Monoloq; Azərbaycan məsələləri, Nahid (Tara) Cəfəri ilə müsahibə

Google+ Pinterest LinkedIn Tumblr +

“Monoloq”un on beşinci müsahibəsində veri bilimçi və aktivist Nahid (Tara) Cəfəri, “Sentyabr ayının 20sindən başlayan ayaqlanmalara qadınlar və gənc qızlar öncülük etdi. Bu protestoların Azərbaycana yansıması və Azərbaycandaki özəllikləri haqqında nə düşünürsünüz?”, “Azərbaycanda türk qadınlarının durumunu necə dəyərləndirirsiniz? Sizcə türk qadınları hansı basqı sistemlərinə məruz qalıblar? Sizcə türk qadınları bu basqılara necə, harda və hansı yöntəmlər ilə qarşılıq verə bilər?” və “siz öz həyatınızda çox boyutlu basqı sistemini necə təcrübə edibsiniz və ona necə təpgi göstəribsiniz” kimi sualları cavablayır.

İranda qadın ayaqlanmalarının əhəmiyyətindən bəhs edən Nahid (Tara) Cəfəri qeyd edir ki, bu gün qlobal məsələ olan qadın hüquqları, İranda daha böyük problem təşkil etməsinə baxmayaraq burada qadınlara olan basqıların həddi dünya ictimaiyyətinə məhz bu son ayaqlanmalar nəticəsində çatdırıldı. O, bu ayaqlanmaların səbəblərindən birini gənclərin sosyal medya və digər vasitələrlə dünyada qadınların necə yaşadığı, nə kimi haqqlara sahib olduğunu görərək öz haqqlarını almaq üçün mübarizəyə başlamasında görür.

“Bugünkü gənc qızlar oxuyurlar, gözləri açıqdır, bunları bilirlər, düşünürlər və bunların qarşısını almaq, qanunları dəyişdirmək istəyirlər. Artıq zaman dəyişib, qadınlar univesitetlərə gedirlər, çalışmaq istəyirlər. İş mühitində isə qadınlara çox basqılar var, qadınları kişilərlə bəbrabər tutmurlar, onlara ağır iş, az pul verilir. Digər tərəfdən bizim öz hökümətimiz də məclisdə qanun hazırlayır ki, məmləkətdə iş yeri azdır, kişilərə öncəlik verilməlidir. Bu daha bir ayrıseçkilikdir. Bu patrirarxal toplum istəyir ki, qüdrəti kişiyə versin, istəyir ki, ailənin pul gətirəni kişi olsun, çünki pul özü ilə qüdrət də gətirir. Onlar qadının əl-ayaq açmasının qarşısını bu cür almaq istəyirlər.”

Dünyada qadınlara qarşı mövcud hüquq pozuntuları, basqılardan danışan Nahid (Tara) Cəfəri İrandakı durum üzərində xüsusilə dayanaraq burada qadınların həyatın müxtəlif sahələrində yaşadıqları çətinliklərdən bəhs edir. O deyir ki, İranda hökümət və qanun kişilərin tərəfində durduğu üçün qadınlar hər sahədə ayrıseçkiliyə məruz qalır.

“Bizim qadın məsələsində ən böyük problemimiz bu hökümətin gəlişi ilə başlayan hicab mövzusudur. Bizim nə geyinəcəyimizə, çölə necə çıxacağımıza qərar vermək haqqımız yoxdur. Qanunlar yazılıb, uniformalar təklif olunub ki, onları gərək geyinək. Qadının sevdiyi rəng, sevdiyi tərz önəmli deyil, gərək şəraitinə baxa ki, harda işləyir, başının üstündəki kimdir və s.  Hətta bizim polisimizin gəşte irşad adında bir böyük şöbəsi var ki  xiyabanlarda gəzir, qadınlara daimi təzəkkür verir, tutur aparır və nə geyinib geyinməyəcəyi barəsində tənbeh edir. Baxırıq ki, burada qadını kontrol etmək o qədər böyük bir məsələdir ki, rejim buna bu qədər çox sərmayə yatırmışdır.”

İranda türk qadınların yaşadığı çətinliklər barəsindəki təhlillərini bizimlə bölüşən Cəfəri deyir ki, türk qadınları İranda yaşayan digər qadınların qarşılaşdığı zorluqlardan əlavə bir sıra başqa məsələlərlə də mübarizə aparır. O, Azərbaycan toplumunun daha sünnəti və daha məzhəbi olduğu üçün qadınların bu basqıları həmçinin ailələrindən də gördüklərini qeyd edir.

“Keçən dəfə Ərdəbildən olan bir dostumla danışarkən dedi ki, ailəmizdən gənc bir kişi xiyabanlarda “Qadın, yaşam, özgürlük” hərəkatına qoşulur amma evdə bacı və anasına deyir ki, hicabını düzəlt. Buradan görürük ki, bu məsələ necə də anlaması çətin bir məsələ olmuşdur. Mən görürəm ki, kişilər qadınlara dəstək olmaq üçün çox çalışırlar, onların dəstəyi olmasaydı bu hərəkat bura yetişməzdi. Ancaq elə ailələrimiz də var ki, erkək özü istəyərək qadınlara dəstək olmaq üçün çıxır, amma özü beynində özünə icazə verir ki, anasına belə necə geyinməli olduğunu desin. !

Cəfəri İranda Azərbaycan qadınlarının yaşadığı çətinliklərdən bəhs edərkən deyir ki, Azərbaycanlı ailələrin maddi imkanları uşaqlara, gənclərə sosyal medya və internetə girmək üçün mobil telefon almağa icazə vermir və bu da onların hazırki mövzuda maariflənmələri və hərəkatdakı fəalliyyətlərinə təsir göstərir.

“Düşünəndə ki, azərbaycanda uşaqlar niyə sosyal medyada yoxdurlar, görürük ki, Azərbaycanlı uşaqlar özlərini İranın içində görürlər və iranın içində də dil farscadır, onların ana dilləri isə türk dilidir. Onlar farsca danışanda, təbii ki, ləhcə ilə danışacaqlar. İnsan dil qüdrəti olmasa necə influencer ola bilər. Məncə bu maneələrdən biri ola bilər. Uşaqlar bilirlər ki, məsələn oturub danışsalar farsca şərhlər yazılacaq, hərə bir tərəfdən məsxərə edəcək, dillərinə, türk olmalarına sataşacaqlar.”

İranda öz şəxsinə olan basqılardan danışarkən Cəfəri həyatın müxtəlif sahələrində qadın olduğu üçün qarşılaşdığı ədalətsizlik, çətinliklər, tacizlərə nümunələr də göstərir.

“Tehranda dostlarıma dedim ki nədən gəşte irşad məni tutur, bax gör Tehranda qızlar necə azad geyiniblər mən onların yanında çox qapalıyam. Dostlarım mənə dedi ki, onlar cəsarət etməzlər Tehran qızlarına yaxınlaşsınlar. Elə görürlər ki, şəhristanlısız, ona görə yaxınlaşırılar. Yəni biz ayrıseçkiliyi hər yerdə görürük. Dilimizin üstündə, geyimimizin üstündə və s.”

“Monoloq”, AZ Civic Nation ilə Ətəkyazının ortaq projəsidir. Onun məqsədi Azərbaycan fəalları, düşünürləri və çalışanları arasında söyləmsəl dialoq qurmaq və fikir alış-verişi imkanı yaratmaqdır.

Bu projə çox aşamalı bir çalışmadır. İzləyəcəyiniz bu sıra video müsahibələr onun ilk aşamasıdır. Projəni Ətəkyazı mediasından və AZ Civic Nation youtube kanalından izləyə bilərsiniz.

Maraqlananlar və əlavə məlumat istəyənlər aşağıdaki email vasitəsiylə bizimlə əlaqə saxlaya bilərlər:

[email protected]

[email protected]

 

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.