Güneyli Rejissor “Korkut Ata” film festivalının ödülünü qazandı

Google+ Pinterest LinkedIn Tumblr +

Məhəmməd Əlimuradi “Korkut Ata” türk kino festivalının sənədli film bölümündə “Ekizlər” filmi ilə birinciliyi qazandı. Qazaxıstanda yerləşən Aral gölü ilə Güney Azərbaycanda olan Urmu gölünün durumunu paralel şəkildə rəvayət edən “Ekizlər” bu gün Türkiyədə Atatürk kültür mərkəzində keçirilən mükafatlandırma mərasimində sənədli film bölümündə ən yaxşı sənədli film olaraq ödülə layiq görülüb.

Bu festival türk dünyasının ortaq dəyəri sayılan Dədə Qorqud adına keçirilərək, türk dünyasının kino əsərlərini bir platform altında birləşdimək, onları yeni nəsillərə göstərmək, türk cəmiyyətləri arasında mədəni işbirliyini artırmaq və ortaq mədəni mirasaları gücləndirmək və zənginləşdirmək hədəfi ilə qurulmuş festivalıdır. Festivala müxtəlif türk cəmiyyətlərindən kino əsərləri iştirak edib, seçilən ən yaxşı əsərlər isə 12 Noyabr tarixində mükafatlandırma mərasimində açıqlanıb.

Güney Azərbaycanın Mərənd şəhərindən olan rejissor Məhəmməd Əlimuradi bir çox sənədli filmin rejissoru prodüseri olmuşdur. ”Urmu Gölü Xatirəsinə”, “Mən İsmətəm’, “Ana dilim”, ‘Ekizlər”, “Əkinçilər”, “Sən çağırsan gələrəm mən”, “Meşə Talanı”, “Acı Çay”, “Oba”, “Üzünü İşığa Tut”, “Dənizin Yolu Hardandır” filmləri onun çəkdiyi sənədli filmləri içində yer alır. O həm də sosial, iqtisadi və ekoloji problemlər haqqında bir çox qısa metrajlı filimlər çəkib. Urmu gölünün quruması və onun təsirləri haqda çəkilən Ekizlər sənədli filmi beynəlxalq Kebek film festivalı finalına da yol tapmışdır.

Korkut Ata festivalının ən yaxşı uzunmetrajlı film mükafatına isə Quzey Azərbaycandan “Səpələnmiş Ölümlər Arasında” filmi layiq görünüb.

Korkut Ata festivalında Müstəqil Güney Azərbaycan Sinemasının İsmayıl Münsif rejissorluğunda Kömür adlı filmi də uzun metrajlı filmləri bölümündə iştirak edirdi. Güneyli rejissor Rza Siyami isə sənədli film bölümündə jüri heyətinin üzvü olaraq iştirak edirdi.

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.