Güney Azərbaycanda klassik vokal sənətinin problemləri nədir?

Google+ Pinterest LinkedIn Tumblr +

Klassik vokal sənətinin dünya üzrə paytaxtı İtaliyadır və Azərbaycanda da bu sənətin banisi Murtəza Məşədi Rza oğlu Bülbül Məmmədov olub.

Bülbül 1927-ci ildə Bakı Konservatoriyasını bitirib. Yüksək səs tembrinə və gözəl ifaya malik olduğu üçün təhsilini davam etdirmək üçün dövlət tərəfindən İtaliyanın Milan şəhərinə göndərilib. 1931-ci ildə Milan Konservatoriyasında Delliponti və R.Qraninin siniflərini bitirərək Vətənə dönüb və Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayıb. Klassik vokal sənətinə ustalıqla yiyələnmiş Bülbül milli köklərdən ayrılmayaraq, xalq musiqisi üçün səciyyəvi xüsusiyyətləri, ənənələri pozmayaraq, yeni üslub yaratmağa can atırdı. O, italyan və rus vokal məktəblərinin ən yaxşı cəhətlərini əxz edir və onları milli ifaçılıq üslubu ilə əlaqələndirirdi. Qərb və şərq oxuma üsulları arasında qovuşma nöqtələri tapan müğənni xalq sənətkarlığı ilə professional vokal ifaçılığının vəhdətinə nail olurdu. Bununla da o, Azərbaycanda ilk olaraq, professional vokal ifaçılığının bünövrəsini qoyub. O, bunu həm nəzəri cəhətdən işləyib, həm də praktiki cəhətdən həyata keçirib. Beləki o, dəfələrlə bu məsələyə həsr olunmuş mühazirələrlə çıxış edib, konsertlərində isə həm ariya və romansları, həm də xalq mahnıları və muğamları eyni şövqlə oxuyub. Azərbaycan musiqisində yeni səhifə açan Bülbülün yaradıcılığı vokal sənətinin inkişafında mühüm mərhələ olub.

Bülbül sənətinin gücü onun geniş diapazonlu, məlahətli səsində idi. Səlis bədii diksiyaya, böyük səhnə mədəniyyətinə malik olması onun ən ümdə xüsusiyyətlərindən idi. Daim axtarışda olan, yeni zirvələrə can atan Bülbülün repertuarı çox zəngin idi. O, xarici ölkə bəstəkarlarının opera ariyalarını və romansları, Azərbaycan bəstəkarlarının vokal əsərlərini, muğamları, xalq mahnı və təsniflərini özünəməxsus üslubda, aydın tələffüzlə ifa edirdi. Klassik əsərləri bir neçə dildə ifa edən Bülbül ən çox Azərbaycan dilinə fikir verirdi və həmişə deyirdi ki, “öz dilində elə oxumaq lazımdır ki, bu dili başa düşməyənlər də ondan zövq ala bilsinlər”.

Əlavə etməliyəm ki Bülbül İtaliyanın Milan şəhərində təhsilini bitirib Azərbaycana qayıdandan sonra Üzeyir Hacıbəyliyə müraciət edərək belə deyir:

“İndi ki mən vokal üzrə təhsilimi bitirmişəm nə yaxşı olardı ki Azərbaycan türk dilində mənə bir vokal əsəri yazasınız.”

Üzeyir bəy buna çox sevinir və Bülbülə söz verir ki nöbəti görüşdə onun üçün Azərbaycan dilində vokal əsəri hazırlayacaq. Növbəti görüşdə Üzeyir bəy Məhəmməd Füzulinin “Nalədəndir ney kimi avazeyi-eşqim bülənd” şeiri əsasında ilk Azərbaycan vokal əsərini yazıb, Bülbülə təqdim edir.

Sonralar Ü.Hacıbəyli həmin əsəri “Arşın mal alan” operettasına da yerləşdirib.(Əsgərin ariayası)(Qaynaq:”Lətafət Yusifova” “Azərbaycan vokal tarixi” Və internet.(

Güney Azərbaycanda vokal sənətinin əsas problemi musiqi məktəbinin yoxluğudur! (1-ci məsələ 1-ci sinifdən 9-cu sinifə qədər).

Artırmalıyam ki musiqi məktəbi ilə musiqi öyrədən azad məkanlar (amuzeşqahe musiqi) arasında böyük fərq var:

Birincisi budur ki ölkənin gələcəyinə professional və ali ifaçılar tərbiyə etmək üçün ali təhsil nəzarəti altlnda ödənişsiz olaraq məktəb lazımdır və məktəb elmi çərçivə və proqram əsasında bu işi əldə edir! Halbuki özəl musiqi məktəbləri həm ödənişlidir! Həm də gələcək üçün professional ifaçı yetişdirməyə yetərli deyil!

Ancaq əlavə bir öyrənci mərkəzi olaraq və elmi səviyyəsi dünya standartına uyğun olamaq şərtilə ölkənin ümumi incəsənətinin və mədəniyyətinin inkişafında ciddi və zəruri rolu ola bilər!

Kolleclərimiz olsa da çox azdırlar və əsasən mərkəzi bölgələrdədilər! Halbuki onda da musiqi fakültələri məhdud və beynəlxalq səviyyə ilə müqayisədə çox zəif keyfiyyətdədir! (dəbirestan-hünəristan)

Bundan sonra akademiyaya giriş mərhələsidir!

Vokal sinifində pedaqoji məsələ ilə əlaqədar əsas aparıcı rol, vokal müəllimi və konsertmeysterdir.

Vokal müəllimi əslində özü professional vokal təhsili almış bir peşəkar vokalçıdır! Vokalçı kamera və ya opera səhnəsində davamiyyətli fəaliyyətilə bu işin peşəkarlığını həm ifa cəhətdən, həm də  pedaqoji təcrübə baxımından əldə edir! Halbuki Güney Azərbaycanda opera zalı yoxdur və Tehran mədəniyyət nazirliyi bu sənətə tam biganədir! Kamera konsertinə də Tehran dövləti tərəfindən ciddi manelər var! Bu maneələr böyük şəhərdən kiçik şəhərlərə qədər , fars bölgələrindən türk bölgələrinə qədər tam fərqlidir! Beləliklə bizim uşaqlar və digər insanlar münəzzəm və davamlı şəkildə klassik vokal konsertində və opera tamaşasında iştirak etməyənə qədər bu sənətə və orkestral və ansambl ifalarına və eləcə də klassik musiqi alətlərinin öyrənilməsinə ciddi meyl göstərməyəcəklər! Əlavə edə bilərəm ki həmin səbələrə görə xaricdə musiqi üzrə təhsil alan bir çox soydaşlarımız da dərsi bitirən kimi Avropaya gedəsi olurlar və güneyə qayıtmaq istəmirlər.

Vokal tələbələri təhsil zamanı 2-ci kursdan 4-cü kursu bitirənə qədər xüsusi pedaqoji hazırlıq dərsini ciddi nəzarət altında keçirirlər!

 Bəs konsertmeyster kimdir və vokal sinifində rolu nədir?

Konsertmeyster piano ifaçılığının professional və əla səviyyəsidir və vokalçı tələbənin professional müşayiətçisidir. O, deşifrasion (yeni bir musiqi notunu görən kimi məşqsiz ifa etmək) və cəld ifaçılıq, transpoz (əsəri başqa tonallığa və qamma ya köçmək) qabiliyyətinə malik və vokalçının səs diapazonuna uyğun olaraq əsərin tonallığını dəyişmə qabiliyyətləri olan şəxsdir. Təhsil alınan dövrdə konsertmeysterin rolu o qədər önəmlidir ki onsuz vokal dərsinin heç bir nəticəsi ola bilməz.

Eyni zamanda konsertmeyster də vokal müəllimi deyil !

Deyə bilərəm ki vokal müəllimi və konsertmeyster bir-birini cism və ruh kimi tamamlayırlar!

 Güney Azərbaycanda klassik vokal sənətinin problemlərini necə həll etmək olar?!

Birinci məsələ Güney Azərbaycanda ana dilində məktəbin yoxluğudur. Güneylilərin  tələffüz və intonasiya üzrə xüsusi problemləri olur və biz bunu Quzey Azərbaycanda güneyli musiqi tələbələrində aydın şəkildə görürük!

Deməli ana dilində məktəbimizin olması zəruri bir məsələdir!

İkinci məsələ Güney Azərbycanın hər şəhərində ən azı 1-ci sinifdən 9-cu sinifə qədər və hətta 3 illik kollecin və hər ostanda ali kollecin (hünəristan) olması qətiyyən zəruri bir məsələdir!

Çünki konsert maestro tərbiyə etmək yaşı 7 yaşdan başlayır və hətta şagird 2-3 il vaxt itirsə daha bu sənəti mənimsəmək ona çətin olar!

Həmçinin güclü vokalçı tərbiyəsi üzrə (eşitmə, solfejio və elementar nəzəriyyə) 1-ci sinifdən (7 yaşından) musiqi təhsilini başlamalıdır.

Və sonda deməliyəm ki,  Güney Aəzərbaycanımızın hər bölgəsində ən azı bir opera zalı və bir-neçə kamera zalı lazımdır!

Çünki mühit və şərait olmayana qədər bizim vokal sənətimiz , eləcə də simfonik orkestrdən istifadə edilən alətlərə öyrəşmə həvəsi  olmayacaq və insanlar çarəsiz olaraq bu problemləri yaşayacaqlar!

Paylaş.

Müəllif haqqında

Mehdi Qazızadə

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının klassik solo-vokal fakültəsi üzrə tələbə.

Şərhlər bağlıdır.