Zorakılığa son verdirmək

Google+ Pinterest LinkedIn Tumblr +

Çevirən: Türkan Urmulu

Günümüzün feminist hərəkətinin açıq arayla yayqınlaşmış olan olumlu müdaxilələrindən biri; ev içi zorakılıq və bu zorakılığın sona çatdığını görmək istəyirsək düşüncədə və əməldə gerçəkləşməsi gərəkən dəyişikliklər haqqında böyük bir kültürəl maarifləndirmə yaratmaq və bu maarifləndirməyi sürdürmə fəaliyyətidir. Günümüzdə ev içi zorakılıq sorunu, kütlə mediasından ilk okullara qədər o qədər geniş bir çevrədə danışılır ki, davam edən ev içi zorakılıq gerçəyinin üstündəki örtüyü qaldıran və onu sərgiləyən gücün feminist hərəkət olduğu bir çox zaman unudulur. Feministlər ev içi zorakılığa odaqlandıqlarında, başlanğıcda qadına qarşı erkək zorakılığını vurğuladılar. Buna baxmayaraq, hərəkət irəlilədikcə, həmcinslər arasında olan ilişkilərdə də ev içi zorakılığın var olduğu isbatlandı. Qadınlarla ilişki içindəki qadınların keçmişdə və günümüzdə də sıxlıqla əziyyət qurbanı olduğu, uşaqların da qadınlar və erkəklər tərəfindən göstərilən yetişkin ataərkil zorakılığa məruz qaldığı ortaya çıxdı.

Ev içindəki ataərkil zorakılıq, daha güclü olan şəxsin digər şəxsləri zordan istifadənin çeşidli biçimləri ilə kontrol etməsinin qəbul edilə bilər bir şey olduğuna duyulan inanca dayanır. Ev içi zorakılığın bu genişlədilmiş tanımı, qadına qarşı erkək zorakılığını, həmcinslər arasındakı zorakılığı və uşaqlara qarşı yetişkin zorakılığını içərir “ataərkil zorakılıq” termini faydalıdır, çünki daha çox qəbul görən “ev içi zorakılıq” sözünün əksinə, ev içindəki zorakılığın cinsiyyətçiliyə və cinsiyyətçi düşüncəyə, erkək hakimiyyətinə bağlı olduğunu sürəkli xatırladır. Eviçi zorakılıq termini, çox uzun zamandan bəri ev içində göstərilən zorakılığın özəl və ev dışında göstərilən zorakılıqdan daha az təhlükəli olduğunu, daha az qorxunc olan məhrəm bir bağlamda ortaya çıxdığını önə sürən “yumşaq” bir termin olaraq işlədildi. Bu doğru deyil, çünki qadınlar ev içində, eşikdə olduğundan daha çox döyülüb öldürülürlər. Ayrıca bir çox insan, yetişkinlər arasındakı zorakılığı uşaqlara qarşı zorakılıqdan ayrı və fərqli görürlər, amma elə deyil. Uşaqlar sıxlıqla analarını ər, ya da bir erkək arxadaş tərəfindən vurulmaq istədiyində qorumağa çalışarkən pis davranışa məruz qalırlar, ya da zorakılıq və əziyyətə şahidlik edərək duyğusal anlamda zərər görürlər.

Eynən bu ölkənin vətəndaşlarının böyük bir qisminin eşit işə eşit maaş ödənilməsi gərəkdiyinə inanması kimi, bir çox insan erkəklərin qadın və uşaqları döyməsi gərəkdiyini düşünür. Ancaq özlərinə, ev içi zorakılığın cinsiyyətçiliyin birbaşa sonucu olduğu, cinsiyyətçiliyə son qoyulmadan ev içi zorakılığın da sona çatmayacağı söyləndiyində, bu məntiq sıçramasını gerçəkləşdirə bilmirlər. Çünki bu toplumsal cinsiyyət haqqındakı təməl düşünmə biçimlərinə meydan oxumasını və bunların dəyişdirilməsini gərəkdirir. Mən də feminist hərəkətin bütün zorakılıq biçimlərini sona çatdırmağı hər şeyin önündə tutan bir gündəmi olması gərəkdiyini savunan az saydakı feminist teorisiyəndən biriyəm. Qadına qarşı ataərkil zorakılıqla ilgili feminist vurğu, bizim birinci dərdimiz olaraq qalmalıdır. Yenə də qadına qarşı erkək zorakılığını, bunun digər ataərkil zorakılıq biçimlərindən daha qorxunc olduğunu işarə edən bir tərzdə vurğulamaq feminist hərəkətin çıxarlarına xidmət etməkdədir. Bu ataərkil zorakılığın böyük bur qisminin cinsiyyətçi qadınlar və erkəklər tərəfindən uşaqlara uyğulandığı gerçəyini qaranlıqda buraxır.

Reformist feminist düşünürlər, qadına qarşı erkək zorakılığına ciddi şəkildə diqqət çəkməyə çalışarkən hələ bir çox zaman tək zərər çəkən hər zaman qadın imiş kimi bir tablo çəkməyi seçirlər. Uşaqlara qarşı bir çox vəhşi hücumun qadınlar tərəfindən gerçəkləşdirildiyi olqusu eşit dərəcədə vurğulanmayır və ataərkil zorakılığın digər bir ifadəsi olaraq görülmür. Amma artıq bilirik ki, uşaqlar yalnızca ataərkil zorakılığın birbaşa hədəfi olduqlarında deyil, zorakılıq içərən davranışlara şahid olmaya zorlandıqlarında da zorakılığa məruz qalırlar. Bəlkə feminist düşünürlərin hamısı, qadınlar tərəfindən edilən ataərkil zorakılığı qadına qarşı erkək zorakılığı ilə eyni yerə qoyaraq buna hirsləndiklərini ifadə etsəydilər, ictima da ataərkil zorakılığa diqqət çəkmə işlərini erkək qarşıtı bir gündəm olaraq dəyərləndirməz və rahatlıqla rədd edə bilməz idi.

Bir çox araşdırma qadınların daha çox zorakılıq etmə meylində olduğunu göstərsə də, qadınlar tərəfindən uyğulanan ataərkil zorakılığın zərərlisi olan yetişkinlər, qadınların zorakılıq içərən davranış göstərməkdən muaf olmadığını bilirlər. İşin doğrusu, uşaqların hansı sıxlıqla qadın zorakılığının nəsnəsi olduqları gerçəyi haqqında danışacaq, örgütlü, kollektiv bir səsləri yoxdur. Qadınların və erkəklərin göstərdiyi zorakılıq üzündən tibbi müalicəyə ehtiyac duyan çox sayda uşaq olmasa, əlimizdə qadınların zorakılığını bəlgələyən səbəb də olmayacaqdı.
Bu soruları ilk olaraq Feminist Theory: From Margin to Center (Feminist Teori: Çevrədən Mərkəzə) adlı kitabımın “Zorakılığı sonlandırmaq üçün feminist hərəkət” bölümündə dilə gətirdim və bunları dedim:

Davam edən feminist mübarizənin qadına qarşı zorakılığı sona çatdıra bilməsi üçün, bu mübarizənin zorakılığı sona çatdırmağa doğru bütün bir hərəkətin birləşəni olaraq görülməsi gərəkir. Feminist hərəkət indiyə qədər birinci olaraq erkək zorakılığına odaqlandı və sonuc olaraq erkəyin zorakılığa meyilli olduğuna, qadının isə olmadığına, erkəklərin əziyyəti, qadınların zərərli olduğuyla ilgili cinsiyyətçi sıradan fikirlərə inanma gücünü artırdı. Amma bu toplumda qadınlar (erkəklər ilə birgə), basqın bir tərəf, ya da qrupun hökm etdiyi insanlar üstündəki iqtidarını qaba güc tətbiq edərək əldə tutmasını qəbul edə bilər bir şey olduğunu düşünürlər. Söhbəti keçən düşüncə tərzi, bunu gözardı etməmizə yol aça bilər. Qadınların, başqaları üstündə nə dərəcə qaba gücdən istifadə etdiklərini, ya da zorakılıq içərən davranışlar sərgilədiklərini gözdən qaçırmamamıza, ya da görməzdən gəlməmizə nədən olur. Qadınların, zorakılıq içərən əməlləri erkəklər qədər sıx gerçəkləşdirməmələri, qadın zorakılığı gerçəyini ortadan qaldırmaz. Əyər zorakılığı ortadan qaldırmaq istəyirsək, bu toplumdakı bütün qadın və erkəklərin zorakılıqdan istifadəsini dəstəklədiyini görməyimiz gərəkir.

Əsla zorakılıq etməyən, ancaq uşaqlarına, özəlliklə də oğlan uşaqlarına, zorakılığın toplumsal kontrola səbəb olma yolunda qəbul edilə bilər bir arac olduğunu öyrədən bir ana da ataərkil zorakılıqla şərti döyüş içərisindədir. Bu ananın düşüncə tərzi dəyişməlidir.
Bir çox qadının (az sayda qadın həyatlarındakı erkəkləri döysə də) erkəkləri hakimlik altına almaq üçün zor qullanmadığı açıqdır. Ancaq bir çox qadın, otoritə sahibi bir insanın, otoritəsini əlində tutmaq üçün güc qullanma haqqına sahib olduğuna inanır. Valideynlərin çoxu, uşaqlarına qarşı bir sıra fiziksəl və ya sözlü saldırı biçimləri qullanır. Qadınlar uşaqların birinci basqıcısı olaraq aldığından dolayı, faktlar bu gerçəyi ortaya çıxarır: qadınlara (ana-uşaq ilişkisində olduğu kimi) iqtidar verən bir hakim kültürü içərisindəki hiyerarxik sistem daxilində qadınlar, hakimiyyəti əllərində tutmaq üçün sıxlıqla qaba gücdən istifadə edir. Hakim olmaq kültüründə hər kəs, zorakılığı qəbul edə bilər bir toplumsal kontrol aracı olaraq görəcək şəkildə toplumsallaşır. Egəmən kəsimlər (istər qadın-erkək, istər valideyn-uşaq ilişgilərində olsun) yerləşmiş hiyerarxik yapının təhdid edildiyini gördüklərində iqtidarlarını fiziksəl və ya duyğusal əziyyətə əsaslanan bir cəzanın (bunu uyğulasınlar, ya da uyğulamasınlar) hazırda gözlədiyi təhdidi ilə əllərində tutmağa çalışırlar.

Qadına qarşı erkək zorakılığı, meydanın çox ilgisini çəkdi (OJ. Simpson davası kimi gerçək həyatdan örnəklər təfərindən də vurğulandı). Ancaq bu maarifləndirmə Amerika toplumunda, bu zorakılığın altında yatan nədənlərə və ataərkiyə meydan oxumağa yönəltmədi. Cinsiyyətçi düşüncə, erkək hakimliyi və onun bir sonucu olan zorakılığı dəstəkləməyə davam edir. Bir çox işsiz erkək və işçi sinfi erkəyi, ağdərili üstünlükçü ataərki içindəki işlərində özlərini güclü hiss etmirlər və mütləq otoritə sahibi olacaqları, mütləq sayğı görəcəkləri tək yerin ev olduğunu hiss etmə haqqında cəsarətləndirirlər. Erkəklər, yönətici sinfin erkək qrupları tərəfindən ictimailəşdirirlər. Beləcə toplumsal iş dünyasındakı hakimliyi qəbul edir, evin özəl dünyasının və məhrəm ilişkilərinin erkəklik ilə eyni dəyərdə görüb iqtidar duyğusunu onaracağına inanırlar. Bəzi erkəklər, işçi sıralarında yer alan və daha az əməkhaqqı alan erkəklərin sayısı artdıqca, ya da daha çox qadın iş dünyasına girdikcə, cinsiyyətçi cinsiyyət rolları hiyerarxiyasında iqtidar və hakimliyi yerləşdirmənin və əldə tutmanın tək yolunun zorakılıq etmək olduğu hissinə qapılır. Qadınları mümkün olan hər türlü aracla yönətmə haqqında sahib olduqlarını söyləyən cinsiyyətçi düşüncəyi unutmadıqları sürəcə, qadına qarşı erkək zorakılığı norm olmağa davam edəcəkdir.

Feminist düşüncənin ilk zamanlarında aktivistlər, qadına qarşı erkək zorakılığı ilə imperialist militarizm arasında bənzərlik qurmağı atladılar. Bu bağlantının qurulmamasının nədəni, erkək zorakılığına qarşı olanları genəldə militarizmi qəbul etmələri və hətta onun dəstəkçisi olmaları idi. Cinsiyyətçi düşüncə, erkək uşaqları (xəyalda yaxşı uşaq-pis uşaq davalarında, ya da imperializmin millətlər üzərindəki gücə əsaslanan iqtidarını təmin edəcək əsgərlər halında) “qatillər” olaraq ictimailəşdirdiyi sürəcə, qadınlara və uşaqlara qarşı ataərkil zorakılıq sürəcəkdir. Keçən bir neçə ildə, fərqli sinifsəl keçmişlərə sahib gənc erkəklər qorxunc zorakılıq olayları gerçəkləşdirdiyində, bu olaylar bütün ölkə tərəfindən məhkum edildi. Ancaq bu zorakılıq cinsiyyətçi düşüncəyə bağlama qonusunda çox az girişim var idi.
Feminist Theory: From Margin to Center (Feminist Teori: Çevrədən Mərkəzə) adlı kitabımda zorakılıqla ilgili bölümü, erkəklərin zorakılığı qəbul edən, ona göz yuman və onu davam etdirən, zorakılıq kültürünü yaradan tək kəsim olmadığını vurğulayaraq sonlandırıram. Qadınları, zorakılığa göz yummadakı rolları qonusunda sorumluluq almağa çağırıram:

Sadəcə, qadına qarşı erkək zorakılığına diqqət çəkərək, ya da militarizmi, sadəcə, erkək zorakılığının fərqli bir ifadəsi halına gətirərək, zorakılıq sorununu gərəkdiyi şəkildə ələ alma imkanını itirir və tutarlı dirəniş strategiyaları və çözümləri gəlişdirməyi də zorlaşdırmış oluruq… qadına, uluslara və ya gəzəgənə qarşı erkək zorakılığı sorununun ciddiyyətini azaltmadan, erkəklərin və qadınların birlikdə Amerika Birləşmiş Dövlətlərini bir zorakılıq kültürü halına gətirdiklərinin və bu kültürü dönüşdürüb yenidən yaratmaları gərəkdiyinin fərqinə varmalıyıq. Qadınlar və erkəklər, zorakılığın toplumsal kontrol mexanizması olaraq qullanılmasının bütün təzahürlərinə qarşı çıxmalıdır: savaş, qadına qarşı erkək zorakılığı, irqçi zorakılıq və digər zorakılıqları qadına qarşı erkək zorakılığını sona çatdırmaq yönündəki feminist çalışmalar, bütün zorakılıq biçimlərini sona çatdırmağa qarşı bir hərəkət oluşduracaq şəkildə genişləməlidir.
Özəlliklə valideynlərin uşaqlarını zorakılıq içərməyən yollarla böyütməyi öyrənmələri böyük bir önəm daşıyır. Çətin durumlarla yola gələ bilmək üçün tək yol bu olduğu sürəcə uşaqlarımız zorakılıqdan vaz keçməyəcəkdir.

Bizim ölkəmizdə zorakılıq qonusuyla ilgilənən xalq kütlələri, bu zorakılığı ataərkil düşüncəyə ya da erkək hakimliyinə bağlamağı qərarlı bir şəkildə rədd edirlər. Feminist düşüncə bir çözüm yolu sunur. Bu çözümü hər kəsə uyğun hala gətirmək də bizim görəvimizdir.

Paylaş.

Müəllif haqqında

bell hooks

Gloria Jean Watkins, better known by her pen name bell hooks, is an American author, feminist, and social activist. The name "bell hooks" is derived from that of her maternal great-grandmother, Bell Blair Hooks.

Şərhlər bağlıdır.