Niyə irq, sinif və gender önəmlidir?

Google+ Pinterest LinkedIn Tumblr +

İngilizcədən tərcümə: Ətəkyazı tərcümə qrupu

İrq, sinif və gender əhəmiyyət kəsb edir, çünki onlar cəmiyyətdə bəzi insan həyatlaraını digərlərindən daha çox dəyər verən şəkildə strukturlaşdırmağa davam edirlər. Hazırda bəzi qrupların daha çox imkan və resursları var, digər qruplar isə o imkanlar üçün mübarizə aparır. İrq, sinif və gender əhəmiyyət kəsb edir, çünki onlar bizim millətin müxtəlifliyinə baxmayaraq, insanların həyatının ən mühüm sosial faktları arasında olmaqda davam edən güc və bərabərsizlik sistemlərinin əsasları olaraq qalır. Beləliklə, imkanları qazanma yolunddaki formal maneələrin aradan qaldırılmasına baxmayaraq, Birləşmiş Ştatlar kimi ölkədə hələ də irq, sinif və gender əsasında ciddi təbəqələşmə mövcuddur…. İllərdir sosial elm adamları irq, sinif və gender bərabərsizliyinin cəmiyyətdəki müxtəlif qruplar üçün nəticələrini araşdırıblar. Biz İnsanların həyatında irq, sinif və genderin birlikdə necə işlədiyini araşdırırıq. Əsasən, irq, sinif və gender insan həyatının bütün aspektlərinə təsir edən kəsişən təcrübə kateqoriyalarıdır; beləliklə, onlar eyni zamanda bu cəmiyyətdəki bütün insanların təcrübələrini strukturlaşdırırlar. İstənilən anda irq, sinif və ya gender müəyyən bir insanın həyatında daha qabarıq və ya mənalı görünə bilər, lakin onlar öz təsirləri ilə üst-üstə düşür və kümülatifdir.

[Biz] irq, sinif və genderin kəsişmələrini qavramsallaşdırmaq (konseptuallaşdırmaq) səylərimizdə sosial quruluşu vurğulayırıq. Biz irqi, sinfi və genderi təhlil etmək üçün Dominantlıq matriksı yanaşmasını təklif edirik. Dominantlıq matriksı sosial quruluşu irq, sinif və gender münasibətlərinin ictimai konfiqurasiyasından qaynaqlanan çoxsaylı, bir-birinə bağlı dominantlıq səviyyələrinə malik olaraq görür. Bu struktur model fərdi şüura, qrup qarşılıqlı əlaqələrinə və qrupların institusional güc və imtiyazlara çıxışına təsir göstərir (Collins 2000). Bu struktur çərçivədə biz irqi, sinfi və genderi ayrı-ayrı güc sistemləri kimi müqayisə etməyə daha az diqqət yetiririk. Əslində ən çox irqi, sinfi və genderi birləşdirən struktur modellərini araşdırmağa diqqət yönəldirik. İnsanların həyatında irq, sinif və genderin eyni vaxtda olması səbəbindən irq, sinif və genderin kəsişmələri fərdi hekayələrdə və şəxsi təcrübədə görünə bilər. Əslində, irq, sinif və genderin kəsişmələri ilə bağlı çox maraqlı iş avtobioqrafiyalarda, bədii ədəbiyyatda və şəxsi esselərdə görünür. Biz bu fərdi rəvayətlərin əhəmiyyətini dərk edirik, lakin fərdi təcrübələr üçün kontekst təmin edən sosial strukturları da vurğulayırıq.

İkincisi, sosial strukturlar kontekstində irq, sinif və gender arasında qarşılıqlı əlaqənin öyrənilməsi irqin, sinfin və genderin başqaları ilə konfiqurasiyasından asılı olaraq necə fərqli şəkildə təzahür etdiyini anlamağa kömək edir. Beləliklə, afro-amerikalı kişilərin kişi kimi imtiyazlı olduğunu söyləmək olar, lakin onların irqi və sinfi də nəzərə alındıqda bu doğru olmaya bilər. Əks halda, afro-amerikalı kişilərin cinayət mühakiməsi sistemində, təhsildə və əmək bazarında yaşadıqları xüsusi çatışmazlıqları necə izah edə bilərik? Bununla əlaqədar olaraq, qızıldərili qadınların irq, sinif və genderə əsaslanan unikal təcrübələrdən məhrum olduqları necə izah edə bilərik? bunların heç biri digərlərinin təsirindən təcrid olunmur? İrq, sinif və gender arasındakı əlaqələri öyrənildiyi zaman, irq, sinif və genderə görə bölgülərin göründüyü qədər aydın olmadığını bəlli olur. Məsələn, ağdərili qadınlar cinsiyyətinə görə dezavantajlı ola bilərlər, lakin irqi və bəlkə də (lakin mütləq deyil) sinfinə görə imtiyazlara malikdirlər. Və irqi-etnik qruplar daxilində artan sinif fərqi bizə xatırladır ki, irq monolit kateqoriya deyil, belə ki, hətta bəzi ağ dərililər, cəmiyyətdə çox gücə sahib olduqlarına rəğmən, ağdərililər arasında yoxsulluğun digər qruplara baxdıqda daha çox sürətlə artır.

Üçüncüsü, irq, sinif və gender tədqiqatlarına Dominantlıq matriksı yanaşması  tarixən əsaslandırılmışdır. Biz ABŞ-da xüsusi təsirə malik olan institusional sistemlər kimi irq, sinif və genderin kəsişmə nöqtələrini vurğulamağı seçirik. Bununla belə, irq, genderlik, sinif və gender, etnik mənsubiyyət, yaş, qabiliyyət, din və milliyyət kimi digər təcrübə kateqoriyaları ilə kəsişir. Tarixən bu kəsişmələr bir cəmiyyətdən digərinə müxtəlif formalarda olmuşdur; hər hansı bir cəmiyyət daxilində onların arasındakı əlaqələr də dəyişir. Beləliklə, irq mahiyyətcə genderdən daha vacib deyil, necə ki, genderəllik sinif və etnik mənsubiyyətdən daha əhəmiyyətli deyil.

Bu təhlil kateqoriyaları arasında mürəkkəb və dəyişən əlaqələri nəzərə alaraq, ABŞ-ın tarixi, institusional kontekstində əsaslı təhlillər aparmaq vacibdir. Bunu etmək o deməkdir ki, irq, sinif və genderin ABŞ-da əsas təhlil kateqoriyaları kimi ortaya çıxması o qədər əhəmiyyətlidir ki, bir çox cəhətdən bütün digər kateqoriyalara təsir göstərir. İrq, sinif və gender sistemləri ABŞ qanunlarında o qədər ardıcıl və dərindən kodlaşdırılıb ki, onların iqtisadi, siyasi və sosial institutlara nəsillərarası təsirləri olub. Məsələn, ABŞ tarixinin bütün mərhələlərini səciyyələndirən kapitalist sinfi münasibətləri gender və irqə görə təşkil olunmuş qrupları müntəzəm olaraq imtiyazlı və ya cəzalandırmışdır. ABŞ-ın sosial institutları nəsildən-nəslə yoxsul insanlar, qadınlar və rəngli insanlar üçün iqtisadi bərabərlikləri təkrar istehsal edib. Beləliklə, ABŞ-da irq, sinif və gender görünən, uzun müddət davam edən maddi təsirlər nümayiş etdirir ki, bu da bir çox cəhətdən etnik mənsubiyyətin, dinin, yaşın, qabiliyyətlərin və ya genderin daha yaxınlarda görünən kateqoriyalarını xəbər verir.

Qaynaq:

Collins, Patricia Hill. 2000. Qara Feminist Düşüncə: Bilik, Şüur və Gücləndirmə. Nyu York: Routledge.

Paylaş.

Şərhlər bağlıdır.