Ukrayna böhranı qida sistemlərimizin nə qədər kövrək olduğunu göstərir

Google+ Pinterest LinkedIn Tumblr +

Yük maşınları ilə gətirilən buğda İraqın Ərbil şəhərində 29 may 2022-ci ildə anbarlarda saxlanılır. İraq Kürd Regional Rəhbərliyi (İKRG) Rusiyanın yaratdığı ərzaq təhlükəsizliyi böhranı səbəbi ilə fermerlərin əlindəki bütün buğdanı almağı hədəfləyir.

Ahsan Mohammed Ahmed-Anadolu Agency

Dünyanın qida sistemi 3 səbəbdən çökür: iqlim dəyişikliyindən boğulur, COVID-19 pandemiyasından sarsılır və savaş qasırğasından əziyyət çəkir.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına görə iyun ayı ərzaq qiymətləri indeksini son 18 ayda heyrətamiz dərəcədə 50% artıb. Ən böyük və ən son münaqişə, Ukraynanın işğalı, Ukrayna və Rusiyadan taxıl və gübrə istehsalı və ixracını ciddi şəkildə məhdudlaşdırdı, çörək, yağ kimi əsas məhsulların qiymətini artırdı və yoxsulların həyat səviyyəsinə ciddi zərbə vurdu.

İqlimlə bağlı İqlim Dəyişikliyi üzrə Hökümətlərarası Panelin son hesabatında meyvə və tərəvəz kimi qida maddələri ilə zəngin qidalarda məhsuldarlığın əhəmiyyətli dərəcədə azalacağı, düyü və buğda kimi əsas qidaların qidalandırıcı məzmununun azalması və ekstremal hava şəraiti səbəbindən tədarük zəncirlərinin pozulması riskinin artacağı qənaətinə gəlinir. Qidalanma keyfiyyəti pisləşəcək.

BMT, COVID-19 səbəbi ilə 2020-2021-ci illər arasında daha 118 milyon insanın xroniki ac olduğunu hesablayır, bu sürətli yüksəlmənin əsas səbəbləri COVID-19, işçi çatışmazlığı, gəlir azalması və tədarük zənciri uğursuzluqlarıdır.

Oslodakı Sülh Araşdırmaları İnstitutu, dövlət əsaslı silahlı qarşıdurmanın Ukrayna işğalından öncə heç bu qədər yüksək olmadığını söyləyir. Təbiətlə əlaqəli sarsıntılar üçün mənzərə o qədər də yaxşı deyil – BMT hesabatında qlobal miqyasda quraqlıq və daşqın kimi şokların sayının 21-ci əsrdə əhəmiyyətli dərəcədə artdığını və yüksək olaraq qaldığını bildirir.

Bu sarsıntılar və böhranlar qida sistemlərimizin kövrəkliyini göstərir və onları şoklara daha davamlı etmək zərurəti ilə bağlı əsas həyəcan siqnalıdır.

Lakin daimi və tarixən yüksək səviyyəli sarsıntılara baxmayaraq, qida sistemlərimiz daha az dayanıqlı olur: kənd təsərrüfatında istifadə olunan enerji ehtiyyatları; qida və kənd təsərrüfatında biomüxtəliflik; əsas ixrac edən regionlarda yetişdirilən məhsulların müxtəlifliyi; və həmçinin yemək rejiminin çeşitliliyi ya sabitdir ya da azalır.

Bunu düzəltməyin açarı çeşidləndirmək, çeşidləndirmək, çeşidləndirmək, çeşidləndirməkdir.

Kənd təsərrüfatının istifadə etdiyi enerjini çeşidləndirin. BİM-in məlumatları göstərir ki, kənd təsərrüfatında enerji istifadəsindən yaranan istixana qazı emissiyaları getdikcə intensivləşir: İlk 3 enerji mənbəyi 1990-cı ildə 78%, 2019-cu ildə isə 87% təşkil edib. İlk iki enerji mənbəyi üçün konsentrasiyanın artması daha da diqqəti çəkir : 1990-cı ildəki 62%-dən 2019-cu ildəki 79%-ə qədər.

Ərzaq və kənd təsərrüfatında biomüxtəlifliyin itkisini bərpa edin. BMT bildirir ki, qida üçün becərilən 6000 bitki növündən yalnız 9-u ümumi məhsul istehsalının 66%-ni təşkil edir. BMT-nin qida və kənd təsərrüfatı üçün dünyanın biomüxtəlifliyinin vəziyyəti ilə bağlı son qiymətləndirməsi belə nəticəyə gəlir ki, işlər yaxşılaşmadan əvvəl daha da pisləşəcək: “Genetik, növ və ekosistem səviyyələrində qida və kənd təsərrüfatı üçün biomüxtəlifliyin bir çox əsas komponentləri tənəzzüldədir.” Eyni komandanın əlaqəli təhlili qeyd edir ki, “bir çox əhliləşdirilmiş mal-qara cinsləri və məhsul növləri, eləcə də əhliləşdirilmiş növlərin bir çox vəhşi qohumları nəsli kəsilmək təhlükəsi altındadır”.

Əsas ixracatçı ölkələrdə yetişdirilən qida növlərini çeşidləndirin. Əhəmiyyətli son təhlillərin göstərdiyi kimi, əsas ixracatçı ölkələr öz qida istehsal sistemlərini getdikcə bir neçə əmtəə məhsulu üzrə ixtisaslaşdırıblar. Məsələn, Argentina, Braziliya, İndoneziya, Malaziya və ABŞ-da bir neçə əmtəə bitkisi (soya, palma, şəkər qamışı) üzrə ixtisaslaşdırılmış istehsal var.

Qidalanmanı çeşidləndirin. Ölkələrdə mövcud qidalar çeşidləndirilmişdir, lakin qidalanmaya ən həssas olan körpələr və kiçik uşaqlar üçün çox aşağı qida çeşidliyi var və son 10 ildə bu, demək olar ki, artmayıb. UNICEF bildirir ki, 50 aşağı gəlirli ölkədə minimum qida müxtəlifliyinə nail olan körpələrin və gənc uşaqların faizi son 10 ildə 21%-dən 24%-ə yüksəlib. Lakin ölkələr arasında qidalar getdikcə daha qərbliləşir , daha yüksək səviyyədə piylənmə və diabet və hipertoniya kimi xəstəliklər yaradır.

Bu tendensiyaların hər birini dəyişdirmək üçün lazım olan siyasətlər buraya sığmayacaq qədər çox saydadır, lakin onlar mövcuddur və effektivdir. Onları hərəkətə gətirəcək ilk şey siyasətçilərin qida sistemlərini çeşidləndirmək ehtiyacını dərk etmələridir. Bir çox ölkələrdə qida sisteminin dayanıqlı olması “olmalıdır” deyil, “olsa yaxşı olar” kimi qəbul edilir. Turbulentliyin getdikcə normaya çevrildiyi bir dünyada çeşidləndirmə siyasətçilər və sarsıntılara məruz qalanlar üçün(yoxsullar, aclar və köçkünlər) son sığorta siyasətidir.

Qaynaq: Time

Tərcümə: Ətəkyazı

Paylaş.

Müəllif haqqında

Lourens Haddad

Şərhlər bağlıdır.