Yalan və qorxu yayan tribunalar: Türkiyə zəlzələsindən sonra Atatürk bəndi çatlayıbmı?

Google+ Pinterest LinkedIn Tumblr +

Türkiyədə baş verən zəlzələdən sonra İran mətbuatında Şanlıurfada yer alan Atatürk bəndinin çatlaması ilə bağlı xəbərlər yayılıb. Bu şayiə rəsmi media ilə yanaşı, sosial mediada da iranlı istifadəçilər tərəfindən yayılıb. Bu medialarda, bəndin dağılması ehtimalı da irəli sürülüb.

Bazar ertəsi, fevralın 17-də Türkiyənin cənub əyalətlərində 7,6 bal gücündə (Amerika Seysmoloji Mərkəzinin məlumatına görə 7,8 bal) olan zəlzələ nəticəsində böyük dağıntılar baş verdi. Zəlzələdən sonra Atatürk bəndində çatlar yarandığı və bəndlərin çökmə ehtimalı ilə bağlı xəbərlər, İran mətbuatında tirajlandı. Bu iddia sosial mediada da geniş yayıldı. İddianın qaynağı və dərc olunma səbəbi də istifadəçilər tərəfindən müzakirə olundu.

Atatürk bəndi

Atatürk bəndi Türkiyənin GAP layihəsinin (Güneydoğu Anadolu Projesi)  bəndlərindən biridir. GAP layihəsi 1970-ci illərdən başlayaraq Türkiyənin Adıyaman, Batman, Diyarbəkir, Qaziantep, Kilis, Mardin, Siirt, Şanlıurfa və Şırnak rayonlarını əhatə edən su və topraq mənbələrinin inkşaf etdirilməsinə əsaslanan proqramdır. Türkiyə Cümhuriyyəti bu proqram çərçivəsində Fərat və Dəclə çaylarının hövzəsində sulama və hidroelektrik enerji istehsalına yönəlmiş 22 beton sədd və 19 su elektrik stansiyası inşa etmişdir. Eyni zamanda bu proqram vasitəsilə 1.8 milyon hektar ərazini su ilə təmin etməyi planlaşdırmışdır . Bu su elektrik stansiyalarından 27 milyard kilovat saat enerji istehsalı proqnozlaşdırılıb.

Atatürk bəndi Adıyaman və Şanlıurfa vilayətləri arasında yerləşir. 1983-cü ildə Fərat çayı üzərində tikintisinə başlanan bu bənd 1992-ci ildə istifadəyə verilmişdir. Ucalığı 169 metr olan bu bənd ildə 2400 meqavat elektrik enerjisi istehsal etmək gücünə malik 8 su turbininə malikdir. Bu bəndin su anbarının həcmi 84,5 milyon kubmetr, gölün sahəsi isə 817 kvadrat kilometrdir. Bu bənd zəlzələnin episentrindən təxminən 100 km aralıda yerləşir. Digər tərəfdən, Keban və Aslan Taş bəndləri zəlzələnin episentrinə bu bəndən daha yaxındır. Amma mediada çatla bağlı şayiə və bu bəndin sınma ehtimalı digər bəndlərə görə daha çox müzakirə olundu.

Atatürk bəndi ilə ilgili şayiələr necə ortaya çıxdı?

Bəndlə bağlı şayiələr geoloq, sedimentologiya ilə dəniz geoloqu eksperti Prof. Naci Görürün bölgədəki mövcud bəndlərin yoxlanması və kontrol altına alınmasını vurğuladıqdan sonra baş verdi. Bu təklif Türkiyə rəsmiləri tərəfindən müsbət qarşılanıb. Bu təklifdən sonra, Malatya valiliyi və bəndlərin baxım və istismarından məsul olan Regional Su İdarəsi (DSİ) bütün bəndlərin yoxlanıldığını açıqlayıb və yalnız Sultan Suyu bəndinin xüsusi tədbirlərlə boşaldılacağını vurğuladı. Şanlıurfa Valiliyi və Biricik valiliyi də bölgədəki bəndlərin yoxlandığını və heç bir təhlükənin olmadığını açıqladı. Türkiyə prezidentinin köməkçisi Fuad Oktay fevralın 7-də keçirdiyi mətbuat konfransında bütün bəndlərin yoxlanıldığını açıqlayıb, bölgədəki bəndlərin heç bir şəkildə zədələnmədiyini və vətəndaşların qorxmaması üçün yalnız Sultan Suyu bəndinin nəzarətə alınaraq xüsusi tədbirlərlə boşaldılacağını söylədi. Anadolu agentliyi də tam hesabatla bu bəndlə bağlı yayılan şayiələrə toxunub və bəndin ziyan görmə iddiasını təkzib edib.

Türkiyədə sağlam olan Atatürk bəndi İran mediasında çatladı

Atatürk bəndinin çatladığı və dağılma ehtimalı ilə bağlı şayiə ilk olaraq Yunanıstan mətbuatında ortaya çıxdı. Qısa müddətdə farsdilli İran mediası tərəfindən də müsbət qarşılandı. İSNA xəbər agentliyi Atatürk bəndinin çatladığını və vəziyyətinin kritik olduğunu iddia edən xəbər yayıdı.   Bu xəbər agentliyi heç bir mənbə və sənəd göstərmədən aşağıdakıları iddia etdi: “Türkiyədən gələn xəbərlər şiddətli zəlzələlərdən sonra Atatürk bəndində çoxlu çatların əmələ gəldiyini göstərir. Mütəxəssislər bəndin hər an çökə biləcəyi və dağıntıların bəndin yaxınlığındakı 30 kvadrat kilometrlik əraziyə təsir edə biləcəyi barədə xəbərdarlıq edib”.

Eyni iddia Məşreq News, Eqtesad online və Moc kimi digər İran mediaları tərəfindən də təkrarlandı. İranlı istifadəçilər, qorxu yaradaraq bu şayiələri sosial mediada da yaymağa başladılar. Bəzi tvitlərdə regional daşqınların qaçılmaz olmasında danışıldı. Bu bəndlərin tikintisin ilə region ölkələrinin su hüquqlarının pozulduğu iddiası ortaya atıldı və Türkiyəyə qarşı nifrət nitqi də ifadə edildi. İran mətbuatında, Türkiyədə zədələnməmiş bəndlərdə çatların olduğu və vəziyyətin ağır olduğu bildirildi. Eləcə də bu bəndlərin tikinti layihələri nifrət yaymaq üçün sui-istifadə edildi. Bu bəndlərin tikilməsinin zəlzələyə nədən olduğu da yazıldı.

İranda yaşanan su probleminə görə günahkar axtarılır

İranın iddiasına görə Türkiyənin Fərat və Dəclə çayları üzərində inşa etdiyi beton sədlər və GAP layihəsi İranda quraqlıq, su böhranı və toz fırtınalarına səbəb olur və İranın su böhranının ən böyük səbəbkarı Türkiyənin GAP layihəsidir. İranın bu layihənin ölkə daxilində səbəb olduğu problemlər haqqında irəli sürdüyü iddialar artdığı vaxtda Türkiyə Xarici İşlər Nazirliyi  2022-ci il mayın 12-də bir açıqlama verdi. Həmin açıqlamada İranın bu iddialarında doğruluq payının olmadığı vurğulanırdı.

Müxtəlif ölkələrdə hətta İranın bir çox universitetlərində Yaxın Şərq və İranda su böhranı ilə bağlı aparılan araşdırmalar İrandakı su böhranının tək bir səbəbdən əmələ gəlmədiyini və müxtəlif səbəblərin bu məsələyə təsir göstərdiyi nəticəsinə gəlib çıxıblar. Buna ən çox təsir edən səbəbin İrandakı pis idarəetmənin olduğu və mövcud böhranı həll edə biləcək faydalı bir proqramın olmaması irəli sürülür.

Beləcə İranın su böhranı məsələsinin xarici ölkələr xüsusilə də Türkiyə Cümhuriyyəti ilə əlaqəldirilməsinin ən önəmli səbəbi, İran dövlətçiliyinin adət və normalına çevrilən öz məsuliyyətini yerinə yetirməmək, digər tərəfdən bütün məsələləri siyasiləşdirərək öz tərəfdarlarını inandırmağa çalışması olmuşdur. Ancaq İran İslam Respublikasının son qırx illik tarixi açıq bir şəkildə bunu göstərir ki, İran rəsmilərinin fikirləri hər nə qədər İrandakı problemləri və böhranları “düşmən” və “özgə” ölkələrə əlaqələndirmək istəsə də artıq cəmiyyətin böyük bir hissəsi dövlətə güvənini itirib və dövlət bu siyasi propaqandalara vətandaşlarının əksəriyyətini inandıra bilmir.

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.