Novruz bayramı münasibətilə ölkə daxilində səfərlərin sayında ciddi artım qeydə alınıb. Koronavirusdan pandemiyasından sonra son bir neçə ildə ilk dəfə idi ki bayram tətillərində çox sayda insan başqa şəhərlərə səyahət etdi. Bu hətta bəzi yollarda tıxac belə yaratdı. Lakin Ərdəbil vilayəti keçən illərlə müqayisədə daha az turist qəbul edib.
Ən çox turist qəbul edən şəhərlərin arasında Azərbaycan şəhərlərinin birinin də adı keçmir. Ən çox turist qəbul edən vilayətlər yenə də mərkəzi vilayətlər olub. Azərbaycanın ən böyük şəhəri olan Təbrizdə isə təbii və tarixi baxımdan yüksək potensiala malik olduğu halda oxşar şəhərlərlə müqayisədə sakitlik olub.
Bayramdan bir az əvvəl Təbriz bələdiyyə başçısı vəzifəsindən azad edilib. Bu isə bayram ərəfəsində şəhər səviyyəsində tam nizamsızlığa səbəb olub. Bir çox tarixi abidənin qapısı bağlı qalıb, gələn turistlər bağlı qapılara dəyib qayıtmalı olublar.
Lakin bu problemin bütünü deyil. Çünki Azərbaycanın başqa vilayətlərində də bənzər hadisələr yaşanıb. Bayram günlərində səyahətə çıxan əksər vətəndaşlar istirahət üçün Azərbaycan şəhərlərini seçməyiblər. Simnan vilayətinin əhalisi Ərdəbil vilayətinin əhalisinin yarısı qədərdir. Lakin tətil boyunca Simnan vilayətindən səyahətə çıxanların sayı Ərdəbil vilayətindən səyahətə çıxan vətəndaşların 4 qatıdır. Simnana gələnlər də Ərdəbilə gələnlərin 3 qatıdır. Bu nisbət başqa vilayət və şəhərlərdə də təxminən eynidir.
Mərkəzi vilayətlərin turizm bayramı
Turizm sektoru iqtisadiyyatda əsas yerlərdən birini tutur və çox vaxt əhalinin də əsas gəlir mənbəyi olur. Lakin güney Azərbaycan şəhərləri bundan da məhrum buraxılıblar.
İranın səyahət xidmətləri koordinasiya qərargahının verdiyi məlumata əsasən səyahətlərdə ən çox seçilən vilayətlər mərkəzi vilayətlər olub. İlk 10 vilayət isə bunlardır: Tehran, Fars, İsfahan, Rəzəvi Xorasan, Xuzistan, Kirman, Kirmanşah, Yəzd, Loristan və Həmədan.
Bayram tətillərinin ilk iki günündə ən çox turist cəlb edən tarixi abilər arasında da Azərbaycanın abidələri yoxdur.
16-26 mart tarixləri arasında ən çox istirahətə gedən vətəndaşlar yenə də Tehran, İsfahan, Fars kimi mərkəzi vilayətlərin sakinləri olublar. Bu isə ölkə səviyyəsində rifahın ədalətsiz paylaşıldığına işarədir.
Səyahətə çıxanlar niyə Azərbaycanı seçmirlər?
Ümumiyətlə deyilənə görə Güney Azərbaycan şəhərlərini yayda gəzmək daha uyğuundur. Bu söz cavabdeh şəxslərin mübahisəyə verdikləri cavabdır. Lakin yay fəslində belə Azərbaycan şəhərləri layiqincə turist cəlb edə bilmirlər.
Ümumiyyətlə Azərbaycan şəhərləri mərkəzi vilayətlərlə müqayisədə daha az turist tərəfindən seçilirlər. Bu isə Azərbaycan vilayətlərində turizm sektoruna önəm verilməməsinin nəticəsidir.
Keçmişdə turistlər üçün ən çəkici amillərdən biri Urmu gölü idi. İndi isə göl demək olar ki bütünlüklə yoxdur. Azərbaycanın güneyində yaşayanlar Urmu gölünün qurumasında dövlət orqanlarını günahlandırırlar.
Turistlər üçün çəkici olan başqa yer isə İranın şimalında yerləşən Xəzər dənizinin sahilləri və şimal meşələridir. Qaradağ meşələri İranda ən az tanınan meşələr sırasındadır və bununla yanaşı bir çox təbii və qeyri-təbii dağıdıcı amillərlə də mübarizə aparır.
Tarixi abidələr də bənzər durumdadılar. Bu il bayram tətillərində ən çox turist qəbul edən tarixi abidələr siyahısında da mərkəzi vilayətlərin tarixi abidələridir. Bunlardan biri də Şirazda yerləşən Kərimxan Ərki olub.
Azərbaycanla bərabər fars olmayanların yaşadığı başqa yerlər də eyni vəziyyətdədirlər. Bu isə dövlətin mərkəzi siyasətinin açıq nümunəsidir. 100 illik mərkəzçi iqtidar farsların yaşadığı mərkəzi vilayətləri daha çox mənimsəyərək başqa yerlərə ayrıseçkiliklə yanaşırlar.