Ukrayna işğalından sonra avtokratiya demokratiya qarşılığı: Orta Yol Xəritəsi

Google+ Pinterest LinkedIn Tumblr +

İngiliscədən tərcümə: Faqan Yusifli

Rusiyanın Ukraynanı işğal etməsi demokratiya və avtokratiya arasında ixtilafı dərinləşdirəcək amma bu eyni zamanda daha dərin siyasi-strateji balanslaşdırmaya yol açacaq. Açar sual isə demokratik rejimlər arasında hansı koordinasiyanın ortaya çıxacağıdır.

Cari gündəm və bir sıra Qərb hökumətlərində aparıcı diskurslardan biri odur ki, Rusiyanın Ukraynadakı hazırkı işğal kampaniyası demokratiya və avtokratiyalar arasındakı ziddiyətləri kəskinləşdirəcək və bu məsələ beynəlxalq münasibətlər sisteminin yenidən düzənlənməsini şərtləndirəcək vacib amillərdən biri kimi ortaya çıxacaq. Bu yanaşmanı tənqid edənlərin isə əks arqumenti ondan ibarətdir ki, demokratik dəyərlərlər realpolitikin daha çox nəzarəti altına düşəcək və qeyri-qərb hökumətlərinin strateji qərar vermə prosesində bu demokratiya-avtokratiya ziddiyəti məhdud rol oynayacaq. Bu mövzuda üçüncü nəzər nöqtəsi isə odur ki, siyasi normalar geostrateji axınların formalaşdırılmasında daha böyük paya sahib olsa da, qlobal siyasət demokratiya və avtokratiya qütblərinin arasında bir mövqeyə sahib olacaq və bir çox strateji dinamikalar zaman-zaman hər iki siyasi qütbdən təsirlənəcək.

QARIŞIQ STRATEJİ DİNAMİKA

Rusiyanını işğalı ərəfəsində, ABŞ-ın prezidenti Co Bayden demişdir : “Biz artıq azadlıq üçün daha yeni və böyük savaşın içindəyik. Bu demokratiya və avtokratiya, azadlıq və repressiya arasındakı savaşdır.” Eyni zamanda Britaniyanın xarici işlər üzrə müşaviri Liz Truss “Avtoritar rejimlərlə iqtisadi inkişafa və ticarətə zamin yaradılmasını” bitirməyə söz verib. Avropa İttifaqının (Aİ) yeni strateji kompasına əsasən təhlükəsizlik siyasəti artıq “İdarəetmə sistemlərinin rəqabəti”-nə əsasən çərçivələnməlidir. Tanınmış analitiklər liberal nizamı və demokratik normaları müdafiə etmək üçün gücləndirilmiş öhdəliklərin ortaya çıxdığını müşahidə edirlər. Onlar iddia edirlər ki, Ukraynadakı müharibə demokratiya uğrunda, avtokratik və qeyri-liberal dəyərlərə qarşı daha geniş mübarizənin bir hissəsidir.

Qərb demokratiyaları arasında möhkəmlənmiş birlik və onların demokratik dəyərləri müdafiə etməkdə yenicə ortaya çıxmış məqsədləri haqqında hər yerdə şərhlər verilir. Bütün dünyada demokratik hökumətlər arasında siyasət koordinasiyasının bir çox yeni istiqamətləri formalaşır. Yalnız ABŞ və Avropa dövlətləri deyil, həmçinin Avstraliya, Yaponiya, Keniya, Yeni Zelandiya və Cənubi Koreya da daxil olmaqla 40 ölkə Ukrayna Məsləhətçi Qrupu yaradıb. Artıq qərb liderləri Hindistan höküməti ilə əlaqədə olub və Çinin avtoritar hərəkətləri ilə bağlı narahatlıqları ətrafında daha effektiv koordinasiya etməyə söz veriblər. Aİ və ABŞ Latın Amerikası demokratiyaları ilə də diplomatik səylərini gücləndiriblər. 2022-ci ilin may ayında keçirilən sammitdə Aİ və Yaponiya qlobal məsələlərdə öz aralarında və ABŞ-la daha çox koordinasiya etməyi öhdələrinə götürüblər.

Demokratiya-avtokratiya bölgüsü daha çox təsirli olmağa davam etdikcə, onu kəsən və təsirini azaldan güclü dinamika olacaq. Demokratiyaya daha idealist öhdəliyə paralel olaraq, yeni kontekst Qərb dövlətlərini və digər demokratiyaları daha böyük praqmatizmə doğru sövq edir.

Aİ və ABŞ Rusiyaya qarşı mübarizəyə kömək etmək üçün avtoritar rejimlərlə daha dərin əməkdaşlığa can atırlar. ABŞ və bəzi Avropa dövlətləri Rusiya qazını əvəz etmək üçün Körfəz ölkələri ilə əlaqə saxlayır və neft ixrac edən Venesuelaya qarşı mövqelərini yumşaldırlar. Birləşmiş Ştatlar Körfəz ölkələrini BMT-də Rusiyanı qınamağa məcbur etmək üçün xeyli siyasi kapital sərf etib. Dövlət katibi Antoni Blinken regionun avtoritar dövlətlərini Rusiyaya qarşı hərəkətə keçməyə məcbur etmək üçün Yaxın Şərqə səfər edib.

Demokratik güclər, ehtimal ki, Rusiya ilə Çin arasında çaxnaşma yaratmaq və bu cür perspektivlər nə qədər zəif olsa da, böhran vasitəçiliyi üzərində işləmək üçün hər hansı bir şansdan istifadə edəcəklər. Fransa və Almaniya liderləri Çindən ticarət asılılığını azaltmağa çalışsalar belə, Aİ-ni Çinlə daha yaxşı əməkdaşlığa çağırırlar.

Bu cür ənənəvi strateji tarazlıq, çox güman ki, ən azı demokratiya və avtoritarizm arasında ideoloji mübarizə qədər qabarıq olacaq. Bir çox avropalı diplomatlar məsələyə demokratiya-avtokratiya çərçivəsindən yanaşmaqda tərəddüd edir və adətən Aİ-nin demokratik sistemləri olmayan ölkələr bloku ilə qarşı-qarşıya gəlməyə çalışmadığını bildirir. Aİ həmçinin Polşanın Ukraynadan qaçqın axınının idarə edilməsində mühüm rol oynadığına görə bu ölkədəki demokratik geriləməyə qarşı göstərdiyi təzyiqi də azalda bilər.

Həmfikirli demokratik koordinasiya haqqında söhbətlər hər dəfə ortaya çıxanda – son iyirmi ildə vaxtaşırı böhran anlarında olduğu kimi – ən bariz təkzib müxtəlif dövlətlərin mövqelərinin demokratiya-avtokratiya bölgüsünə düzgün uyğun gəlməməsidir. Bu dəfə də vəziyyət fərqli deyil. Hindistan və Cənubi Afrika Birləşmiş Millətlər Təşkilatının işğalla bağlı qətnaməsində bitərəf qalıb. Demokratik İsrail Rusiyaya sanksiya tətbiq etməkdən imtina etdi, avtoritar Sinqapur isə sanksiya tətbiq etdi. Rusiyanı qınamaqdan imtina edən hökumətlər arasında cəmi iki ay əvvəl ABŞ-ın rəhbərlik etdiyi Demokratiya Sammitində iştirak etmiş və demokratiyalar arasında daha çox koordinasiyaya söz vermiş bir çox hökumətlər var idi.

Demokratik dövlətlər arasında nəyin demokratiyanın geosiyasəti adlandırıla biləcəyi ilə bağlı fikir ayrılıqları qalmaqdadır. 2022-ci ilin iyununda bir neçə Latın Amerikası demokratiyası ABŞ-ın regionun qeyri-demokratik ölkələrini istisna etməsinə etiraz etdiyi üçün Amerika Zirvəsini boykot etdi. 2021-ci ilin dekabrında keçiriləcək Demokratiya Sammitinə hazırlıq zamanı aydın oldu ki, Afrika, Asiya və Latın Amerikası demokratiyaları Çinlə geosiyasi rəqabətin bir hissəsi kimi demokratiyanı alətə çevirməkdən də çəkinirlər. Onlar Ukraynadakı hadisələrdən sonra bu mövqenin müəyyən qədər yenidən qiymətləndirilməsinə doğru irəliləsələr də, bu demokratiyalar çətin ki, tərəddüdlərindən tamamilə əl çəksinlər. Asiyada Tayvan öz milli təhlükəsizliyinə xidmət etdiyi üçün demokratiyaya qarşı avtokratiya baxış bucağını tətbiq etməkdə istisnadır, və Qərb demokratiyaları Ukrayna müharibəsi səbəbindən bunu daha çox vurğulayırlar.

Oxşar dinamika avtoritar dövlətlər arasında da mövcuddur. Avtokratlar bir-birindən taktika öyrənsələr də və Çinin daxili avtoritar davranışından onun beynəlxalq miqyasda hərəkət tərzinə sıçrayış olsa da, hazırda “avtokratiya dəstəyi”nin vahid ittifaqının nisbətən az əlamətləri var. Çin tez-tez avtoritar yüksəlişin aparıcısı kimi görünsə belə, o, mütləq və ya yüksək ideoloji demokratiya-avtokratiya bölgüsü deyil, bir neçə balanslaşdırıcı gücdən ibarət bir dünya istəyir. Çin işğaldan əvvəl həm Rusiya, həm də Ukrayna üçün əsas ticarət tərəfdaşı idi.

Rusiyanın işğalı ilə bağlı Çinin fikirlərinin çoxlu təfərrüatları aparılsa da, çoxlu sayda digər qeyri-demokratik rejimlər açıq şəkildə ideoloji parçalanmaya tam uyğun gəlməyən müxtəlif maraqlara üstünlük verirlər. Türkiyənin çoxvektorlu xarici siyasəti avtoritar dövlətlər arasında bəlkə də bunun ən parlaq nümunəsidir. Birləşmiş Millətlər Təşkilatında Rusiyanı qınamaq üçün səs verən 141 dövlət arasında bir çox qeyri-demokratik dövlətlər var. Bütün demokratik dövlətlər Rusiyaya qarşı durmadığı kimi, bütün avtokratik dövlətlər də ona əks mövqe göstərmir.

BİRLƏŞMƏ VƏ PARÇALANMA?

Bir-birinə qarşı üz-üzə duran iki homojen demokratiya və avtokratiya bloku əvəzinə, beynəlxalq siyasət üst-üstə düşən güc mərkəzlərinin və dəyişkən ittifaqların qarışıq dəstini nümayiş etdirməyə davam edəcək. Bir tərəfdən, geostrateji güclərin əksəriyyəti hələ də demokratiya tərəfdarı deyil. Digər tərəfdən, bu beynəlxalq münasibətlərin dominant hərəkətverici qüvvəsinə çevrilməsə belə, Ukraynadakı müharibə nəticəsində demokratiya-avtokratiya bölgüsü daha yüksək profil qazanacaq. Orada baş verənləri nəzərə alsaq, indi siyasi dəyərlərin rolunu tamamilə rədd etmək, şübhəsiz ki, mümkün deyil.

Bu bölgü beynəlxalq münasibətlərin əsas təşkilati əsası deyil, bir sıra strukturlaşdırıcı amillərdən biri olacaqdır. Yaranmış beynəlxalq nizamın çoxmərkəzli təbiətini yerindən oynatmayacağına görə, sual fərqli dinamikanın ardıcıl liberal-realist birləşməsində bir-birinə uyğunlaşacaqmı, yoxsa inxoal toqquşmada fəaliyyət göstərəcəkmi?

Hazırda birləşmədən daha çox toqquşma var. Bu, Qərbin “demokratiyanı müdafiə etmək” yanaşmasının tətbiq olunma üsulu ilə bağlıdır. Məsələ təkcə Avropa ölkələri və ABŞ-ın digər demokratik ölkələrlə əməkdaşlığı dərinləşdirməyə çalışmasında deyil, daha dərin tərəfdaşlıqların xarakteri, onların necə fəaliyyət göstərməsi və nə üçün istifadə edilməsidir. Qərb demokratiyaları özlərini müdafiə etmək üçün güclü vasitələrdən istifadə etməyə daha çox sadiq ola bilərlər, lakin bu, demokratiyanı qlobal miqyasda təbliğ etməklə eyni deyil. Hələlik “demokratiyanı müdafiə etmək” yanaşmasınin əsas fokusu bütün dünyada vətəndaşların siyasi hüquqlarını genişləndirmək deyil, demokratiyaların özlərini daha qətiyyətlə qorumasına yönəlib.

Qərbin Rusiyaya qarşı daha sərt strategiyası demokratiya strategiyası ilə eyni olmaqdan uzaqdır. Demokratiyaya qarşı-avtokratiya çərçivəsi, demokratiyanı dəstəkləmək üçün ideoloji öhdəlikdən irəli gəlməyən, Rusiyanın mineral yanacaqlarından asılılığa son qoymaq və ya Avropanın təhlükəsizlik xərclərini artırmaq səyləri kimi strateji siyasətlər üçün səfərbəredici bir hekayə kimi formalaşır. Bütün “demokratiyanı müdafiə etmək” terminologiyası son dərəcə geniş yayılır və öz maraqlarını müdafiə edən Qərb dövlətləri ilə bağlı istənilən siyasətə tətbiq edilir.

Bu cür geniş ritorik çərçivə vacib olsa da, geostrategiya və demokratiya arasında daha tutarlı bir birləşmə Qərb dövlətlərindən xüsusilə demokratik normaları dəstəkləmək üçün diplomatik səylərini və resurslarını əhəmiyyətli dərəcədə artırmağı tələb edəcəkdir. Avtokratik ölkələrdə demokratları dəstəkləmək zərurəti avtokratik hökumətlərə qarşı geosiyasi rəqabətlə eyni şey deyil.

Əməliyyat səviyyəsində demokratiyaya dəstəyin artırılması və bəzi yeni demokratiya fondları üzrə daha geniş koordinasiyanın əlamətləri görünür. Məsələn, ABŞ 320 milyon dollar yeni maliyyə vəsaiti ilə Avropa Demokratik Dayanıqlılıq Təşəbbüsünə söz verib. Bununla belə, hələlik Qərb demokratiyaları uzunmüddətli perspektivdə demokratiya strategiyalarını və maliyyə vəsaitlərini əhəmiyyətli dərəcədə artırmağa söz verməyiblər. Bir çox liderin indi iddia etdiyi kimi, “demokratiya təhlükəsizlikdir”sə, müdafiə xərclərinin hər artımının demokratiyanın maliyyələşdirilməsinin artması ilə uyğunlaşacağını gözləmək olar. Bununla belə, Avropa demokratiyaları və Yaponiya müdafiə xərclərini sürətlə artırsalar da, hələ də demokratiyaya dəstəyini artırmayıblar. Məsələn, Almaniya müdafiəyə əlavə 100 milyard avro xərcləmək üçün dövrü dəyişən bir öhdəlik götürüb, lakin o, demokratiya xərclərini oxşar şəkildə artırmağa hazır deyil. Doğrudan da, müdafiə xərclərinin artması vəsaitləri demokratiya və insan haqları büdcələrindən yayındıra bilər.

Qərb demokratiyalarının demokratiyaya dəstək xərcləri hələ də müdafiə büdcələrinin cüzi bir hissəsidir və Ukraynadakı müharibə nəticəsində boşluq daha da genişlənəcək. Üstəlik, münaqişədə humanitar dəstəyə xərclənən vəsait və ərzaq təhlükəsizliyi ilə bağlı fövqəladə vəziyyətin qarşısının alınması səyləri, çox güman ki, demokratiyaya yardım da daxil olmaqla, digər büdcələrdən vəsait çəkəcək.

Bənzər mülahizələr Qərbdən kənarda olan demokratiyalarda da özünü göstərir. Müzakirələrin çoxu qeyri-Qərb demokratiyalarının beynəlxalq demokratiya dəstəyinə verdikləri töhfələrə dair daha geniş sual ətrafında deyil, Rusiyanın işğalına qarşı güclə çıxış edib-etməmələri baxımından qurulub. Eyni zamanda, qeyri-Qərb demokratiyaları arasında demokratiyaya dəstək ikinci dərəcəli olaraq qalır. Onların bir çoxu Qərbin ikili standartlarına işarə edərək, demokratik koordinasiya haqqında danışmağa reaksiya verərkən, strateji şəxsi maraq elementi kimi demokratik dəstəyə öz töhfələrini artırmaqda da nisbətən ehtiyatlı davranırlar.

Geostrategiya-demokratiya qovuşması ssenarisinin üstünlük təşkil etməsi üçün Ukraynadakı demokratik güclərin hərəkətləri başqa yerlərdəki siyasətlərində həqiqətən sistemli dəyişikliyi müjdələməlidir. Qərb dövlətləri Ukraynaya, silah-sursat da daxil olmaqla vəsaitlər köçürürlər və eyni zamanda uzunmüddətli perspektivdə də əlavə dəstək vəd edirlər. Lakin müharibə təkmilləşmiş demokratiya dəstəyinə doğru böyük bir yeni tendensiyanın xəbərçisi deyil, birdəfəlik səy də ola bilər. Bu, bütün dünyada daha az dramatik demokratikləşmənin dinamikasından çox fərqlidir, belə ki, müharibə bir avtokratiyanın hərbi işğalı olması baxımından özünəməxsusdur. Prosesdəki bu cür aşağı səviyyəli dinamika Qərb siyasətindəki daha aşağı səviyyəli diqqəti cəlb etməkda davam edəcək.

Ümumilikdə, demokratik ölkələr hələ də özlərinin böyük miqyaslı geosiyasətləri ilə demokratiyaya dəstək haqqında ikinci dərəcəli qərarları arasında daha güclü və bir-birini gücləndirən əlaqələr qurmayıblar – məsələn, demokratik fəaliyyətin necə maliyyələşdirildiyi, hansı dəyişiklik agentlərinin ən yaxşı şəkildə dəstəkləndiyi və harada və şərtilik nə vaxt uyğundur. Demək olar ki, bütün Qərb dövlətlərində beynəlxalq sistemdə demokratiyalar və avtokratiyalar arasındakı əlaqəyə dair bəyanatlar onların demokratiyaya dəstək praktikasından kəskin şəkildə ayrılmış vəziyyətdə qalır.

Rusiyanın Ukraynaya təcavüzü bu iki səviyyə arasındakı əlaqəni dəyişəcək və beynəlxalq sistemdə demokratiya ilə bağlı məsələlərin geosiyasi və əməliyyat səviyyələri arasında daha sıx əlaqə yaratmaq yolunda irəliləyəcək. Praqmatik ittifaqlar zəruri ola bilər, lakin onlar daha sıx demokratik təşəbbüslər şəbəkəsi daxilində yerləşdirilməlidir. Demokratik dövlətlərin icması üçün siyasətin diqqət mərkəzinin mücərrəd və geniş demokratiya-avtokratiya ikilisinə deyil, demokratiya gündəliyinin əməliyyat səviyyəsində mənalı dəyişikliyə təsir göstərməyə yönəldilməsinə sərf olunması daha məqsədəuyğun olardı.

Bu məqalə Karnegi Avropa və Demokratiya Naminə Avropa Tərəfdaşlığı
tərəfindən həyata keçirilən Avropa Demokratiya Mərkəzi
təşəbbüsünün bir hissəsidir.
Bu sənəd Avropa İttifaqının maliyyə yardımı ilə hazırlanıb. Burada ifadə olunan
fikirlər yalnız müəlliflərin məsuliyyətidir və heç bir halda Avropa İttifaqının 
rəsmi rəyini əks etdirə bilməz.

 

Məqalənin ingiliscəsi: link

Paylaş.

Müəllif haqqında

Şərhlər bağlıdır.