Qolçaq filmi İstanbulda göstəriləcək

Google+ Pinterest LinkedIn Tumblr +

Azərbaycanlı rejissor Əsgər Yusifinejadın Qolçaq filmi İstanbulda ekrana çıxacaq. Qolçaq Yusifinejadın çəkdiyi son filmdir. Bu film türkcə olduğu üçün İranda onun ekranlara çıxmasına icazə verilmədi. Bundan başqa film Azərbaycan türkcəsində olduğu üçün İranda keçirilən 40-cı Beynəlxalq Fəcr Film Festivalına da qəbul edilmədi.

İranın məşhur kinorejissorlarından olan Bəhruz Əfxəmi bu barədə demişdi ki, “Qolçaq filmi heyranedici bir film olsa da, türkcə olduğu üçün Fəcr festivalında iştirak etməyəcək”. Onlar filmin türkcə olduğunu və farsca altyazıların tez-tez dəyişdiyi üçün münsiflərin cümlələri oxuya bilməməyini səbəb göstərərək filmi festivala qəbul etməyiblər.

Nəsr xəbər agentliyinin verdiyi məlumata görə, aprelin 18-de İstanbul Film Festivalında Əsgər Yusifinejadın anım mərasimi və Qolçaq filminin nümayişi keçiriləcək.

İlgili yazılar: Yasaq dilin rejissoru Əsgər Yusifinejad kim idi?

 

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.