Yoxsulluq və onun müxtəlif növləri

Google+ Pinterest LinkedIn Tumblr +

Bu məqalə, 2019-cu ilin iyul ayının 18-də “Ashley Crossman” tərəfindən “ThoughtCo” saytında dərc edilmişdir və mətn Ətəkyazı tərcümə qrupu tərəfindən Azərbaycan türkcəsinə tərcümə edilmişdir.

Yoxsulluq, əsasən sağ qalmaq üçün vacib olan və ya insanın yaşadığı yer üçün gözlənilən minimum həyat standartlarını qarşılamaq üçün lazım olan resursların çatışmazlığı ilə xarakterizə olunan sosial bir vəziyyətdir. Yoxsulluğu müəyyən edən gəlir səviyyəsi yerdən yerə dəyişir, buna görə də sosialogiya üzrə ixtisaslaşmış alimlər yoxsulluğu ən yaxşı qida, geyim və sığınacağa çıxışın olmaması kimi mövcudluq şərtləri ilə müəyyən etdirilə biləcəyinə inanırlar. Yoxsulluqda olan insanlar adətən davamlı aclıq və ya aclıqdan ölmək, kifayət qədər və ya heç olmayan təhsil və səhiyyə xidməti almamaq kimi vəziyyətlərlə qarşılaşılır və adətən cəmiyyətin əsas mərkəzindən uzaqlaşdırılır.

Yoxsulluq qlobal miqyasda və millətlər daxilində maddi ehtiyatların və sərvətlərin qeyri-bərabər paylanmasının nəticəsidir. Sosioloqlar bunu gəlir və sərvətin qeyri-bərabər bölgüsü, Qərb cəmiyyətlərinin sənayesizləşməsi və qlobal kapitalizmin istismarçı təsirlərinin sosial bir vəziyyəti kimi görürlər.

Yoxsulluq fürsət bərabərliyinə əsaslanan bir sosial vəziyyət deyil. Dünyada və ABŞ-də qadınlar, uşaqlar və rəngli insanlar ağdərili kişilərə nisbətən yoxsulluqdan daha çox əziyyət çəkirlər. Bu təsvir yoxsulluğun ümumi anlayışını təqdim etsə də, sosioloqlar onun bir neçə fərqli növünü tanıyırlar.

Yoxsulluğun növləri

Mütləq yoxsulluq: İnsanların çoxunun yoxsulluq dedikdə ağlına gələn şey mütləq yoxsulluqdur, xüsusən də bu barədə qlobal səviyyədə düşünüldüyü zaman. Bu, ən əsas yaşayış standartlarına cavab vermək üçün tələb olunan resursların və vasitələrin çatışmazlığı kimi müəyyən edilir. Mütləq yoxsulluq qida, geyim və sığınacağa çıxışın olmaması ilə xarakterizə olunur. Bu növ yoxsulluğun xüsusiyyətləri yerdən yerə dəyişmir.

Nisbi yoxsulluq: insanın yaşadığı sosial və iqtisadi kontekstdən asılı olduğu üçün yerdən yerə fərqli şəkildə tərif edilir. Nisbi yoxsulluq o zaman yaranır ki, insanın yaşadığı cəmiyyətdə normal hesab edilən minimum həyat səviyyəsini təmin etmək üçün tələb olunan vasitə və resursları təmin edə bilmir. Dünyanın bir çox hissəsində, məsələn, evdə su borusu sistemi zənginlik əlaməti kimi qəbul olunur, lakin sənaye cəmiyyətlərində bu, adi bir hal hesab olunur və evdə su borusu sisteminin olmaması yoxsulluq əlaməti kimi qəbul edilir.

Gəlir yoxsulluğu: ABŞ-də federal hökumət tərəfindən ölçülən və ABŞ siyahıyaalması tərəfindən sənədləşdirilən yoxsulluq növüdür. Bu, bir ailənin üzvlərinin əsas həyat standartlarına nail olması üçün zəruri hesab edilən müəyyən milli minimum gəliri qarşılaya bilmədiyi zaman mövcud olur. Qlobal miqyasda yoxsulluğu müəyyən etmək üçün istifadə olunan rəqəm gündəlik 2 dollardan az gəlirlə yaşamaqdır. ABŞ-də gəlir yoxsulluğu ev təsərrüfatının ölçüsü və evdəki uşaqların sayı ilə müəyyən edilir, buna görə də hamı üçün yoxsulluğu müəyyən edən sabit gəlir səviyyəsi yoxdur. ABŞ siyahıyaalmasına görə, tək yaşayan bir insan üçün yoxsulluq həddi illik 12.331 dollar idi. Birlikdə yaşayan iki yetkin üçün bu rəqəm 15.871 dollar, iki yetkin və bir uşaq üçün isə 16.337 dollar idi.

Dövri yoxsulluq: yoxsulluğun geniş yayıldığı, lakin müddətinin məhdud olduğu bir vəziyyətdir. Bu növ yoxsulluq adətən cəmiyyəti dağıdan müəyyən hadisələrlə bağlıdır, məsələn, müharibə, iqtisadi böhran və ya tənəzzül, həmçinin qida və digər resursların bölüşdürülməsini əngəlləyən təbii hadisələr və ya fəlakətlər. Məsələn, ABŞ-də 2008-ci ildən başlayan Böyük Tənəzzül dövründə yoxsulluq səviyyəsi artmış, 2010-cu ildən sonra isə azalmışdır. Bu, iqtisadi bir hadisənin daha intensiv yoxsulluq dövrü yaratdığı bir haldır və bu dövrün müddəti təxminən üç il olmuşdur.

Kollektiv yoxsulluq: cəmiyyətin bütün bir hissəsini və ya həmin cəmiyyət daxilindəki bir alt qrupu əhatə edən əsas resursların geniş yayılmış çatışmazlığıdır. Bu növ yoxsulluq nəsillər boyu davam edir. Bu, keçmişdə müstəmləkə olmuş yerlərdə, tez-tez müharibə şəraitində olan yerlərdə və qlobal ticarətdə iştirakdan kənarda qalmış və ya ağır şəkildə istismar olunmuş yerlərdə, o cümlədən Asiyanın bəzi hissələrində, Orta Şərqdə, Afrikanın çox hissəsində və Mərkəzi və Cənubi Amerikanın bəzi hissələrində yayğındır.

Cəmlənmiş kollektiv yoxsulluq: yuxarıda təsvir edilən kollektiv yoxsulluğun cəmiyyət daxilində xüsusi alt qruplar tərəfindən yaşandığı və ya sənayenin, yaxşı maaşlı işlərin olmadığı və təzə eləcə də sağlam qidaya çıxışın çatışmadığı müəyyən icmalarda və ya bölgələrdə cəmləşdiyi zaman baş verir. Məsələn, ABŞ-də metropolitan bölgələrdə yoxsulluq həmin bölgələrin əsas şəhərlərində və tez-tez də şəhərlərin müəyyən məhəllələrində cəmlənir.

Müəyyən vəziyyət (Case) yoxsulluğu: resursların çatışmaz olmadığı və ətrafdakılar ümumiyyətlə yaxşı yaşadığı halda, bir şəxs və ya ailənin əsas ehtiyaclarını qarşılamaq üçün lazım olan resursları təmin edə bilmədiyi zaman baş verir. Müəyyən vəziyyət yoxsulluğu işin qəfil itirilməsi, işləmək qabiliyyətinin olmaması və ya yaralanma və ya xəstəlik nəticəsində yarana bilər. İlk baxışdan fərdi bir vəziyyət kimi görünsə də, əslində bu sosial bir vəziyyətdir, çünki iqtisadi təhlükəsizlik şəbəkələri təmin edən cəmiyyətlərdə baş vermə ehtimalı azdır.

Varlıq (Asset) yoxsulluğu: gəlir yoxsulluğundan və digər formalarından daha geniş yayılmışdır. Bu, bir şəxs və ya ailənin üç ay ərzində yaşamaq üçün kifayət qədər var-dövlət (əmlak, investisiyalar və ya saxlanılan pul şəklində) sahibi olmaması halında ortaya çıxır. Əslində, ABŞ-də bu gün yaşayan bir çox insan varlıq yoxsulluğunda yaşayır. Onlar işlədikləri müddətdə yoxsul olmasalar da, maaşları dayansa dərhal yoxsulluğa düşə bilərlər.

Paylaş.

Müəllif haqqında

Ashley Crossman

Şərhlər bağlıdır.