Makı sərbəst bölgəsi yaxınlığında yerləşən bir ferroəritmə zavodunun zərərli tüstü və tullantılarının ətraf-mühitə mənfi təsiri yerli əhalidə etirazlara səbəb olub. Etiraz edənlər “Kabi Aliaj” adlanan bu zavodun müdirlərini və Makı sərbəst bölgəsinə cavabdeh olanları ətraf-mühiti çirkləndirməklə günahlandırırlar.
Zavodun sahibi hindistanlıdır və yerli cavabdeh qurumlar bu zavodun bölgədə tikilməsinin Makı sərbəst bölgəsinin iqtisadiyatına faydalı olacağını demişdilər. Lakin yerli media aktivistləri keçən aylarda bu zavoddan ölkə xaricinə ixracatın olmadığını bildirərək, ferroəritmə zavodunun ancaq bölgənin təbiətinə mənfi təsir etdiyini qeyd ediblər.
Etirazlar nəticəsində Makı sərbəst bölgəsi tərəfindən zavodun rəhbərliyinə xəbərdarlıq məktubu göndərilib. Amma yerli media fəalları bunun təsirsiz olduğunu deyirlər. Hazırda media vasitəsilə etirazlar davam edir. Bu yaxınlarda isə aktivistlər bu zavodun zərərli fəaliyətini dayandırmaq üçün bir kampaniyaya başlayıblar.
Bu zavod niyə Makı bölgəsində tikilib?
“Maku.times” instagram səhifəsinin verdiyi məlumata əsasən zavodun Makı sərbəst bölgəsində tikilməsinə səbəb kimi bölgədə zavodun fəaliyyəti üçün vacib olan xammalın olması göstərilsə də əslində bu belə deyil. Hazırda zavodun xammalı Tanzaniyadan gətirilir. Bu halda zavodun bölgənin iqtisadiyyatına verəcəyi müsbət təsir də sual altına düşür. “Maku.times” səhifəsinin verdiyi məlumata əsasən söz verilən ixracat da baş tutmayıb.
Ortada Tanzaniyadan Makı sərbəst bölgəsinə qədər uzanan uzun bir məsafə var. Tanzaniyadan çıxarılan xammal əvvəlcə İranın ən cənub nöqtələrinə çatdırılır daha sonra isə ölkənin ən şımal nöqtələrindən biri olan Makı sərbəst bölgəsinəemal edilmək üçün gətirilir. Yerli fəallar bunu şübhəli hesab edirlər. lakin Bu kimi hallara dünyanın bir çox yerində rast gəlmək mümkündür. Bunun adı çevrə irqçiliyidir.
Dr. Robert Bullarda görə bir ölkədə təhlükəli sənaye və ticarət obyektlərinin yerini müəyyən etməkdə irq, sosial-iqtisadi statusdan daha vacib rol oynayır. Bu isə çevrə irqçiliyidir. Beləcə təhlükəli tullantıları olan zavodun azərbaycanlıların yaşadığı bölgədə tikilməsi ölkə səviyəsində irqçiliyin nümunəsidir.
Çevrə irqçiliyi nədir?
Bu nəzəriyyə ilk dəfə 1982-ci ildə ABŞ-da ortaya çıxıb. Amerika qaradərililərinin mədəni haqlarını qoruyan hərəkatın rəhbərlərindən olan Benjamin Çavis ABŞ-da ətraf mühitlə bağlı olan siyasətlərin irqi ayrıseçkiliyə əsaslandığını deyib. Çavisə görə hökumətlər zərərli tullantıları və ətraf mühiti çirkləndirən müəssisələri azlıqların yaşadıqları bölgələrdə bilərəkdən yerləşdirirlər.
İrqçi siyasət zərərli müəssiəsələri azlıqların yaşadığı yerlərdə yaradır. Azlıqlar böyük magistral yolların kənarında, kanalizasiya siteminin olmadığı məhəllələrdə, təhlükəli tullantıları olan zavodların qonşuluğunda yaşayırlar. Bunun nəticəsində isə azlıqların yaşadıqları yerlərdə başqa yerlərlə müqayisədə sağlamlıq göstəriciləri daha aşağı səviyyədə olur.
İranda çevrə irqçiliyi
Çevrə irqçiliyi İranda çox rast gəlinən məsələrdən biridir. İranda fars olmayanların yaşadıqları bölgələrdə çevrə problemləri günü-gündən artamaqdadır. Azərbaycanda yerləşən və hər ötən il quruyan Urmu gölü 10 ildən çoxdur ki müxtəlif etirazlara səbəb olur. Əsasən ərəblərin yaşadıqları Xuzistan vilayətində yaşanan etiraz aksiyaları Karun çayının və Hurüləzilm bataqlıqlarının qurumasına diqqəti çəkmək baş tutub. Bundan əvvəl isə İranın cənub şərqində yerləşən Bəlucistanda bir göl tamam quruyub. Fars olmayan vətəndaşlar buna səbəb kimi çevrə irqçiliyini göstərirlər.
Urmu gölü və Əhvaz etirazları sərt şəkildə yatırılıb. Lakin farsların yaşadıqları İsfahan şəhərində Zayənderud çayının qurumasına etiraz edən insanların bu etirazı dövlət tərəfindən anlayışla qəbul edildi və hətta etiraz aksiyası dövlət kanalları vasitəsilə canlı yayımlandı. Bu isə sosial media istifadəçilərinin ciddi reaksiyasına səbəb oldu. Buna etiraz edən vətəndaşlardan biri öz etirazında bunları yazıb: “Eyni məsələlər üçün etiraz edən farslara meyvə suyu verilir, ərəblərə güllə atılır, azərbaycanlılar isə həbs edilirlər.” Təbii ki bunların heç biri təsadüfi deyil.
Əsasən farsların yaşadıqları mərkəzi bölgələr susuz yerlərdir və onların suları əsasən fars olmayanların yaşadıqları bölgələrdən çəkilmiş su kəmərləri vasitəsilə təmin edilir. Lakin burada fars olmayanların vəziyyəti və onların suya olan tələbatları nəzərə alınmır. Su ehtiyyatları bol olan və fars olmayanların yaşadıqları bölgələrin suları farsların yaşadıqları bölgələrə daşınır deyə fars olmayanlar susuzluqdan əziyyət çəkirlər. Bununla yanaşı əsasən farsların yaşadıqları və təbii su ehtiyyatları olmayan bölgələr isə bağçılıq və əkinçilik mərkəzinə çevrilirlər. Son Əhvaz etirazlarında İsfahanda yetişdirilməsi üçün çox suya ehtiyacı olan düyünün əkilməsi ortaya çıxdı.
İsfahanda baş tutmuş etiraz aksiyalarından sonra onların qonşuluğunda yerləşən və əsasən lurların yaşadıqları Çahar-Mahal və Bəxtiyari ostanında da eitraz aksiyaları baş tutdu. Etiraz edən əhali öz torpaqlarında olan su ehtiyyatlarının mərkəzi vilayətlərə aparılmasına qarşı çıxırdılar.
Demək Xuzistan və Çahar-Mahal və Bəxtiyari ostanı kimi fars olmayanların yaşadıqları vilayətlərdə su problemi dövlətin mərkəzi vilayətlərə göstərdiyi xüsusi diqqətin nəticəsində yaranıb. Lakin eyni məsələ üçün baş tutmuş etirazlara eyni münasibət sərgilənməyib. Bütün bunlar çevrə irqçiliyinin nümunələridir.
Ferroəritmə zavodunun Makıda tikilməsinin səbəbi irqçilikdir.
İranda fars irqçiliyini tənqid edən ən böyük azlıq Azərbaycan türkləridir. Makı fəallarının “Kabi Aliaj” adlanan zavodun zəhərli tullantılarına qarşı etdikləri etiraz da buna nümunədir. Onlar təhlükəli tullantıları olan zavodun Makı sərbəst bölgəsində tikilməsini və etdikləri etirazların nəticəsiz qalmasını çevrə irqçiliyi ilə əlaqələndirirlər.
Ferroəritmə zavodunun xammalı ölkənin cənubundan idxal olunduğu halda zavodun Şot şəhərinin yaxınlığında tikilməsi çevrə irqçiliyinə açıq numünədir. Çevrə ədalətinin atası ləqəbini alan Robert Bullardın dediyi kimi bu kimi zərərli müəssisələrin tikiləcəyi yerləri müəyyən etmək üçün irq məsələsi əsas rol oynayır. Ferroəritmə zavodunun Azərbaycanda tikilməsi də onun strateji mövqeyi və ya yeraltı qazıntıları ilə bağlı deyil, birbaşa irqi məsələ ilə bağlıdır. Çünki İranda irqçilik ayaq açıb yeriyir.
Çevrə irqçiliyinə qarşı mübarizə davam edir
“Kabi Aliyaj” zavodunun çevrəyə mənfi təsirinə qarşı etirazlara sivil fəallar başlasalar da hazırda bu etirazlar böyük miqyasa çatıb. Makıda sosial media istifadəçilərinin cavabdeh qurumlara göstərdiyi təzyiq nəticəsində Makı sərbəst bölgəsi tərəfindən zavodun rəhbərliyinə xəbərdarlıq məktubu göndərilib.
Daha sonra isə fəallar bir kampaniyaya başladılar. Bu kampaniyada ferroəritmə zavodunun tullantılarını zərərsizləşdirmək üçün cavabdeh qurumların ciddi şkəldi diqqət ayırması tələb olunur.
Ən son isə Şot şəhərinin cümə imamı buna münasibət bildirib. O ölkə səviyəsində çevrə cavabdehlərinin bu məsələyə diqqət ayırmalarını tələb edib.