Urmiya Gölünün Quruma Səbəbləri

Google+ Pinterest LinkedIn Tumblr +

Urmiya gölünün kiçilməsi və tam quruma təhlükəsi ona görə çox önəmli mövzudur ki, onun hövzəsində yaşayan ən azı 6 milyon azərbaycanlının, xüsusən də gölə yaxın yaşayanların həyatını birbaşa ciddi təhlükəyə atır . Bu fenomenin təsirləri ən çox Urmiya gölünə yaxın kənd və şəhərlərdə insanların sağlamlıq, iqtisadiyyat və turizm sənayesində hiss edilir. Gölün quruması təki ekoloji faciə deyil, o, həm də siyasi-iqtisadi və sağlıq faciəsi hesab edilir. Problemin nəticələrindən öncə onun səblərini araşdıracağıq.

Bəzi alimlər Urmiya gölünün su səviyyəsinin azalmasının qlobal istiləşmənin nəticəsi olduğunu deyirlər, bəziləri isə Urmiya gölünün kiçilməsinin meteoroloji anomaliyadan çox insan müdaxiləsinin nəticəsi olduğu qənaətinə gəlirlər. “Urmiya gölünün qurumasında insan müdaxiləsinin təsiri təxminən 80%, iqlim faktorlarının təsiri isə 20%-dir. Beləliklə, Urmiya gölünün bərpası üçün ilk addım yerüstü suların idarə edilməsi, bəndlərin istismarı və yeraltı su ehtiyatlarının yenidən nəzərdən keçirilməsi ola bilər”. [1] İnsan müdaxiləsi dedildikdə gölə axan 13 çayın üzərində bəndlərin tikintisi əsas insani müdaxilərdən biri hesab edirlər. Bunu gözdən qaçırmamaq lazımdır ki, İranın mərkəzçi və irqçi siyasəti danışacağımız səsəblərin əsas təməli olaraq durur. Ətraf mühit irqçiliyi İranda bütün etnik qrupların yaşadığı bölgələrdə su siyasətinin əsasını təşkil etmişdir. Yəni mərkəzin bütün iqdisadi və siyasi çıxarları doğrultusunda Urmiya gölü və başqa etniklərin yaşadığı ekoloji böhranlar irqçi su siyasətinin nəticəsi kimi dəyərləndirilməlidir. Bu yazıda Urmiya gölünün kiçilməsində əsas səbəblər üzərində dayanılacaqdır.

Tədqiqatlar göstərir ki, göl keçmişdə bir çox şiddətli quraqlıqdan sağ çıxdığı üçün böhrana əsasən iqlim dəyişikliyinə səbəb olmayıb.

Qrafik 1 göstərir ki, hətta yağıntıların çox olduğu əyalətlərdə belə gölün su səviyyəsi xeyli azalıb və gölün vəziyyəti daha da gərginləşib. Qrafikdə göründüyü kimi son 47 ildə Urmiya gölü ətrafinda yağışın ortalama miqdarı çox da fərqlənməyib. Amma Urmiya gölünün vəziyyəti hər il daha gərginləşib. Bu, Urmiya gölündəki səhv idarəçiliyin fəlakətli nəticələrini vurğulayır.

Qrafik 1. 1995-ci ildən 2014-cü ilə kimi Urmiya gölünün səviyyəsində və Urmiya gölünün hövzəsində yağıntının dəyişməsi (ULRP)

Qrafik 1. 1995-ci ildən 2014-cü ilə kimi Urmiya gölünün səviyyəsində və Urmiya gölünün hövzəsində yağıntının dəyişməsi (ULRP)

Su ndlərinin tikilməsi və əkin təsərrüfatının genişləndirilməsi

Urmiya gölünə axan çaylar üzərində bəndlərin tikilməsi Urmiyaya gedən suların kəsilməsinə və gölün su səviyyəsinin düşməsinə səbəb oldu. (Qrafik 2) Bəndlərin tikilməsi ilə kənd təsərrüfatı və sənaye fəaliyyətinin sürətli artımı Urmiya gölünün qurumasında ciddi rol oynadı.

Qraf 2. Urmiya gölünə axan çaylar üzərinə bəndlərin tikilməsi

Qraf 2. Urmiya gölünə axan çaylar üzərinə bəndlərin tikilməsi

Urmiya gölünün su səviyyəsinin ciddi düşdüyü vaxtda ümumi tutumu 706 m.m.c (milyon metr kub) olan 6 milli su bəndin istifadəyə verildi. (Qrafik 3) Urmiya gölünün kiçilməsi kənd təsərrüfatına ciddi təsir etmişdir. Sahil kəndlərindəki bəzi təsərrüfatlar tamamilə məhv edilmişdir. Eynilə, turizm istiqamətləri dağıdılıb və Urmiya gölünə tökülən çaylar üzərində 56 bənd tikilməsi, nəhəng quyuların qazılması və düzgün idarə olunmaması gölün ölçüsünün 94% azalmasına səbəb olub.

Qrafik 3. Urmiya gölünün quraqlıq böhranı ilə eyni vaxtda ümumi tutumu 706 m.m.m olan 6 milli su bəndin istifadəyə verildi

Qrafik 3. Urmiya gölünün quraqlıq böhranı ilə eyni vaxtda ümumi tutumu 706 m.m.m olan 6 milli su bəndin istifadəyə verildi

Statistika göstərir ki, Urmiya gölü hövzəsinin orta istehlak norması 7,84 milyard m³ təşkil edir ki, bunun da 94%-i kənd təsərrüfatına sərf olunur. Urmiya gölünün quraqlıq böhranı yaşadığı vaxtda hər il  8500 hektar suvarılan torpaqlar artırılmışdır. (Qrafik 4)

Qrafik 4. Urmiya gölünün quraqlıq böhranı yaşadığı vaxtda hər il 8500 hektar suvarılan torpaqlar artırılmışdır

Qrafik 4. Urmiya gölünün quraqlıq böhranı yaşadığı vaxtda hər il 8500 hektar suvarılan torpaqlar artırılmışdır

Bəndlərin tikilməsi və gölün ortasında keçid yolunun tikintisi onun tənəzzülünü sürətləndirdi. Bu cür hərəkətlər hökumətin regionun və onun əhalisinin ekoloji qayğılarına məhəl qoymadığını göstərir.

Gölün artasında tikilən keçid yolu

Beləliklə, gələcək dağıdıcı nəticələrin qarşısını almaq üçün həllərin həyata keçirilməsinə təcili ehtiyac var. Mən yeni suvarma üsulları, az su istifadə edən bitkilərin becərilməsi və Urmiya gölünün qurumasının daha dağıdıcı nəticələrinin qarşısını almaq üçün digər yollar kimi bəzi həll yollarına diqqət yetirdim. Urmiya gölü ətrafında qazılan quyu xəritəsi (88 min quyu qazılmışdır)

[1] Investigation Anthropogenic Impacts and Climate Factors on Drying up of Urmia Lake using Water Budget and Drought Analysis  Yusuf Alizade Govarchin Ghale1 & Abdusselam Altunkaynak & Alper Unal

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.