Varlıq jurnalının yeni sayı yayımlandı

Google+ Pinterest LinkedIn Tumblr +

İllərlə Güney Azərbaycanda nəşr edilmiş Varlıq jurnalının 24.cü sayı işıq üzü görüb. Jurnalın redaksiyasından verilən məlumata görə onlar 1979-cu ildən yayımlanan jurnalda yeni bir mərhələyə qədəm qoyublar. İkinci dövrün 23-cü və ümumi jurnalın 196-cı nömrəsi olan saydan sonra elmi resenziyalı nəşr edilib.

Jurnalın elm ve məsləhət şurası Azərbaycan, Türkiyə və İrandandır. Jurnala gələn yazılar ən azı iki ekspertin razılığı ilə yayımlanır.

Jurnaın bu sayında yer alan yazılar bunlardır:

  • Ön söz Dr. M. Rza Heyət
  • Seyid Cәmalәddin Әsәdabadi (Әfqani) Düşüncәsindә Dil vә Milliyәt İlişkisi (Babək Şahid)
  • Azәrbaycan Solunun Әdәbi Dil vә Milli Әdәbiyyatın Oluşumundakı Qatqısı (Cәlil Yaqubzadə Fərd)
  • Azәrbaycan Әdәbiyyatınd Sәmәd Behrәnginin Bәdii Siması (Prof. Dr. Salidә Şərifova)
  • Günümüz Әfqanıstanda Türkmәn Türkcәsinin Durumu (Muhəmməd Beşir Yaver)
  • Arslan Mirzayinin Әdәbi Yaradıcılığı (İmad Həzrəti)

1979-2014-cü illərdə Tehranda Prof.Dr. Cavad Heyətin redaktorluğu ilə nəşr edilən Varlıq jurnalı, 2015-ci ildən etibarən Ankarada Dr. M.Rza Heyətin redaktorluğu ilə nəşr edilir.

Jurnalın son sayında yayımlanan məqalələri “www.varliq.org” saytından elektron halda yükləməklə yanaşı jurnalın redaksiyasına müraciət edərək çap edilmiş halını da əldə edə bilərsiz.

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.