İnsanlığa zidd millətçiliklə dolu rus klassik ədəbiyyatı, günümüzdəki insanlara narahatedici dərəcədə tanış gəlir.
Ukraynanın paytaxtı Kiyevdən bir qədər şərqdə yerləşən Hoholiv şəhərinin küçələrindən biri 19-cu əsr rus şairi Mixail Lermontovun adını daşıyır. Lermontov heç vaxt Ukraynaya səfər etməyib və onun şeirlərindən yalnız bir neçəsində Ukrayna mövzularına toxunur. Lakin Ukraynanın hər yerində küçələr hələ də onun və digər rus mədəniyyət xadimlərinin adını daşıyır, bu sovet imperiya keçmişinin mirasıdır. Mart ayında şiddətli döyüşlər keçirən Hoholiv eyni şəkildə Anton Çexov, Vladimir Mayakovski və Aleksandr Puşkinə eyni hörməti göstərir. İmperiya üçün hər bir şəhərdə, qəsəbədə və kənddə küçələrin adlandırılması müstəmləkə məkanını təyin etmək və ona nəzarət etmək üçün yalnız bir vasitədir. Hər bir görkəmli rus şəxsiyyətinin adı tanınmış ukraynalı şəxsiyyətin adını aradan götürmək üçün vasitə idi. Küçə adları yerli insanların yaddaş, hafizəsini silmək üçün bir üsuldur.
Lakin Rusiyanın böyük ədəbiyyat adamları öz ölkələrinin imperiya layihəsinə təkcə öz adları ilə yardım etməyə kifayətlənmədilər. Onların yazıları məlum olduğundan daha çox Rusiyanın imperiya ideologiyasının və millətçi dünyagörüşünün formalaşmasına, daşınmasına və köklənməsinə kömək etdi.
Bəs Lermontov? Onun rus ədəbiyyatında yazıçı, hərbçi, qadınbaz, romantik şair kimi özünəməxsus obrazı var. O, qeyri-adi Qafqazın obrazlarını elə canlandırırdı ki özü kimi başqa bir çox digər məşhur rus yazıçılarının təxəyyülünü də ovsunlayırdı. Puşkin kimi o da dueldə dramatik şəkildə öldü. ( duel: iki adam arasında keçmişdə mübahisəli məsələ üzərində silahlı döyüş)
Lakin 19-cu əsrin əvvəllərindəki romantizmin arxasında başqa bir şey var: Bir imperiyanın soyun tutuşu. Lermontovun ən məşhur şeiri – 1839-cu ildə yazılmış Mtsyri və ya “Naşı” – uşaq ikən rus ordusunun zabiti tərəfindən əsir götürülən qafqazlı rahibənin ideal hekayəsidir. Şeirin əsasən ümidsizlik hissinin üzərində yazılıb. Qafqaz xalqının qürurlu və şanlı tarixi keçmişdə qalıb və əbədi olaraq yoxa çıxıb, baş qəhrəmanın itirilmiş keçmişə olan həsrəti göstərir ki o bəşəriyyətin məğlub tərəfinə aiddir. Lermontovun ilk açıq saçıq (obscene poem) şeiri olan “Ulanşa”da o, rus əsgərləri tərəfindən bir qadının kollektiv şəkildə zorlanmasından bəhs edir; mətndə qurbana qarşı heç bir simpatiya əlaməti görünmür. Başqa bir “Kavkazets” (“Qafqazlı”) şeirində “əsl qafqazlılar”ın yerli millətler deyil, 19-cu əsrin əvvəllərində bölgəni fəth etmiş rus əsgərləri olduğuna işarə edir – necə ki, Əfqanıstanı işğal etmək üçün göndərilən sovet əsgərləri xalq arasında “əfqanlar” adlandırılırdılar. ”
Lermontov Qafqaza imperiya, müstəmləkəçi rus perspektivi qurduqca, Puşkin də Ukraynaya qarşı belə edirdi. Ukrayna üzərində Rusiya nəzarətini gücləndirərkən o zaman Böyük Çar I Pyotra qarşı üsyan edən ukraynalı hetman (kazakların seçilmiş lideri) İvan Mazepa haqqında Puşkinin “Poltavanı götürün” şeirini nəzərə alın (Rusiya prezidenti Vladimir Putin Rusiya imperiyasının torpaqlarının geri alınması ilə bağlı çıxışında Böyük Çar I Pyotr haqqında bəhs edib). Ukraynalılar üçün Mazepa rus hökmranlığına qarşı milli müqavimətin simvoludur və Mazepanın adı bunu xatırladır ki, çar Rusiyası moskvalılara (gələcək ruslara) sədaqəti qarşılığında kazakların (gələcək ukraynalıların) muxtariyyətini qoruyan 17-ci əsr müqaviləsini pozdu. Ukraynalıların gözündə Pyotr müqaviləni pozdu; ruslar üçün isə Ukraynanın istənilən muxtariyyət iddiası xəyanət idi – indi Putin üçün olduğu kimi. Puşkin Mazepanı “su kimi qan tökən” rəzil, satqın kimi təsvir etməklə rus baxışını təmsil edir. Şeirdə deyilir ki, ukraynalılara “köhnə və qanlı zamanların dostları” kimi nifrət etmək lazımdır.
Eyni mesajı rus yazıçısı Nikolay Qoqolun Ukrayna haqqında məşhur tarixi romanı “Taras Bulba”-da da görə bilərsiniz. Ukrayna doğumlu olan Qoqol, kimliyini rus imperial kimliyi üzərində qurduqda, istedadının çox hissəsini ukraynalıların köhnəbeyin və ən önəmlisi, qəddar olduqlarını sübut etməyə sərf edib. Qoqol anlatmağa çalışırdı ki, ukraynlıların sivilləşməsi üçün Rus İmperiyasına ehtiyacıları var.
Əlbəttə ki, məsələlərə alternativ baxış da var idi. Qoqol və Puşkin köhnə və qəddar keçmişin bir hissəsi kimi Ukrayna kazakları haqqında öz obrazlarını yaratdıqdan bir neçə il sonra ukraynalı şair, rəssam və milli qəhrəman Taras Şevçenko öz həmvətənlərinə deyirdi ki, kazakların anti-istibdad və proto-demokratik ruhu keçmişin yadigarı deyil, gələcəyin müjdəçisidir. Şevçenkonun Qafqaza baxışı Lermontovun baxışından fərqlənirdi: tarix silən romantikləşmiş rus hökmranlığının imici sevimli və ürəkaçan deyil, imperiya zorakılıqla qan çayları əmələ gətirdiyi və müqavimətin güclü və barışmaz olduğu yüksək dramatik səhnədir. Şevçenkonun zülmə qarşı ikonik üsyan şüarı olan Boritesya—poborete (“Mübarizə et və sən qalib gələcəksən”) onun Kavkaz (“Qafqaz”) poemasından irəli gəlir və eyni dərəcədə Qafqaz və Ukraynanın Rusiyanın imperiya gücünə qarşı mübarizəsinə də aiddir. Lermontovun Qafqazı qar kimi ağ, sakit soyuq və insan iztirablarından uzaq olduğu halda, Şevçenkonun Qafqazı qıpqırmızıdır və bəşəriyyətin azadlıq mübarizəsinə qərq olub. Lermontov rus cinayətkarlarının baxışı ilə kollektiv zorlama haqqında şeir yazır; Şevçenkonun obrazı pokritkadır – ukraynaca “yıxılan qadın” deməkdir. Onun təhrikedici dini şeiri Mariya (“Məryəm”) bəlkə də zorlamadan sonra moskvalı əsgərdən qeyri-qanuni uşaq dünyaya gətirən ukraynalı pokritka ilə İsanın anası — tənha, əziyyət çəkən analar arasında paralel aparır. Cinsi zorakılığa məruz qalmış qadınlara qarşı empatiya Şevçenkonun Lermontovun zorlama poetizasiyasına cavabıdır – hər iki halda cinayəti törədən rus, qurban isə fəth edilmiş subyektdir.
Rus ədəbiyyatını axtarmağa başladıqda imperialist diskursla, romantikləşmiş fəth və qəddarlıqla və bunların nəticələrinə dair sükutla dolu rus ədəbiyyatı tapacaqsınız. Taras Bulba və ya Mtsyri əsərləri kimi imperiya mövzusuna rəğbət bəsləsə belə, bu empatiya subyektin əbədi gerilik və tabeçilik və kədərli taleyi haqqında romantik bir təsvvürdür. Avropa şərqşünaslığı Afrika və Asiya cəmiyyətləri haqqında tarixi dəyəri olmayan bir imic formalaşdırdığı bir vaxtda, rus ədəbiyyatı da zorakılıqla dolu tarixləri, unudulmağa layiq Qafqaz və Ukrayna obrazını yaradırdı.
Dediklərimizlə bu günkü Rusiyanın işğalçılıq siyasəti arasında paralellər dərin və genişdir. Puşkinin “Rusiyanın böhtançılarına” əsəri aqressiv rus imperializminə yönəlmiş anti-Avropa kitabçasının əlamətdar nümunəsidir. Onun 1830-1831-ci illərdə Polşa üsyanına münasibəti müəyyən mənada indiki Kremlin rəngli inqilablar haqda baxışıla və sovetlərrin içində üsyan və inqilablara mübasibəti ilə uyuşur. Puşkin açıq şəkildə Avropanı müharibə ilə hədələyir (“Biz hələ fəth etməyi unutmuşuqmu?”) və oxuculara rus gücünün və fəthlərinin nəhəngliyini xatırladır (“İsti Kolxiya çöllərindən, Finlandiyanın buzlu dağlarına”). Puşkinin ideologiyasından bu günkü neoimperiya ritorikasına düz xətt var. Rusiya-Ukrayna müharibəsi zamanı Rusiyanın şüarlarından biri “biz təkrar edə bilərik” olub – Rusiyanın təsəvvür edilən düşmənlərini qorxutmaq üçün keçmiş dağıdıcı və fəth müharibələrini qəsdən xatırladırlar. Eynilə, rus şairi və Puşkinin müasiri Fyodor Tyutçev, 1848-ci il Avropa inqilabları zamanı Rusiya imperiyasını təhlükəli demokratiyanın yayılmasının qarşısını almaq üçün Avropanın qarşısında qalxan rolu oynadığını qeyd etdirdi – necə ki, Rusiya bu gün Avropanın sol və sağında antidemokratiyanın avtoritar modeli və dəstəkçisidir.
Qərb alimləri 19-cu əsrdə rus ədəbiyyatının qızıl dövrünü qərbpərəstlər və slavyanofillər arasında intellektual mübarizə kimi təqdim edərkən, hər ikisi üçün ortaq olan gizli proses kimi millətçi və imperialist cərəyanları gözdən qaçırırlar. Hətta qərbçi adlandırılanlar belə Rusiyanın müstəsnalığına inanırdılar, tez-tez liberal Avropanın müdafiə etdiyi şeyin radikal əleyhdarlarına çevrilirdilər və tez-tez müstəbid cəmiyyət modelinə yönəlirdilər. Bu fenomeni gəncliyində sosialist radikal olan sonralar isə dini fundamentalistə çevrilmiş rus yazıçısı Fyodr Dostoyevskidən daha yaxşı təsvir edən az sayda müəllif var. Onun məşhur şözü var: Rusiyalı sosialistləri və kommunistləri “avropalı deyillər” və “əsl bir rus olaraq sona varacaqlar” – başqa sözlə, Qərbi rədd edəcəklər. Dostoyevski “Cinlər” romanında Qərb ideyalarını məhkum olunacaq “şeytani” şirnikləndirmələr kimi təsvir edir.
Bu yazıçıların Qərb ideyalarını səthi qəbul edib-etməməsindən asılı olmayaraq, onların etnomillətçi, imperiya prizması Rusiyanı daha az yox, daha çox tiranlığa aparmağa kömək etdi. Rusiya torpağına düşərək, hətta Qərbin mütərəqqi ideyaları da yeni və daha güclü istibdada çevrildi – istər Rusiyanın böyük modernizatoru Böyük Pyotrun, istərsə də qanlı istibdad Avropa sosialist ideyaları üzərində qurulmuş bolşeviklərin dövründə.
Bütün bunlar bu gün də davam edir. Rusiya 1990-cı illərdə Çeçenistanı darmadağın edəndə, 1990-cı illərdə Moldova və Gürcüstanda süni separatizm mübarizəsini alovlandıranda, 2008-ci ildə Gürcüstanı və 2014-cü ildə Ukraynanı işğal edəndə bu vəhşiliklər böyük rus ədəbi klassiklərinin yaradıcılığında öz intellektual əsaslarını daşıyırdı. İmperiyanın koloniyalarına və fəthlərinə doğru. Bu müəlliflər və onların əsərləri bu günə kimi ruslara deyirlər ki, rus əsgərlərinin işğal etdiyi torpaqlarda hörmət ediləcək heç nə yoxdur. Puşkin Ukrayna kazaklarını qanlı və qəddar kimi təsvir edərkən, bu, ukraynalıların tarixi taleyi ölüm və təslim olan faşistlər haqqında bu günkü təbliğat hekayəsinin sadəcə 19-cu əsr versiyası idi. Tyutçev 19-cu əsr Rusiyasını Avropanı demokratiyadan şanlı xilaskarı kimi təqdim edərkən, o, Putinin Ukraynada və başqa yerlərdə rəngli inqilabları alt-üst etmək üçün apardığı mübarizəyə çağırır.
Təbii ki, rus mədəniyyəti Rusiya cinayətlərinin tək səbəbi deyil və mədəniyyətlə siyasət arasındakı əlaqə heç vaxt xətti olmur. Ancaq rus mədəniyyətinin günahsız olduğunu və əsrlər boyu Rusiya siyasətinin əsasını təşkil edən imperialist diskursdan azad olduğunu düşünmək sadəlövhlükdür. Qərb universitetləri imperializmi və şərqşünaslığı Qərb ədəbi kanonunda öyrənsələr də – romançılar Qustav Flober, Redyard Kiplinq və Cozef Konrad dərhal ağıla gəlirlər – onlar dünyanın və hələ qurulmamış sonuncu müstəmləkə imperiyasının ədəbiyyatında oxşar gərginliyi demək olar ki, tamamilə görməzlikdən gəlirlər. Indi yazdığım an onlar bu imperiya üçün fəth müharibəsi aparırlar.
Beləliklə, əgər siz Rusiyanın qonşularına qarşı zorakılığının, onların tarixini silmək istəyinin və liberal demokratiya ideyalarını rədd etməsinin köklərini axtarırsınızsa, bəzi cavabları Puşkin, Lermontov və Dostoyevskinin səhifələrində tapa bilərsiniz.
Volodymyr Yermolenko filosof, UkraineWorld-un baş redaktoru, Internews Ukraine-nin analitika direktoru və Ukraynanın izahı podkastının aparıcısıdır. Twitter: @yermolenko_v
Qaynaq: foreignpolicy.com
Tərcümə: Ətəkyazı