İnklüziv Toplum Fondu fəaliyyətə başlayıb

Google+ Pinterest LinkedIn Tumblr +

İnklüziv Toplum Fondu (Foundation for Inclusive Society-FIS) Amerikada qeydiyyatdan keçmiş qeyri hökümət təşkilat kimi rəsmi fəaliyyətə başladığını elan edib. Fond, fəaliyyətə başlamasını 2024-cü ilin birinci fəsli üçün İranda Azərbaycan türkləri ilə bağlı yeni insan haqları hesabatını yayaraq elan edib.

İnklüziv Toplum Fondu, fəaliyyətinin insan haqları hesabatlarına məhdud olmayacağını və araşdırmalara da üstünlük verəcəyini bildiribdir. Fond çevrə, ictimai, siyasi və iqtisadi məsələlər daxil olmaqla, müxtəlif mövzuları əhatə edən hesabatlar və araşdırmalar hazırlamağı hədəfləyir. Fond, İranda azlıqlar ilə bağlı araşdırılmamış və ya daha az araşdırılmış sahələri, Azərbaycan bölgəsinə özəl vurğu ilə, prioritetləşdirməyə və azlıqların haqları uğurunda mübarizəni araşdırmalar yolu ilə gücləndirməyi hədəfləyir.

İnklüziv Toplum Fondunun nəşr və fəaliyyətləri fondun rəsmi internet saytı və sosial media platformalarından tanış ola bilərsiniz:

www.inclusivevision.org
Instagram: www.instagram.com/inclusivevsn/
X: www.x.com/InclusiveVsn
Facebook: www.facebook.com/InclusiveVsn

Sorğu və əlavə məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.