Ukrayna müharibəsi Putinin Vyetnamına çevrilir

Google+ Pinterest LinkedIn Tumblr +

“TIME” jurnalının redaktoru admiral Stavridis, NATO-da Müttəfiq Qüvvələrinin 16-cı Ali Baş Komandanı və Carlyle qrupunda qlobal məsələlər üzrə sədr müavini və Rokfeller Fondunun İdarə Heyətinin sədridir. O, 2034: Növbəti Dünya Müharibəsinin Romanının həmmüəllifidir. Onun yeni qeyri-bədii kitabı “Hər şeyi riskə atmaq: Doqquz münaqişə və qərarın zirvəsi” adlanır.

Sonu görünməyən Ukrayna müharibəsi dördüncü aya yaxınlaşdığı bir vaxtda bir sıra müşahidəçilər “Qərb Ukraynanı dəstəkləməkdən yorulacaqmı?” sualını verməyə başlayırlar. Bəzi şərhçilər “vaxt Putinin tərəfindədir” və inflyasiya, Rusiyanın Ukraynanın aqrar (əkin) və karbohidrogen məhsullarını qlobal iqtisadiyyata ixracını dayandırması nəticəsində yaranan iqtisadi problemlər qarşısında NATO və digər qlobal demokratik ölkələrin sərt reaksiyasının tədricən zəifləyəcəyini düşünürlər.  Daxili siyasi bölünmələr (xüsusilə ABŞ-da) və 24/7 amansız xəbərlər dövrü davam etdikcə yorğunluq yaradır.

Mən ABŞ-ın Vyetnamdakı təcrübəsini xatırlayacaq qədər yaşlıyam və Putinin vəziyyəti getdikcə Vyetnamdakı uzun, ağrılı bədbəxtliyi xatırladır. Münaqişənin əvvəlində zəif  kartla oyunu başlayan Putinin,  günü-gündən əlindəki kartlar daha da zəifləyir. Məncə, zaman Putindən daha çox Ukrayna və Qərbin tərəfindədir və il keçdikcə bu daha aydın görünəcək.

Hərbi meydandakı faktlarla başlayaq. Putinin ilkin məqsədi bir zərbə ilə bütün Ukraynanı fəth etmək, Zelenski hökumətinin məhv edib, Kiyevdə kukla rejim qurmaq idi. Həddindən artıq inam, pis kəşfiyyat, daha pis generallıq, bərbad maddi-texniki təminat və hərbi meydanda  bacarıqsız rəhbərlik nəticəsində  “A planı” uğursuz oldu. Onun “B planı” ənənəvi Sovet/Rusiya taktikasına geri çəkilməkdir: bəlli kiçik əraziləri bölüb və düşünülmüş hərbi cinayətlər kampaniyası ilə Ukraynanın mülki əhalisinə qarşı terror etmək.

Lakin ABŞ-ın Vyetnamda olduğu dövr kimi, Ukraynada da əhalinin əksəriyyəti kənar təcavüzkarın qəti əleyhinədir. İşğal zamanı ukraynalılar rus ordusunu rus əsgərlərinə vəd edildiyi kimi araq şüşələri ilə qarşılamaq əvəzinə, molotov kokteyli ilə qarşılayırdılar. Müharibə cinayətlərinin ifşası ukraynalıların müqavimətini və iradələrini nə qədər gücləndirəcəksə, zaman o qədər də qətiyyətlərini gücləndirəcək.

Beləliklə, Putinin situasiyası həqiqətən dəyişib və əhəmiyyətli əlavə ərazilər əldə etmək şansı da az görünür. Əslində Rusiya işğaldan əvvəl Ukraynanın 15%-nə nəzarət edirdi. Qarşısına Ukraynanın 100% faizini əldə etməyi məqsəd qoyan Rusiya ən yaxşı halda bu işi 20-25% faizlə yekunlaşdıra bilər. Bu, hər hansı bir imtahanda uğursuz qiymətdir.

Həmçinin Putin ABŞ-ın Vyetnamdakı təcrübəsi kimi kənardan  bazalara çıxışı olan qətiyyətli düşmənlə üz-üzədir. ABŞ Vyetkonqa silah axınını heç vaxt uğurla dayandıra bilmədi və ruslar da ukraynalılara yönələn əhəmiyyətli yardımı dayandıra bilməyəcəklər. Həqiqətən də, ukraynalılar öz sərhədlərindən daha çox silah axınından, üstün kəşfiyyatdan və kiber dəstədən və Vyetkonqdan daha çox əhəmiyyətli maliyyə resurslarından istifadə edirlər.

Həm rus əsgərlərinin itkilər, həm də onların texnikalarının məhv olunması  sürətlə artır. Etibarlı hesablamalar göstərir ki, öldürülən rus əsgərlərinin sayı 20.000-ə doğru gedir–bu təəccübləndirən rəqəm Amerikanın ötən 20 ildə xaricdəki sonsuz mübaribələrdəki (forever war) itkisinin hardasa 3 qatıdır. Qara dəniz flaqmanı Moskva gəmisinin batması Rusiya Hərbi Dəniz Qüvvələrinin ürəyinə xəncər oldu. Mindən çox rus tankı məhv edilib. Putin Rusiyanı tam müharibə vəziyyətinə gətirmədən itki səviyyəsi belə davam edə bilməz. Zaman keçdikcə bu, mediaya nəzarətdən asılı olmayaraq Putinin hakimiyyətinə təsir edəcək. LBJ (Lyndon B. Johnson- Vyetnam savaşı zamanı Amerkanın prezidenti) Putinin qarşısındakı ağrılı seçimləri başa düşəcək.

Bəzi mənalarda Putinin vəziyyəti Vyetnamdakı ABŞ-ın vəziyyətindən daha pisdir. Putinin demokratik opponentləri – ABŞ, Avropanın əksər hissəsi, bütün NATO, Yaponiya, Avstraliya və digərləri – dünya ÜDM-nin təxminən 60%-ni təşkil edirlər. Rusiya iqtisadiyyatı cəmi 10% civarındadır və buna görə də onlar iqtisadi sahədə ciddi şəkildə geridə qalırlar. Çin Rusiyaya həyat xətti təmin etmək üçün az meyl nümayiş etdirir və əgər ABŞ Rusiya ilə iş görənlərə ikinci dərəcəli sanksiyalar tətbiq edərsə, iqtisadi vəziyyət zamanla Putin üçün daha da ağırlaşacaq.

Xoşbəxtlikdən Kiyev üçün, ukraynalılara dəstəyin dəyəri – Qərb iqtisadiyyatlarının böyük ölçüsü ilə müqayisədə – olduqca kiçikdir. Əməliyyatların zirvəsində Əfqanıstan və İraqa gündə milyardlarla dollar göndərilən vəsaitlə müqayisədə, Ukraynanın hazırkı dəstəyi standardlara görə yüksək deyil .

Nəhayət, strateji kommunikasiyalar Putinin əleyhinə işləyir. Prezident Zelenski Kiyevdəki “nasist rejimi”nin devrilməsi ilə bağlı rus rəvayətlərini asanlıqla geridə qoyaraq usta ünsiyyətçi olduğunu sübut etdi. Zaman keçdikcə Zelenskinin öz millətinin mənafeyini yüksəltməklə öz bacarığını təsbit etmiş olacaqdır.

Putinin ən çox ehtimal olunan hərəkəti bu ola bilər ki döyüş zamanı ölən ruslar, məhv edilmiş avadanlıqlar, sarsıdıcı sanksiyalar və beynəlxalq etirazlar baxımından “tam uğursuzluğ”a varmadan  mümkün qədər çox ərazini zəbt edib təhlükəsizliyini təmin etmək olacaq. Çıxış strategiyası olaraq o, yəqin ki, ümid edir ki, qərb Ukrayna xalqına Rusiyaya de-yure Ukraynanın  20%-nə nəzarəti təmin edən barışıq sazişini qəbul etməsi üçün  təzyiq göstərəcək.

Bütün hərbi cinayətləri və Ukraynanın ruhlu müqavimətini nəzərə alsaq, bu, indiki məqamda çətin görünür. Bu amillərin hər ikisi gələcək aylarda sərtləşəcək. Vyetnamdakı ABŞ kimi, Putinnin əlində pis bir kart var, belə ki Putini ciddi bir məğlubiyyətə doğru aparır. Zaman onun tərəfində deyil.

Qaynaq: TIME

Tərcümə: Ətəkyazı

Paylaş.

Müəllif haqqında

Şərhlər bağlıdır.