Polşa İqtisadi Forumunda Güney Azərbaycanla bağlı panel keçirildi

Google+ Pinterest LinkedIn Tumblr +

Topçubaşov Mərkəzinin təşkilatçılığı ilə Polşanın Karpaç şəhərində minlərlə ekspertin ənənəvi forumu olan 32-ci İqtisadi Forumda Güney Azerbaycanla bağlı panel keçirildi. 2023-cü il 5-7 sentyabr tarixində keçirilən builki buraxılış çərçivəsində Topçubaşov Mərkəzi “İranda insan hüquqlarının vəziyyəti: Etnik Azərbaycanlıların nümunəsi” adlı paneldə bir neçə eksperti bir araya topladı.

Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynovun moderatorluğu ilə 7 sentyabr 2023-cü il tarixində keçirilən müzakirədə aşağıdakı məruzəçilər iştirak edərək Güney Azərbaycan haqqında çıxış etdilər:

Toronto Universitetinin (Kanada) tədqiqatçısı, Ətəkyazı İnsan Haqları Təşəbbüs Qrupu Üzvü Türkan Bozkurt, İranda insan hüquqları çərçivəsində Azərbaycanlı qadın və uşaqların durumu mövzusunda çıxış etdi.

Yaxın Şərq Həqiqətləri Fondunun (EMET) (Vaşinqton, ABŞ, ABŞ) analitiki və əməkdaşı Cozef Epşteyn Urmu gölü ilə bağlı çıxış etdi. O, İran dövlətinin Urmu gölü siyasətini və gölün quruması ilə bağlı nəticələri təhlil etdi.

Aİ  M.Küri təqaüdçüsü 2024-2026 (Vaşinqton/Brüssel/Venesiya) Dr. Maurizio Geri (PhD), Güney Azərbaycan hərəkatı ilə bağlı çıxış etdi. Dr. Geri Berlində keçirilmiş etirazlar məsələsinə də toxunaraq, Güneylə bağlı digər ictimai siyasi mövzular haqqında da danışdı..

Ramin Cabbarlı Vaşinqton Universitetinin tədqiqatçısı (Sietl, ABŞ) və Ətəkyazı düşüncə saytının editoru kimi İran inqilabından (1979) öncə və sonra İranın etnik siyasəti haqqında çıxış etdi.

Təl-Əviv Universitetinin Moşe Dayan adına Yaxın Şərq və Afrika Araşdırmaları Mərkəzinin tədqiqatçısı (Tel-Əviv, İsrail) Dr. Hay Eytan Koen Yanarocak Güney Azərbaycanın jeopolitik əhəmiyyəti ilə bağlı danışdı.

Panel iştirakçıları İranda insan hüquqları ilə bağlı aktual problemi və onun İranın xarici siyasətinə təsirini müzakirə etdilər. Paneldə Mahsa Əmini etirazları və İranın aqqressiv xarici siyasəti fonunda daxildəki etnik gərginlik və rejimin etnik qruplara, ən çox da Azərbaycanlılara qarşı ayrı-seçkilik siyasəti kimi məsələlər müzakirə edildi.

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.