Yazıçı Əli Həsənzadənin “Qan qayda” romanı güneydə Ərdəbil şəhərində ışıq üzü görüb. “Cənnət-səra” nəşriyatında Azərbaycan türkcəsində nəşr olunan bu romanda, qədim hekayələrdən və mifik obrazlardan istifadə edilib. Yazı şəkildə nəşri ilə bərarbər bu əsər həm də səsləndirilib və podkast şəklində də hazırlanıb. Martın 4-də Təbrizdə keçirilən tanıtım mərasimində bəzi Azərbaycanlı yazıçılar iştirak edərək roman haqqında danışıblar.
Yazıçı Əli Həsənzadənin huzuru ilə keçirilən bu tədbirdə roman haqqında danışanların siyahısında yazıçı Nigar Xiyavi, “Ana Varlıq” jurnalının baş redaktoru Aydin Sərdariniya kimi adlar da yer alıb və roman haqqında fikir bildiriblər. Əli Həsənzadə eyni zamanda teatr və sinəma sahəsində işləri ilə də tanınır. Kitabın çap olunmuş və də podkastını əldə etmək üzün yazıçının Telegram İDsi (@ali_hasanzadeh_1350) ilə əlaqəyə keçib sifariş etmək mümkündür. Qeyd etmək lazimdir ki İranda Əkbər Əbdi və Fateme Şokri kimi tanınmış aktyor və aktrisalar u romanı tanıtdırıblar.
Qan Qayda haqqında kim nə dedi?
Şair və yazıçı Nigar Xyavi yazıçını təbrik edərək əsərin dilinin səmimiliyindən və şairanə üslubundan danışıb. Nigar xanımın fikrinə görə bu şairanə üslub saxta yox, səmimi şəkildə səslənir. O güneydəAzərbaycan türkcəsində nəsr yazanlarda əksər hallarda farscanın izi göründüyünü deyib. Onun fikricə farsca təhsil sayəsində bəzi Azərbaycanlı yazıçılar farsca düşünüb türkcə yazırlar. lakin Əli Həsənzadənin bu kitabda bu səhvdən çox rahat şəkildə keçdiyini, türkcə danışıb və türkcə yazdığını deyib. O qramatik açıdan kitabda səhvlərin də olduğunu, lakin az olduğunu deyib. O həm də artıq güneydə türkcə nəsrin başladığını qey edərək, gələcəkdə bu dildə şah əsərlər də yazılacağımı deyib.
Aydın Sərdariniya isə romanın dili üçün yazıçını təbrik edib. O “Qan Qayda“-nin həm form həm də içərik açısından roman istandardları ilə uyuşduğunu bildirib. O həm də artırıb ki yazıçı eyni zamanda rejissor olduğu üçün sanki dram bir kino əsərini roman formasında yerləşdirmək istəyib.
Ədəbiyyat və dramatik teatr professoru Əbdülhüseyn Lalə də roman haqqında fikrilərini bildirib. O deyib ki romanı roman edən bir dildir bir də onun incəlikləri, ” Qan Qayda” romanının yazıçısı isə bunu bacarıb. O romanın Maqik realizm çərçivədə yerləşdiyini, daha əvvəl belə əsərin Azərbaycanda yazılmadığını lakin bu romanla artıq başladığını deyir. Lalənin fikrinə görə yazıçı Həsənzadə romanda keçmişlə günümüz barışıq şəkilkdə, bir yerdə birləşdirib və bu saxta şəkildə yox, səmimi ve peşəkar şəkikdə gerçəkləşib.
Fars Kino Mədəniyyəti adlı kitabın yazıçısı Vəhid Əlirezai də bu kitab haqqında fikirlərini paylaşıb. Vəhid Əlirezai romanı polis janrında müvəffəq bir əsər kimi qiymətləndirib. O Həsənzadənin kitabda təsvir etmə qabiliyətinin çox yüksək olduğunu da qey edib. Onun fikrincə bir kino mütəxəssisi kimi səhnələr, obarzlar, yerlər dəqqətlə təsvir edilib.
Antropoloq və nəşriyatçı Əmmar Əhmədi də roman haqqında fikirlərini bildirib. Onun fikrinə görə bu rəvayət əfsanələri modern dünyaya daşıyır və o əfasənələri günümüz dünyasında yenidən rəvayət edir. O romanda Xürrəmillər kültürü və fəlsəfəsinin bariz şəkildə olduğunu qeyd edərək, əski dünyanın yaşayış fəlsəfələrini müasir həyata daşımaqda başarılı olduğunu vurğulayıb.