Qadınların və kişilərin beyin quruluşunda fərqlər varmı? Bu fərqlər tərəflərdən birinin daha yüksək IQ-ə sahib olmasına nədən ola bilərmi? Qadınlar və kişilər informasiyanı eyni yoxsa fərqli şəkildə qavrayır?
Qadın və kişilərin beyninin bir çox cəhətdən eyni olmasına baxmayaraq, fərqliliklərin olduğu və bu fərqliliklərin bilgini dərk etmə tipini dəyişdirdiyi elmə məlumdur.
Kişilərin beyni ümumi baxıldıqda qadınlardan daha böyükdür, ancaq qadınların “prefrontal cortex” deyilən bölgəsi (bu bölgə ən son təkamülə uğramış bölgədir ki, duyğuları, əlaqələri, və gələcəyi planlamaq kimi inkişaf etmiş və daha çətin işləri görə bilir) daha qalındır. Bundan başqa, bir qadının hippocampus bölgəsi (öyrənmək və xatırlamaq üçün önəmli bir bölgə) kişilərdən daha böyükdür və daha fərqli çalışmaqdadır. Kişilərdə isə amydgala (duyğuları anlamaq və bundan dərs çıxarmaq(təcrübə), təhlükələri anlamaq və onlara ani reaksiya göstərmək və travma ilə əlaqəli böyük olan bölgə) qadınlardan daha böyük və daha fərqli çalışmaqdadır. Qadınların xatirələri və o xatirələrlə gələn duyğuları daha çox his ettiyi, kişilərin isə, reaksiya verməkdə daha güclü olduğu iddia edilir. Dahası, Qadın beyninin iki hemisphere (iki yarısı (sağ və sol)) bir-biri ilə daha çox əlaqə qursa da, kişilərdə bu əlaqə daha çox eyni hemesphere içində qurulur.
Kişilər beyinlərinin bütünündə testostrone hormonuna reseptör ya alıcıya sahibdirlər. Qadınlarda isə bu alıcılar ancaq bəzi bölgələrdə vardır. Bu evrimsəl olaraq qadınların daha az ani reaksiya və ani qərar verməsinə səbəb olmaqdadır. Bu fərqlər qadın və kişinin yaradılışında informasiyanın qavranılmasının fərqli olduğunu göstərir, ancaq bu fakt birinin o birindən daha üstün olduğunu söyləməyə əsas verirmi?
Xeyr, qadın və kişi eyni ortalama IQ-ə sahibdirlər, ancaq marağlısı, qadınlar bu qrafın sağ və sol bölümlərində(çox yuxarı IQ və çox aşağı IQ) daha az olduqları halda, kişilərin daha çox olduğu müşahidə edilmişdir. Bu təbiətdə də öncədən müşahidə edilmişdir, belə ki, heyvanlar aləmində dişilərlə müqayisədə erkəklər daha çox müxtəlif genlərə sahibdirlər.
Bu fərqliliklər hətta bəzi mental xəstəliklərin daha çox qadın yoxsa kişilərdə olmasını təyin edir. Məsələn, şizofreniya ve ADHD daha çox kişilərdə müşahidə edilib, onlara daha çox təsir ettiyi halda, depressiya və anoreksiya (həddindən çox arıqlıq və yeməkdən imtina) isə qadınlarda daha çox görülür və onlara daha çox təsir göstərir. (kişilərin daha çox intihar ettiği doğrudur ama bu ayrı sosyal səbəblərdən qaynaqlanır və başqa bir yazıda bunu incələyəcəyik).
Yuxarıdakı açıqlamalara baxıldığında bu nəticəyə gəlirik ki, qadınlar daha çox xatirələri xatırlayır, pis hadisələrdən daha çox təsirlənir və bu depressiyanın səbəblərindən biri olur.
Bu yöndə çox maraqlı bir araşdırmada qadınlar və kişilərin mühakimə (qizavət) mövzusunda fərqlilikləri araşdırılmışdır. 4-5 yaşında uşaqlara fərqli ssenarilər verilib onların mühakimə qabiliyyətləri ölçülmüşdür. Cinayət törədən bir insanın etdikləri açıqlanaraq bu insan cəzalansınmı deyə soruşulmuşdur. Oğlanlardan daha çox iki növ cavab alınmışdır: “hə cəzalansın” “yox cəzalanmasın”. Qızlardan isə daha əhatəli cavablar alınmışdır(günahkarlıq 1’dən 10’a olsaydı). Qızlarda daha çox sual vermək yayğın idi; bu insan bu cinayəti hansı durumda işlədi, etdiyindən peşmandırmı, bu işi təkrar görmək potensialı varmı və s. Bu beyin fərqliliklərindən irəli gəlir, kişilər daha çox A ya da B nəticələrini əldə edir, qadınlar isə, A ya B ya da bunların arası “gray zone” deyilən nəticələri alır.
Bunu liderlikdə də görə bilərik, kişilər liderlikdə iyeyarxiya (məqamlı) sistemini istifadə edir. Bu sistem bir idarəçi, onun əlinin altında daha az səlahiyyətli işləyən və bu şəkildə davam edən bir sistemdir. Çox ciddi bir cəza və mükafatlandırma şəkli istifadə olunaraq, bu şəkildə işini yaxşı görəni mükafatlandırır, pis görəni isə cəzalandırırlar. Bir qorxu və patronizm yaradırlar. Qadınlar isə çoxlu əlaqələr qurmaq yolu ilə idarə edir, işini pis görənə öyrənməsi üçün liderlik verir, daha az qorxu yaradırlar. Amma eyni şəkildə xoşlanmadıqları adamı cəzalandırır, onun mənfi profilini yaradırlar.
Nəticədə qadınlar və kişilər eyni işləri görmək gücünə sahibdirlər, ancaq bunları fərqli şəkillərdə etməkdədirlər. Bu birinin digərindən daha yaxşı ya daha pis, daha zəki ya daha ağılsız olduğu mənasına gəlməz. Məncə, bu, fərqli cinslər olan qadın və kişinin bir bütün olaraq möhtəşəm bir şəkildə müxtəlif işləri özünəxas yöntəmləriylə həll etməsidir. Təəssüf ki, çox zaman bir qadının kişi kimin davranması gərəkdirilir, bunun ən böyük örnəkləri qurumsal və digər kapitalist toplumlardadır.