Cinsi sağlamlıq (sexual health) haqqında öyrənmək özümüz və başqalarının sağlamlığını qorumaq üçün bilgi və bacarığa malik olduğumuzdan əmin olmaq deməkdir.
Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı(UNESCO) və Ümumdünya Səhiyyə Təşkilatının (WHO) 2021-ci ildə dünya ölkələrinin təhsil sistemində cinsi təhsil haqqında paylaşdığı hesabatına görə; araşdırılmış 155 ölkənin %85-də cinsi təhsil məsələsi ilə bağlı siyasət və qanunlar tətbiq edilməkdədir. Bu hesabatda verilən statistikalara görə, müsəlman və yoxsul ölkələrdə cinsi təhsil sistemi ilə bağlı bu siyasət və qanunlar ya ümumiyyətlə mövcud deyil, ya da düzgün formada həyata keçirilmir.
Ümumdünya Səhiyyə Təşkilatının 15-24 yaşlı asiyalı gənclərin məktəblərdə cinsi təhsil sistemindən məmnuniyətləri ilə bağlı apardığı son sorğuda (نظرسنجی) onların yalnız üçdə birindən azı məktəbin cinsi təhsil sahəsində uğurlu olduğuna inanırlar. Təhsil məsələsindən əlavə dövlətin öhdəsində olan vəzifələrdən biri, bir sıra yayğın və təhlükəli xəstəliklərə qarşı ümumi vaksinasiya proqramı həyata keçirməkdir. Cinsi yolla ötürülən infeksiyalar (sexually transmitted infections) bütün dünyada cinsi və reproduktiv sağlamlığa ciddi təsir göstərir. Cinsi yolla keçən infeksiyalar əsasən cinsi əlaqə, o cümlədən vaginal, anal və oral sekslə yayılır. Bəzi cinsi yolla ötürülən infeksiyalar hamiləlik, doğuş və ana südü verilən zaman anadan uşağa da keçə bilər.
Uşaqlıq boynu xərçəngi (Cervical cancer سرطان دهانه رحم) qadınlar arasında dünyada ən çox yayılmış dördüncü xərçəngdir. 2020-ci ildə dünya üzrə bu xəstəliyə məruz qalıb ölənlərin 90 faizi maliyyə vəziyyəti aşağı səviyyədə olan və orta gəlirli ölkələrin əhalisidir. İranda hər il 500 qadın bu növ xərçəngdən dünyasını dəyişir. Bu xərçəng cinsi yolla keçən xəstəliklərdən hesab olunur. Bu xərçəngə səbəb olan virus kişilərdə genital ziyillərlə (زگیل تناسلی) özünü göstərir.
Bu xəstəliklərlə qarşı mübarizə aparmağın ən yaxşı yolu insanlara cinsi gigiyena haqqında təhsil vermək və ümumi vaskinasiyadır. Dünyanın 127 ölkəsində bu xəstəliyə qarşı ümumi vaksinasiya proqramı həyata keçirilir. İranda cinsi yolla ötürülən xəstəliklərə qarşı düzgün təhsil sistemi və vaksinasiya proqramı yoxdur. Qardasil peyvəndi bütün dünyada uşaqlıq boynu xərçəngi və genital ziyillərin qarşısını almaq üçün istifadə olunur.
Keçmişdə bu peyvənd İrana Amerikadan idxal olunub azad bazarda 2 milyon tümənə satılırdı. Sanksiyalardan sonra isə bu peyvəndi yalnız qara bazardan (بازارسیاه) almaq olur. Peyvəndin İranda istehsalının qarşısında isə 4 problem dayanır:
-Birincisi, bu peyvənd amerikalı analoquna baxanda nisbətən gücsüzdür və virusun bütün növlərinin qarşısında müqavimət göstərə bilmir.
– İkincisi, bu peyvənd insanlar üçün əlçatan və pulsuz deyil.
– Üçüncüsü, vaksinasiyadan yaxşı nəticə almaq üçün bu vaksinasiya proqramı 9-11 yaşlı uşaqlar arasında keçirilməlidir. Ancaq İranda təhsil sisteminin bu sahədə gücsüz olması səbəbindən insanlar bu peyvənd və xəstəlik haqqında heç bir bilgiyə sahib deyillər.
– Dördüncüsü, bu mövzuda danışmaq, toplumda uşaqlar və gənclərlə cinsi qayğı haqqında danışmaq, İranda onları seks və cinsi əlaqəyə təşviq etmək sayılır.
Beləliklə, İranda təhsil sistemi və yaxud hökumət tərəfindən cinsi sağlamlıq və cinsi qayğıkeşlik haqqında ciddi addımların atılmadığı müşahidə olunur.
-Beşinci məsələni İranda olan ədalətsizliyin ən aydın simgəsi kimi dəyərləndirə bilərik;
Peyvənd mərkəzlərinə diqqət yetirəndə, dəhşətli statistikalarla qarşılaşırıq. Məsələn Tehranda 27, Şirazda 17, Məşhəddə 15, İsfahanda 20, Azərbaycan şəhərlərinə gəldikdə isə; Ərdəbildə 1, Təbrizdə 1, Urmiyada 2, Zənganda 2 peyvənd satan mərkəz var.
Peyvənd satılan mərkəzləri araşdırdıqca İranın fars mərkəzli ssisteminə görə yaranan ədalətsizliyi görmək mümkündür. Səhiyyə və müalicə imkanlarından faydalanmaq insanların fiziki və psixi sağlamlığına zəmanət verir. Həmin imkanlar İranda böyük bir ədalətsizliklə paylanmışdır. İranda səhiyyə müəssisələrinin insanlar üçün əlçatan olması belə 3 kateqoriyaya bölünüb: inkişaf etmiş, yarı inkişaf etmiş və inkişaf etməmiş bölgələr.
Statistikaya əsasən Ərdəbil, Şərqi Azərbaycan, Qərbi Azərbaycan əyalətləri inkişaf etməmiş bölgələr qrupuna daxildirlər. Səhiyyə və müalicə imkanlarının səviyyəsi hər bölgənin iqtisadi vəziyyətindən təsirlənir. Həmin bölgənin inkişaf səviyyəsinin hansı məqamda olduğunu göstərir.