Universitetlərə giriş sınağı hər il ölkə səviyyəsində bir və ya iki mərhələdə keçirilir. Bu il də keçən illərdə olduğu kimi bir milyondan artıq öyrənci bu marafonda iştirak ediblər. Nəticələrin bəlli olması ilə birlikdə bu məsələ haqqında müxtəlif tənqidlər də ortaya çıxdı. Tənqid edənlərin biri hazırda prezident olan Məsud Pezeşkiyan idi.
Son prezident seçkilərində Məsud Pezeşkiyanın tez tez dilə gətirdiyi təhsildə ədalət məsələsi ölkə səviyyəsində uzun illərdir gündəmdədir. “Konkur” deyilən bu sınaqda fərqli ayrıseçkiliklərdən söz edilir. Misal üçün ölkədə 20-dən çox məktəb növü mövcuddur və bunlar içində dövlət məktəbləri, yəni heç bir ödəməsi olmayan və bütün xərcləri dövlətin qarşıladığı məktəblər universitetlərə giriş sınağında ən zəif nəticəyə malikdirlər. Əsasən ödənişli məktəblər ən yaxşı nəticələri verirlər və bu məktəblərə girmək də gəliri aşağı olan ailələr üçün imkansızdır.
Hər il on minlərlə öyrənci təhsili tərk edir və ya tərk etmək məcburiyyətində qalır. Eyni zamanda təhsil vəziyyəti ölkənin fərqli bölgələrində bərabər vəziyyətdə olmur. Misal üçün təhsil sahəsində Qərbi Azərbaycan vilayəti ölkədə ən zəif vəziyyətlərdən ikən mərkəzi vilayətlərdə bunun əksi müşahidə olunur. Bununla da dilin təsirli mövqeyi və onun ardınca da etnik əsaslı ayrıseçkiliyin nəticələri müşahidə olunur.
Bu sınağa girən öyrəncilərdə qızlar çoxluq təşkil edirlər. Son ilin universitetlərə giriş sınağında 63% qadınlar və 37% kişilər iştirak ediblər. Qadınların universitetlərdə çoxluq təşkil etmələrinə baxmayaraq onların iş tapmaq şansları daha azdır. Əldə olan statistikalara əsasən ali təhsil almış lakin işsiz olan qadınların sayı kişilərdən daha çoxdur. Bu da təhsil sisteminin cinsiyyət əsaslı ayrıseçkiliyə yol verdiyini göstərir.
Qadın və kişi əsaslı ayrıseçkilik
Statistikalar
Aşağıda verilən statistikalar keçən on il ərzində, yəni 2014-2015 təhsil ilindən 2023-2024 təhsil ilinə qədər üç ana qolda, yəni təcrübi elmlər, riyaziyyat və fizika və insani elmlər qolunda universitetlərə giriş sınağı nəticələrində ilk onluğa girən qadınlar və kişilərin faizini göstərir:
İl Cinsiyyət |
2023-2024 |
2022-2023 |
2021-2022 |
2020-2021 |
2019-2020 |
2018-2019 |
2017-2018 |
2016-2017 |
2015-2016 |
2014-2015 |
Cəm |
Qadın(%) |
10 |
30 |
40 |
30 |
10 |
20 |
20 |
10 |
20 |
40 |
25 |
Kişi(%) |
90 |
70 |
60 |
70 |
90 |
80 |
80 |
90 |
80 |
60 |
75 |
- Cədvəl: Təcrübi elmlər
İl Cinsiyyət |
2023-2024 |
2022-2023 |
2021-2022 |
2020-2021 |
2019-2020 |
2018-2019 |
2017-2018 |
2016-2017 |
2015-2016 |
2014-2015 |
Cəm |
Qadın(%) |
0 |
0 |
0 |
10 |
0 |
10 |
10 |
0 |
0 |
10 |
4 |
Kişi(%) |
100 |
100 |
100 |
90 |
100 |
90 |
90 |
100 |
100 |
90 |
96 |
2. Cədvəl: Riyaziyyat və fizika
İl Cinsiyyət |
2023-2024 |
2022-2023 |
2021-2022 |
2020-2021 |
2019-2020 |
2018-2019 |
2017-2018 |
2016-2017 |
2015-2016 |
2014-2015 |
Cəmi |
Qadın(%)
|
30 |
50 |
40 |
10 |
40 |
60 |
50 |
40 |
40 |
40 |
40 |
Kişi(%) |
70 |
50 |
60 |
90 |
60 |
40 |
50 |
60 |
60 |
60 |
60 |
3. Cədvəl: İnsani elmlər
Göründüyü kimi qadınlar daha çox iştirak etsələr də ilk onluğa girmək şansları çox daha az olur. Bu üç ana qolu bir yerə toplasaq nəticə belə olar:
|
3 ana qolda 10 il ərzində ilk ona girən |
% |
Qadınlar |
69 |
23% |
Kişilər |
231 |
77% |
Son 10 ildə qadınlar konkurda daim kişilərə nəzərən daha çox iştirak ediblər lakin müvəffəqiyyətləri daha az olub.
Bu qadınların ən çox 16-ı mərkəz vilayətlərdən qıraqda yaşayan qadınlardır. Deməli ən uğurlu qadın öyrəncilərin sadəcə 23 faizini fars olmayanlar təşkil edirlər. Bu onların bütün öyrəncilər arasında sadəcə təxminən 5% yer qazandıqlarını göstərir.
Qadınların taleyi: çox çalış az qazan
Liberal feminizm, feminizmin inkişafı müddətində ikinci dalğa adı verilən 1960-1980-ci illər arasında ortaya çıxan nəzəriyyələrdəndir. Liberal feministlər qadınların xüsusi həyatdan çıxıb sosial həyatda iştirakını müdafiə edirdilər. Xüsusilə iş yeri, təhsil və sosial həyatda bərabərlik liberal feministlərin üstündə durduğu nöqtələr idi. Onlara görə patriarxal təhkim nəticəsində iş bölümü kişiləri sosial həyata, qadınları isə ev içinə həbs edib. Nəticədə isə qadınlar sosial həyatda iştirakdan məhrum olaraq sadacə analıq vəzifəsinə məhkum olublar.
Universitetlərə giriş sınağının keçən 10 ildə ən az 60 faizini qadınlar təşkil edib. Lakin buna baxmayaraq onların ilk onluğa girmək şansları daha az olub. Eyni zamanda onlar iş tapmaqda daha çox çətinlik çəkirlər.
Bu ilin, yəni 2024-cü ilin yazında ali təhsil almış insanlarda işsizlik 43% olduğu deyilib. Bu 43 faizin isə 68 faizini qadınlar təşkil edir. Keçən 10 ildə (təxminən) 60% təhsil alanların qadınlar olduğunu hesab etsək, ali təhsil alan hər bir kişinin iş tapmaqda şansı qadınlara nəzərən 1.25 dəfə çoxdur.
Bu qadınların sosial həyatdan uzaqlaşdıran patriarxal təhəkkümün bir nümunəsidir. Qadınların daha çox təhsilə maraq göstərmələri sosial həyatda iştirak istəklərini göstərdiyi halda, işsizlik və ilk onluğa girə bilmə faizləri, patriarxal sistemin qadınların bu hədəfə çatmalarında maneələr törətdiyini göstərir.
Ağ qadın yoxsa rəngli qadın
Üçüncü dalğa feministlər ikinci dalğa feministlərinin sadəcə ağ və üst sinif qadınlara diqqət yetirdiyi üçün tənqid edirdi. 1980-ci illərdən başlayan bu hərəkat irq ilə cinsiyyətin kəsişməsinə daha çox diqqət yetirməyə başladı. Bunlara görə qaradərili bir qadın ilə ağdərili bir qadın eyni vəziyyətdə yaşamırlar. Nəticədə isə ağ qadın ilə qara qadını bir ad altına zorla yerləşdirmək doğru olmaz. Qaradərili qadınlar iki qat zülmə məruz qalırlar. Həm qadın olduqları üçün həm də qara olduqları üçün. Nəticədə üçüncü dalğadan sonra etnik kimlik də feminizmin diqqət dairəsinə yerləşdi.
Universitetlərə giriş sınaqları nəticələrindən də göründüyü kimi İranda fars olmayan qadınların uğur qazanması fars etnikinə mənsub qadınlardan daha az olur. Onlar həm qadın olduqları üçün həm də fars olmadıqarı üçün bərabərsizliyə məruz qalırlar.