Muğanda Muğam Konserti ləğv edilib

Google+ Pinterest LinkedIn Tumblr +

Muğanda keçiriləcək olan muğan konsertinin lisenziyası konsertdən bir gün qabaq ləğv edilib. Muğanın Parsabad şəhərində qurulmuş olan Təmin şurası biletləri satılmış konsertinin gerçəkləşməsinə qadağa qoyub. İfa edəcək olan qrupun başçısı Əşkan Əhmədi öz sosial media hesabindan bu xəbəri bildirib.

Buta musiqi qrupu 17 may tarixində gerçəkləşdirəcəyi bu konsertin 500-ə yaxın biletini satıb və bütün hazırlıqlarını bitirib. Lakin bir gün qabaq konsertin lisenziyası ləğv edilib. lisenziyanı ləğv edən qurum Sipah(İslam inqilab keşikçiləri korpusu), Parsabad qubernatoru və islami İrşad və mədəniyyət nazirliyinin parsabaddakı nəzarətçisindən təşkil olunub.

Lisanziyanın ləğv olunma səbəbinin insan qalabalığı və xaos olduğunu deyən Təmin şurası bundan qabaq Macan Band kimi Fars musiqi quruplarına lisenziya verib. Qeyd etmək lazimdir ki həmin konsertdə 5 mindən çox şəxs iştirak edib. Bir başa nümunə isə minlərlə şəxsin iştirakı ilə keçən Əfşin Azəri adlı bir xanənndənin Muğandakı konsertidir.

Parsabad şəhər fəalları sosial media üzərindən lisenziyanın ləğv edilməsinə etiraz edirlər. Onlar necə olur ki minlərlə insan iştiraki ilə keçirilən konsert xaosa səbəb olmur lakin 500 muğan dinləyicisi nizamsızlıq yaradır deyirlər.

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.