İranda azərbaycanlı türk qadın və uşaqların hüquqlarının vəziyyəti haqqında hesabat | Sentyabr 2022 – Fevral 2023

Google+ Pinterest LinkedIn Tumblr +

 Bu hesabat (17 sentyabr 2022-ci il – 1 fevral 2023-cü il) bir qrup azərbaycanlı hüquq müdafiəçisi tərəfindən 2022 və 2023-cü il İran etirazlarını araşdıraraq azərbaycanlı türk qadın və uşaqlara qarşı İranda insan hüquqlarının pozulmasının son vəziyyəti ilə bağlı hazırlanmışdır.

İran hökuməti etnik və dil qrupları ilə bağlı heç bir rəsmi demoqrafik statistika açıqlamadığı üçün, İrandakı Azərbaycan türklərinin sayı barədə təxminlər vermək çox çətindir. Lakin 2011-ci ilin yanvarında Türkiyəyə rəsmi səfəri zamanı İranın keçmiş xarici işlər naziri Əli Əkbər Salehi bəyan etmişdi ki, iranlıların 40 faizi türkcə danışır:

“Biz demək olar ki, eyni dildə danışırıq. İranlıların 40 faizi türkcə danışır. Bu, Türkiyə ilə İran arasında böyük bir bağdır”.

Bu hesabatın məqsədi İran İslam Respublikası tərəfindən insan haqları pozuntuları barədə məlumatlarda olan boşluqları aradan qaldırmaqdır. Bu, İran rejimi qüvvələri tərəfindən həbs edilən, sorğu-sual üçün çağırılan, işdən qovulan, güllələnərək öldürülən və işgəncələrə məruz qalan azərbaycanlı türk qadın və uşaqları haqqında insan haqları hesabatıdır.

Biz, İran İslam Respublikasının müxtəlif təhlükəsizlik qüvvələri və məhkəmələri tərəfindən fiziki zorakılıq, birbaşa güllələnmə və işgəncələrə məruz qalaraq qətlə yetirilən yalnız 11 azərbaycanlı türk qadın və uşağın kimliyini təsdiq edə bildik. Bəzi hallarda həbs edilərkən ağır fiziki və ruhi sarsıntı keçirmiş həbs edilmiş şəxslər azadlığa buraxıldıqdan sonra intihar ediblər.

Hesabatın “A” hissəsi İranın repressiv rejiminin qüvvələri tərəfindən qətlə yetirilən 11 azərbaycanlı qadın və uşaq etirazçı haqqındadır.

Hesabatın “B” hissəsi həbs edilmiş və iş prosesinin sonuna qədər azad edilmiş 79 qadın və uşaq etirazçının işini izah edir.

Hesabatın “C” hissəsi kəşfiyyat nazirliyi tərəfindən çağırılan üç şəxsi təhlil edəcək və onların işi ilə bağlı təfərrüatları təqdim edəcək.

Hesabatın “D” hissəsində biz cəza növü kimi işdən kənarlaşdırılan bir şəxsin işinə diqqət yetirəcəyik.

Hesabatın “E” hissəsində İranın məhkəmə sistemi tərəfindən saxlanılan və ittiham olunan azərbaycanlı qadın vəkilin işini araşdıracağıq.

Hesabatın “F” hissəsində etirazlar zamanı həbs edilmiş və müxtəlif cəzalara məhkum edilmiş 20 məhkumun statusu nəzərdən keçiriləcək.

 

Hesabatın dili ingilizcədir.

Hesabatı burdan yükləyə bilər və oxuya bilərsiniz.

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.