Sosialist Feminizm və Feminizmin Digər Növləri

Google+ Pinterest LinkedIn Tumblr +

Linda Napikoskinin yazdığı Bu məqalə 2019-cu ilin aprel ayının 10-da, ToughtCo saytında dərc edilib və “Ətəkyazı” tərcümə qurupu onu Azərbaycan türkcəsinə tərcümə edib.

Sosialist feminizm nə ilə fərqlənir?

Qadınların əzilməsini cəmiyyətdəki başqa basqılarla əlaqələndirən sosialist feminizm, 1970-ci illərdə akademik feminist düşüncədə kristallaşan feminist nəzəriyyədə getdikcə daha çox əhəmiyyət kəsb etdi. Sosialist feminizmi digər feminizm növlərindən fərqi nə idi?

Sosialist Feminizm və Mədəni Feminizm

Sosialist feminizmi tez-tez qadınların unikal təbiətinə diqqət yetirən və qadını təsdiq edən bir mədəniyyətə ehtiyacı vurğulayan mədəni feminizmlə ziddiyyət təşkil edirdi. Mədəni feminizm essentialist (özçü) hesab olunurdu: o, qadınların qadın cinsinə xas təbiətinin varlığını qəbul edirdi. Mədəni feministlər bəzən qadın musiqisini, qadın sənətini və qadın araşdırmalarını əsas ana mədəniyyətdən ayrı tutmağa çalışdıqları üçün separatçı olmaqla tənqid edilirdilər.

Sosialist feminizm nəzəriyyəsi isə feminizmi cəmiyyətin qalan hissəsindən ayırmaqdan çəkinməyə çalışırdı. 1970-ci illərdəki sosialist feministlər, qadın zülmünə qarşı mübarizələrini irq, sinif və ya iqtisadi statusa görə digər ədalətsizliklərə qarşı mübarizə ilə birləşdirməyə üstünlük verdilər. Sosialist feministlər kişilər və qadınlar arasındakı bərabərsizliyi düzəltmək üçün kişilərlə işləmək istəyirdilər.

Sosialist Feminizm və Liberal Feminizm

Sosialist feminizm Milli Qadınlar Təşkilatı (National Organization for Women (NOW)) kimi liberal feminizmdən də fərqlənirdi. “Liberal” anlayışı illər keçdikcə dəyişdi, lakin qadın azadlıq hərəkatının liberal feminizmi hökumət, hüquq və təhsil də daxil olmaqla cəmiyyətin bütün qurumlarında qadınlar üçün bərabərlik istədi. Sosialist feministlər, quruluşu kökündən qüsurlu olan və bərabərsizlik üzərində qurulmuş cəmiyyətdə həqiqi bərabərliyin mümkün olması fikrini tənqid edirdilər. Bu tənqid, radikal feministlərin feminist nəzəriyyəsinə bənzəyirdi.

Sosialist feminizm və Radikal feminizm

Bununla bərabər, sosialist feminizm radikal feminizmdən də fərqlənirdi, çünki sosialist feministlər qadınların üzləşdiyi cinsi ayrıseçkiliyin bütün zülmlərinin mənbəyi olduğu radikal feminist anlayışını rədd edirdilər. Radikal feministlər, tərifə görə hər şeyi kökündən dəyişdirmək üçün cəmiyyətdəki zülmün kökünə enməyə çalışırdılar. Kişilərin üstünlük təşkil etdiyi patriarxal cəmiyyətdə, onlar bu kökü qadınların əzilməsi kimi görürdülər. Sosialist feministlər isə cinsə əsaslanan zülmü daha çox mübarizənin bir parçası kimi təsvir edirdilər.

Sosialist Feminizm və Sosializm və ya Marksizm

Sosialist feministlərin marksizmə və ənənəvi sosializmə qarşı tənqidi ondan ibarətdir ki, marksizm və sosializm əsasən qadın bərabərsizliyini təsadüfi və ya iqtisadi bərabərsizlik və sinif sistemi tərəfindən yaradılan bir şeyə endirir. Qadınların əzilməsi kapitalizmin inkişafından əvvəl də var olduğu üçün sosialist feministlər qadınlara zülmün sinif bölgüsü ilə bərabər yaradıla bilməyəcəyini iddia edirlər. Sosialist feministlər həm də iddia edirlər ki, qadınlara edilən zülmü ortadan qaldırmadan kapitalist ierarxik sistem dağıdılmayacaq. Sosializm və marksizm ilk növbədə ictimai sahədə, xüsusən də həyatın iqtisadi sahəsində azadlıqla əlaqədardır və sosialist feminizm azadlığın marksizm və sosializmdə həmişə mövcud olmayan psixoloji və şəxsi bir ölçüsünü qəbul edir. Bu da marksizm və sosializmdə həmişə mövcud deyildir. Məsələn, Simone de Beauvoir qadınların azadlığının ilk növbədə iqtisadi bərabərlik yolu ilə olacağını müdafiə edirdi.

Paylaş.

Müəllif haqqında

Linda Napikoski

Journalist Education J.D., Hofstra University B.A., English and Print Journalism, University of Southern California Introduction J.D. with a concentration in international law from Hofstra University Assistant editor for In the Red, a cultural arts magazine in China Activist who has worked with non-profit organizations such as AIDS Action and Amnesty International Experience Linda Napikoski is a former writer for ThoughtCo who contributed articles on feminism, with a focus on the feminist movements of the 1960s and 1970s. Napikoski also worked on human rights and women's rights issues with many non-profit organizations, including AIDS Action, Amnesty International, and Women's Action for New Directions. In her writing, she has examined women's literature, feminism, and the legal issues surrounding gender in academic settings and through "real world" activism. Her work in newspaper and radio journalism, covering the topics of government, business, and travel spans more than eight years. As an undergraduate at the University of Southern California, Napikoski studied everything from feminist poetry to wedding traditions in world religions. During law school, she participated in the Gender, Law & Policy Colloquium and worked as a research assistant to a professor who wrote innovative articles about the intersection of law, race, class, and gender. Education Napikoski earned a Juris Doctor (J.D.) with a concentration in International Law from the Maurice A. Deane School of Law at Hofstra University in 2009. She also holds a Bachelor Arts (B.A.) degree with a focus on English and Print Journalism from the University of Southern California.

Şərhlər bağlıdır.