan azad etdikdən sonra başladı və 8 ay ərzində hava limanının bütün işləri bitib istifadəyə hazır oldu. Layihələr hər zaman belə sürətlə olmur. Qonşu ölkə İranda isə Ərdəbil-Miyana dəmiryolu 16 ildir ki, tamamlanmır.

Miyanadan gəlib Muğanı aşacaq olan dəmiryolu Ərdəbili aşa bilmir

Keçmiş hökümətin dönə-dönə verdiyi vədlərə əsasən indiyə Ərdəbil-Miyana dəmiryolu istifadəyə verilməli idi. Ərdəbil-Miyana dəmiryolu layihəsinin icrasına 2006-cı ildə başlasalar da, bu tarixdən 16 il keçsə də, layihə müxtəlif hökumətləri görsə də hələ ki sona çatmayıb. Ümumi uzunluğu təqribən 175 km olan Ərdəbil-Miyana dəmiryolunda ümumi uzunluğu cəmi 23810 metr olan 62 tunel və  4 km dərə üstü körpü, 3 km də su üstü körpü tamamlanıb. Ərdəbil millət vəkili Südef Bədrinin dediyinə əsasən qətiləşmiş bir başqa layihədə Ərdəbil-Miyana dəmiryolu Parsabada qədər uzanacaq və oradan da Azərbaycan Respublikasının dəmiryoluna qoşulacaqdır.

Ərdəbil millət vəkili Südef Bədrinin dediyinə əsasən qətiləşmiş bir başqa layihədə Ərdəbil-Miyana dəmiryolu Parsabada qədər uzanacaq və oradan da Azərbaycan Respublikasının dəmiryoluna qoşulacaqdır.

İranın keçmiş prezidenti Həsən Ruhani XII prezident seçkiləri ərəfəsində, daha doğrusu 27 may 2017-ci ildə Ərdəbilin Təxti stadionunda “Biz XII hökumətdə qatar fitinin səsini Ərdəbildə eşidəcəyik” dedi. Əvvəlki hökumətdə Yol və Şəhərsalma nazirinin müavini olan Məhmud Qəffari bu ilin iyun ayında layihəni yoxlayaraq, layihənin bu ilin sonunadək qurtaracağı vəd verib.

Gözləməklə tamamlanmayan layihə

Bundan əvvəlki vədlərin birində hətta dəmir yolunun işə başlayacağı tarixi göstərmək üçün Ərdəbil şəhərində bir günsayar monitor da qoyulmuşdu. Bu monitora  əsasən Ərdəbil-Miyana dəmiryolu, bu il sentyabrın 5-də istifadəyə verilməli idi. Ancaq göstərilən tarixdə dəmiryolu hazır olmadığı üçün açılışın təyin edildiyi gündə monitor söndürüldü.

Göstərilən tarixdə dəmiryolu hazır olmadığı üçün açılışın təyin edildiyi gündə monitor söndürüldü. 

Hazırki Yol və Şəhərsalma naziri Rüstəm Qasımi Ərdəbilin Təsnim Xəbər Agentliyinin müxbirinə verdiyi müsahibədə bildirib ki: “Bu günə qədər Ərdəbil-Miyana dəmiryolunda 82 km rels çəkilib və bu xəttin 87 faizi hazır olduğu üçün yolun 2022-ci ildə bütünlüklə tamamlanacağı gözlənilir.”

Daha sonra isə o əlavə edib ki: “İndiyə qədər bu layihəyə 2800 milyard tümən pul ayrılıb. Bu isə bu günə olan məzənnə ilə 9000 milyard tümən edir. Layihəni tamamlamaq üçüb əlavə 1800 milyard tümən də lazımdır.”

Yeni prezident İbrahım Rəisinin Ərdəbil səfəri

İran Respublikasının prezidenti Ayətullah Rəisi Ərdəbilə son səfərində Ərdəbil-Miyana dəmiryolu layihəsi haqqında bunları deyib: ”Ərdəbil dəmiryolu gərək bundan daha çox əvvəl sona çatardı. Ancaq təəssüf ki bu layihə iki onillikdir ki davam edir.”

Daha sonra sözünün davamında əlavə edib: “Təxmin etdiyimizə görə uzağı bir il yarıma layihə başa çatacaq və Ərdəbil dəmiryolunun açılışı baş tutacaq. Dəmiryolunun inşası dediyim vaxtdan tez bitməlidir. Mən sadəcə dəqiqlik olsun deyə bir az uzun vaxt deyirəm.”

Təxmin etdiyimizə görə uzağı bir il yarıma layihə başa çatacaq və Ərdəbil dəmiryolunun açılışı baş tutacaq.

Paylaş.

Müəllif haqqında

Hadi Sattari

Şərhlər bağlıdır.