Türkiyədə “Arilər, zərdüştilər və əməkdaşları” adlı kitab nəşr edilib

Google+ Pinterest LinkedIn Tumblr +

Karabük Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin müəllimi Nasirəddin Əlizadənin “Arilər, zərdüştilər və əməkdaşları” adlı kitabı ışıq üzü görüb. İran və Hidistanda müstəmləkəçi qloballaşma dövrünü təsvir edən bu kitab sentyabr ayında Ankarada “Gazi Kitabevi” nəşriyyatı  tərəfindən nəşr edilib.

Bu kitab Hindistanın şərqində, silah və ticarəti bir araya gətirən qərb şirkətlərinin qurulması ilə bərabər Asiyada müstəmləkəçi qloballaşma dövrünün başlamasından bəhs edir. Kitabda Yeni dövrün müxtəlif qruplara fərqli şəkildə təsir etdiyindən danışılır. Məsələn Babur imperiyasının ziyanına başlayan yeni dövr, kiçik parsi, zərdüşt azlığa çox müsbət təsir etdiyi qeyd edilib. Başlayan bu yeni dövr Hidistanın parsi əhalisinin inkişafına səbəb olub bu da onların sosial iqtisadi vəziyyətlərinin dəyişməsi ilə nəticələnib. Kitabda həmçinin Avropanın müasir təhsil sisteminin bu azlığın dünya görüşünə böyük təsir etdiyi, iqtisadi vəziyyəti yüksələn bu topluluğun Qacar İranına da önəmli təsir göstərməsi təsvir edilib.

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.