Ashley Crossmanin yazdığı Bu məqalə 2019-cu ilin iyun ayının 21-də, ToughtCo saytında dərc edilib və “Ətəkyazı” tərcümə qurupu onu Azərbaycan türkcəsinə tərcümə edib.
Yadlaşma Karl Marks tərəfindən işlənib hazırlanmış nəzəri konsepsiyadır və kapitalist istehsal sistemi daxilində işləməyin təcridedici, insanlıqdan uzaqlaşdırıcı və məyus edici efektlərini təsvir edir. Marksın fikrincə, bunun səbəbi iqtisadi sistemin özüdür.
Sosial yadlaşma sosioloqlar tərəfindən iqtisadiyyat da daxil olmaqla müxtəlif sosial struktur səbəblərdən, o cümlədən öz icmasının və ya cəmiyyətinin dəyərlərindən, normalarından, təcrübələrindən və sosial münasibətlərindən qopmuş hiss edən fərdlərin və ya qrupların təcrübəsini təsvir etmək üçün istifadə edilən geniş bir qavramdır. Sosial yadlaşma yaşayanlar, cəmiyyətin ümumi, əsas dəyərlərini bölüşmürlər. Cəmiyyətə, onun qruplarına və institutlarına yaxşı inteqrasiya olunmurlar və sosial cəhətdən əsas cərəyandan (ayrı düşərək) təcrid olunurlar.
Marksın Yadlaşma nəzəriyyəsi
Karl Marksın yadlaşma nəzəriyyəsi onun sənaye kapitalizminə və ondan yaranan və onu dəstəkləyən sinfi-təbəqəli sosial sistemə tənqidinin mərkəzində yer tuturdu. O, bu barədə birbaşa İqtisadi və Fəlsəfi Əlyazmaları və Alman İdeologiyasında yazsa da, onun başqa yazılarının əksəriyyətində də əsas olan bir anlayışdır. Marksın bu qavramı istifadə etmə və onun haqqında yazma formu, bir ziyalı kimi böyüyüb inkişaf etdikcə dəyişdi, lakin terminin ən çox Marksla əlaqələndirilən və sosiologiyada öyrədilən versiyası, kapitalist bir istehsal sistemi daxilində işçilərin yadlaşmasıdır.
Marksın fikrincə, kapitalist istehsal sistemində fəhlələrdən əməklərini satın alan zəngin (İstehsal vasitələri) sahiblər və idarəçilər sinfini mövcuddur. Fəhlələrin əmək haqqı müqabilində təşkilatlanan bu sistem bütün fəhlə sinfinin yadlaşmasını yaradır. Bu tərtibat işçilərin dörd fərqli yolda yadlaşmasına gətirib çıxarır.
İşçilər istehsal etdikləri məhsuldan yadlaşdırılırlar. Ona görə ki bu məhsullar başqaları tərəfindən layihələndirilir və idarə edilir və (eyni zamanda) muzd-əmək müqaviləsi yolu ilə fəhləyə deyil, kapitalistə mənfət verilir.
İşçilər istehsalçı işin özünə yadlaşdırılırlar; tamamilə başqası tərəfindən idarə olunun, təbiəti gərəyi son dərəcə spesifik, təkrarlanan və yaradıcı baxımdan faydasız bir istehsal işinin özündən yadlaşma. Bundan əlavə bu iş, onların yalnız diri qalmaq istiqamətində maaşa ehtiyac duyduqları üçün gördükləri işdir.
Onlar həqiqi daxili mənliklərindən, istəklərindən və xoşbəxtlik axtarışlarından yadlaşdırılırlar; Bu yadlaşdırma sosial-iqtisadi quruluşa görə onlara yüklənən tələblər vasitəsilə, və kapitalist istehsal üsulunun işçiləri obyektə çevriməsi ilə baş verir. Çünki kapitalist istehsal sistemi onlara insan subyektləri kimi deyil, bu sistemin əvəz edilə bilən elementləri kimi baxır.
Əməyini mümkün olan ən aşağı qiymətə almaq üçün işçiləri bir-birinə qarşı qoyan istehsal sistemi, onları digər işçilərə yadlaşdırır. Yadlaşmanın bu forması işçilərin ortaq təcrübələrini və problemlərini görüb dərk etmələrinin qarşısını almağa xidmət edir– yanlış şüurun formalaşmasına səbəb olur və sinfi şüurun inkişafına mane yaradır.
Marksın müşahidələri və nəzəriyyələri 19-cu əsrin erkən sənaye kapitalizminə əsaslansa da, onun fəhlələrin yadlaşması nəzəriyyəsi bu gün də doğrudur. Qlobal kapitalizm altında əməyin şərtlərini incələyən sosioloqlar, yadlaşmağa səbəb olan şərtlərin və yadlaşma təcrübəsinin əslində ağırlaşdığını ve pisləşdiyini anlayıblar.
Sosial yadlaşmanın daha geniş nəzəriyyəsi
Sosioloq Melvin Seeman 1959-cu ildə nəşr olunan “Yadlaşmanın mənası haqqında” adlı məqaləsində sosial yadlaşmanın möhkəm tərifini verdi. Onun sosial yadlaşmaya aid etdiyi beş xüsusiyyət sosioloqların bu fenomeni necə öyrənmələri baxımından bu gün də aktualdır. Onlar:
- Gücsüzlük: Fərdlər sosial baxımdan uzaqlaşdıqda, həyatlarında baş verənlərin onların nəzarətindən kənar olduğuna və nəticədə etdiklərinin heç bir əhəmiyyət kəsb etmədiyinə inanırlar. Həyat gedişatlarını formalaşdırmaqda aciz olduqlarına inanırlar.
- Mənasızlıq: Bir fərdin məşğul olduğu şeylərdən məna çıxara bilməməsi ya da ən azından başqalarının çıxardığı ortaq və ya normativ mənanın eynisini çıxara bilməməsi.
- Sosial izolyasiya: Bir şəxs paylaşılan dəyərlər, inanclar və təcrübələr vasitəsilə öz toplumuna mənalı bir şəkildə bağlı olmadığını hiss etdikdə və yaxud digər insanlarla mənalı sosial əlaqələri olmayanda.
- Özündən uzaqlaşma: Bir şəxs sosial yadlaşma ilə qarşılaşdıqda, başqaları və ya sosial normalar tərəfindən qoyulan tələbləri yerinə yetirmək üçün öz şəxsi maraq və istəklərini inkar edə bilər.
Sosial yadlaşmanın səbəbləri
Sosioloqlar Marksın təsvir etdiyi kapitalist sistemdə işləmək və yaşamaq səbəbi ilə yaranan yadlaşmayla yanaşı, onun digər səbəblərini də tanıyırlar. İqtisadi qeyri-sabitlik və onunla gedən sosial sarsıntı, Dürkheymin anomiya adlandırdığı sosial yadlaşmanı təşviq edən normasızlıq hissinə gətirib çıxardığı sənədləşdirilmişdir.
Bir ölkədən digərinə və ya bir ölkə daxilindəki bir bölgədən çox fərqli bir başqa bölgəyə köçmək də insanın normalarını, təcrübələrini və sosial münasibətlərini sosial yadlaşmaya səbəb olacaq şəkildə poza bilər.
Sosioloqlar həmçinin, əhali daxilində demoqrafik dəyişikliklərin də sosial izolyasiyaya səbəb ola biləcəyini sənədləşdiriblər. Məsələn irq, din, dəyərlər və dünyagörüşləri baxımından artıq özlərini çoxluqda görməyən insanlar sosial baxımdan izolyasiya ola bilərlər. Sosial yadlaşma həm də irq və sinfin sosial ierarxiyalarının aşağı pillələrində yaşamaq təcrübəsindən irəli gələr. Bir çox rəngli insanlar (ağ olmayan, azlıq) sistemli irqçilik nəticəsində sosial yadlaşma yaşayırlar. Bütövlükdə yoxsul insanlar, xüsusən də yoxsulluq içində yaşayan insanlar iqtisadi cəhətdən normal hesab olunan şəkildə cəmiyyətdə iştirak edə bilmədiklərinə görə sosial izolaysiya yaşayırlar.