Qadınları gücləndirən 8 yol

Google+ Pinterest LinkedIn Tumblr +

Qadınlar və qızlar yolverilməz səviyyədə ayrıseçkilik və zorakılıqla üzləşirlər. Bu isə yanlış olmaqla yanaşı, həm də onların cəmiyyətdə tam rol oynamaqlarına mane olur. Bu, bütün dünyada mədəniyyətlərdə, iqtisadiyyatlarda, siyasi və sosial institutlarda hələ də bu gün dərin kök salmış gender ədalətsizliyi ilə bağlıdır.

Biz elə bir dünyada yaşayırıq ki, orada yoxsulluq içində yaşayan qadınlar doğulandan ölümünə qədər böyük bərabərsizliklərlə və ədalətsizliklərlə üzləşirlər. Qadınlar dünya əhalisinin yarısını təşkil edir və bununla belə dünya yoxsullarının heyrətamiz 70%-i də onlardan ibarətdir. Çoxları təhsillərini və ya kariyeralarını tərk etməyə məcbur olublar və buna görə də savadsız böyüyüblər. Zəif təhsildən pis qidalanmaya, iş imkanlarının olmamasına və aşağı maaşlı işlərə qədər. Təhsil alıb və kariyera sahibi olan qadınlar da öz sahələrində çox haqsızlıqlarla üzləşirlər. Bu qəbuledilməz olmalıdır, lakin çox yayğındır.

Qadınların bu vəziyyətdən çıxmasına biz nə edə bilərik sualı ciddi suallardan biridir. Qadınların şəxsi və peşəkar inkişafı üçün qadınların həyatlarını dəstəkləmək, gücləndirmək və yenidən qurmaq məqsədi olmalıdır. Bu, onlara dolanışıq mənbəyi yaratmağa imkan verəcək həyat bacarıqları ilə təchiz edəcək. Hədəf qadınları dəstəkləmək və onların uğur qazanmaq və özlərinə güvənmək bacarıqlarını inkişaf etdirmək məqsədi daşımalıdır.

Dünyada qızlara, qadınlara və analara güc verməyin bir çox yolu var. Biz burda səkkiz onlara dəstək verməyin 8 yolunu göstərəcəyik. Bu yollar qadınları ictimai cəhətdən gücləndirməklə yanaşı eyni zamanda yoxsulluğa qarşı mübarizəni də gücləndirir.

1 – ÖZÜNÜZƏ HÖRMƏT VƏ GÜVƏNİ ARTIRIN

Qadınların çoxu kurslar və dərslərdə iştirak etdikdən sonra özlərinə hörmət və ya güvənlərinin əhəmiyyətli dərəcədə artdığını bildirirlər. Qruplar qarşısında çıxış etmək və fikirlərini bölüşməkdə daha rahat olurlar. Bu qadınların ailələri, biznesləri, kariyerları və ya peşələri üçün vizyon yaratmalıdır. Qadınlar düşündüklərindən daha çox şeyə nail ola biləcəklərinə inanmalıdırlar. Qadınların aldıqları bilik və təşviq irəliləməkləri, öz gələcəklərini qurmaq və uğurları üçün çox vacibdir.

2 – İCTİMAİ LİDERLƏR YARADIN

Bir çox inkişaf etməkdə olan ölkələrdə qadınlar nadir hallarda ictimai liderlik rollarını oynayırlar. Qadınların kariyerları və biznesləri böyüdükcə onlar yerli liderlərə çevrilirlər. Onlar liderlik rollarını öz üzərlərinə götürürlər və başqalarını təşviq etməyə və onlara müşavirlik etməklə kömək edirlər. Qadınlar kurslar qururlar,  komitələrə qoşulur, görüşlərə şərait yaradır, ədalətsizliklərə qarşı öz səslərini ucaldır və icmanın yaxşılaşdırılması proqramları təşkil edirlər.

3 – HƏYATINIZDAKI VƏ YA ƏTRAFINIZDAKI QADINLARA DİQQƏT GÖSTƏRDİYİNİZİ HİSS ETDİRİN

Qadınları gücləndirmək ailələrimizdən, iş yerlərimizdən və məhəllələrimizdən başlayır. Məsələn evdə hər şeyi çatdırmağa çətinlik çəkən ana üçün qəhvə süzün və ya öz bacınıza, qızınıza və ya ananıza onları nə qədər qiymətləndirdiyinizi söyləyin.

Mənalı əməkdaşlıq vasitəsilə qadınlara irəliləyişlərində kömək edə bilərik və onlara sosial həyatda və iqtisadiyyatda potensiallarını üzə çıxarmaqda yardım edə bilərik. Bu isə onların müstəqil olmalarına yardım edəcək.

4– MALİYYƏ HƏLLİNİ TƏMİN EDİN

Ənənəvi bank sistemlərinə çıxışı olmayan və ya maddi problemi olan qadınlara kiçik məbləğdə borc vermək uyğundur. Bu mikro kreditlər verildikdə, bu qadınlar, analar öz kiçik bizneslərini qura və ya təkmilləşdirə, özlərini və ailələrini daha yaxşı təmin edə bilərlər. Mikro kreditlər qadınlara maliyyə müstəqilliyi qazanmağa, gələcək üçün qənaət etməyə, öz hədəfləri uğrunda çalışmağa, dostları və ailələri üçün iş yerləri yaratmağa və uşaqlarını məktəbə göndərməyə kömək edir. Misal üçün “Mentors International” qadınlara yardım fondudur. onun verdiyi mikro kreditləri alanların 90 faizi qadınlardır. Daimi kredit modellerinin ianəsi qadınları təkrar-təkrar dəstəkləməyə kömək edəcək.

5 – SOSİAL VƏ VİRTUAL ŞƏBƏKƏLƏR QURUN

Sosial şəbəkələr qurmaqla qadınlar daha çox dəstək və icmalarında dəyişiklik etmək üçün daha geniş imkanlar əldə edirlər. Qadınlar virtual ya sosial olaraq öz məhsul, yaradıcı və fikirlərini ortaya qoyduqları zaman böyümək və vəziyyətlərini yaxşılaşdırmaq üçün güc və ilham alırlar. Sosial həyatda olub və özlərinə qarşı alqış, qayğı, diqqət gördükdə gələcəyə ümidli olurlar. Belə olduqda, öyrəndikləri bilik, incəsənət və biznes bacarıqlarını bölüşərək, cəmiyyətdəki digər qadınlara kömək etmək üçün daha çox ilham alırlar.

6 – PEŞƏ, İŞ VƏ İNCƏSƏNƏT BACARIQLARINI ÖYRƏDİN

“UNICEF” 2021-ci il üzrə illik hesabatında təqribən 62 milyon qızın əsas təhsildən məhrum edildiyini bildirir ki, bu da onların yoxsulluq içində yaşaması və ya gənc ölmə ehtimalını artırır. Davamlı və fərdiləşdirilmiş, biznes təlimi, incəsənət kursları, işə əsaslanan peşə sertifikatları və onların vəziyyətinə uyğun bələdçilik təmin edilməlidir. Bu qadınlar “uğurlu” bizneslə məşğul ola biləcəklərini və ya təlimlər sayəsində daha yüksək maaşlı və daha sabit işlərə vəsiqə qazana biləcəklərini anlayanda çox həyəcanlanırlar.

7 – GƏLİRLƏRİ VƏ ƏMƏKLƏRİ ARTIRIN

Gəlirləri artdıqca qadınlar gəlirlərini düzgün idarə etməyi öyrənməlidilər. Onlar öz əmanət hesablarını açmağa və şəxsi borclarından qurtulmağa təşviq olunmalıdırlar. Beləliklə onlar öz həyatlarını dəyişir və yoxsulluğun nəsil dövrəsini qırırlar.

8 – SAĞLAMLIĞA TƏSİR

Peşə və incəsənət sahəsində bir işə sahib olmaq qadınları yoxsulluqdan uzaqlaşma şanslarını artırır. Bu isə onların sağlıqlarına müsbət mənada təsir göstərir.

Peşəsi və kariyerası olan bir çox qadınlar indi uşaqlarını qida dəyərləri yüksək olan yeməklərlə qidalandırmaq üçün maliyyə imkanlarına malikdirlər. Sabit gəlirlə bu analar nəinki ailələrini dolandıra, həm də onlara dərman və doğuşdan əvvəl qulluq kimi profilaktik tibbi xidmətlər göstərə bilərlər.

Qaynaq: Metadors International

Tərcümə: Ətəkyazı

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.