İranda Azərbaycanlı Türk Qadın və Uşaqların Hüquqlarının Vəziyyəti Haqqında Hesabat |Sentyabr 2022 – Fevral 2023

Google+ Pinterest LinkedIn Tumblr +

Bu hesabat (17 sentyabr 2022-ci il – 1 fevral 2023-cü il) bir qrup azәrbaycanlı hüquq müdafiәçisi tәrәfindәn 2022 vә 2023-cü il İran etirazlarını araşdıraraq azәrbaycanlı türk qadın vә uşaqlara qarşı İranda insan hüquqlarının pozulmasının son vәziyyәti ilә bağlı hazırlanmışdır.

İran hökumәti etnik vә dil qrupları ilә bağlı heç bir rәsmi demoqrafik statistika açıqlamadığı üçün, İrandakı Azәrbaycan türklәrinin sayı barәdә tәxminlәr vermәk çox çәtindir.  Lakin 2011- ci ilin yanvarında Türkiyәyә rәsmi sәfәri zamanı İranın keçmiş xarici işlәr naziri Әli Әkbәr Salehi bәyan etmişdi ki, iranlıların 40 faizi türkcә danışır:

“Biz demәk olar ki, eyni dildә danışırıq. İranlıların 40 faizi türkcә danışır. Bu, Türkiyә ilә İran arasında böyük bir bağdır”.

Bu hesabatınmәqsәdi İran İslam Respublikası tәrәfindәn insan haqları pozuntuları barәdәmә- lumatlarda olan boşluqları aradan qaldırmaqdır. Bu, İran rejimi qüvvәlәri tәrәfindәn hәbs edilәn, sorğu-sual üçün çağırılan, işdәn qovulan, güllәlәnәrәk öldürülәn vә işgәncәlәrә mәruz qalan azәrbaycanlı türk qadın vә uşaqları haqqında insan haqları hesabatıdır.

Biz, İran İslam Respublikasının müxtәlif tәhlükәsizlik qüvvәlәri vәmәhkәmәlәri tәrәfindәn fiziki zorakılıq, birbaşa güllәlәnmә vә işgәncәlәrә mәruz qalaraq qәtlә yetirilәn yalnız 11 azәrbaycanlı türk qadın vә uşağın kimliyini tәsdiq edә bildik. Bәzi hallarda hәbs edilәrkәn ağır fiziki vә ruhi sarsıntı keçirmiş hәbs edilmiş şәxslәr azadlığa buraxıldıqdan sonra intihar ediblәr.

Hesabatın “A” hissәsi İranın repressiv rejiminin qüvvәlәri tәrәfindәn qәtlә yetirilәn 11 azәrbaycanlı qadın vә uşaq etirazçı haqqındadır.

Hesabatın “B” hissәsi hәbs edilmiş vә iş prosesinin sonuna qәdәr azad edilmiş 79 qadın vә uşaq etirazçının işini izah edir.

Hesabatın “C” hissәsindә kәşfiyyat nazirliyi tәrәfindәn çağırılan üç şәxsin vәziyyәti haqda mәlumat verilәcәk vә onların işi ilә bağlı tәfәrrüatları tәqdim edilәcәk.

Hesabatın “D” hissәsindә biz cәza növü kimi işdәn kәnarlaşdırılan bir şәxsin işinә diqqәt yetirәcәyik.

Hesabatın “E” hissәsindә İranın mәhkәmә sistemi tәrәfindәn saxlanılan vә ittiham olunan azәrbaycanlı qadın vәkilin işini araşdıracağıq.

Hesabatın “F” hissәsindә etirazlar zamanı hәbs edilmiş vә müxtәlif cәzalara mәhkum edilmiş 20 mәhkumun statusu nәzәrdәn keçirilәcәk.

Hesabatı aşağıdakı linkdən endirə bilərsiniz

Endir

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.